Category: Şou Biznes

  • Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”

    Rusiyalı məşhur müğənni Andrey Qubin xəstəlik səbəbindən bütün bədənində olan ağrılara artıq öyrəşdiyini bildirib.

    Bu barədə müğənni Rusiya televiziyasında efirə gedən verilişlərdən birində danışıb.

    Qubin ürəyinin fasilələrlə döyündüyünü etiraf edib.

    Sənətçinin sözlərinə görə, onurğa sütunu zədələndiyi üçün ürək döyüntülərinin ritmi pozulub. Uşaqlıqda aldığı idman zədəsi səbəbindən müğənninin ürəyi yanlış vəziyyətdədir.

    Qeyd edək ki, ifaçı artıq 15 ildir bu xəstəliklə yaşayır.

    “Mənə dedilər ki, ürəyini inkişaf etdir, həftədə beş dəfə idman edirəm. Müayinə olundum, dedilər ki, qanın yaxşıdır”, – o qeyd edib.

    Xatırladaq ki, Qubin ikitərəfli üz prosopalgiyasından əziyyət çəkir. Xəstəliyə görə ulduzun nəfəs almasında, mimikasında və diksiyasında problemlər yaranıb. Sənətçi etiraf edib ki, xəstəliyi potensial sevgililəri ilə görüşlərə getməyə mane olur.

    Mənbə: gazeta.ru

  • Elza Seyidcahan əkizlərə: “Adam öz tayıyla zarafat edər” – VİDEO

    Əməkdar artist Elza Seyidcahan müğənnilər Sevil və Sevinc Səfərovaların onun haqda söylədiyi ifadələrə cavab verib.

    Sənətçi bu barədə “Söz-baz” verilişinin “Xəbər10 var” bölümündə aparıcı Zümrüd Bədəlova ilə telefon zəngi zamanı danışıb:

    “Mənə dedilər, mən də cavab vermirəm. Verə bilərəm, istəmirəm. Zarafat deyəndə ki, adam öz tayı ilə zarafat edər. Mən onların tayı deyiləm axı. Əlbəttə, Elza Seyidcahan stollara da baxanda yada düşür, təbiətə də baxanda yada düşür. Bu mənə xoşdur.

    Mən onlara heç bir zaman aqressiv söz deyə bilmərəm. Həmişə də bir yerdə olanda böyük hörmətlə mənim qarşıma gəliblər. Ehtiramla mənə salam veriblər. Hörmətsizlik görməmişəm. Mən şou-biznes aləmində olsam da, mənim sənətim tamam başqadır, onlar da tamam başqa yoldadırlar. Söhbət ifadan gedir. Mən heç bir zaman qalmaqal etməmişəm. Əksinə, mən uzanan, illərlə gedən bir qalmaqalın bir kəlmə sözlə qarşısını alışam”.

    Qeyd edək ki, əkizlərdən biri məclislərdən birində sonda oxumaqlarına etiraz edərək, aparıcı Zümrüd Bədəlovaya “Məni niyə sona salmısınız, Elzaya Seyidcahanam stollara oxuyum?” sözlərini söyləmişdi.

    Ətraflı videoda:

  • Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? – FOTO

    Mərhum “Toppuş bacı” ləqəbli Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyalın yenidən evlənməsi ilə bağlı məlumat yayılıb.

    Bu barədə o, özünün “Instagram” hesabında məlumat paylaşıb.

    Qeyd edib ki, xəbərlər tamamilə yanlışdır:

    “Haqqımızda o qədər söz-söhbət yayıldı, amma nə mən, nə yoldaşım bu barədə heç bir kəlmə də olsa danışmadıq. Mənim dərdim mənə bəsdir. Şər atana, yalan yazana, haqqımıza girənə Allahın lənəti olsun”.

  • Dilan Polat həbsxanada intihara cəhd edib

    Məhkəmənin sosial media fenomeni Banu Parlakın gözəllik mərkəzinin atəşə tutulması ilə bağlı qərarından sonra Dilan Polat intihara cəhd edib.

    Bu barədə jurnalist Alev Gürsoy Cim xəbər verib.

    Onun sözlərinə görə, Dilan Polat qərardan sonra kamerada ölmək istədiyini deyib.

    Dilan Polatın rəfiqəsi Canan Toprak da onun həbsxanada çətin günlər keçirdiyini və özünə zərər verdiyini, qollarının, üzünün, ayaqlarının kəsiklər içində olduğunu iddia edib.

    Vəkili Hüseyn Kaya xəbəri təsdiqləyib və Polatın hazırda psixoloji yardım aldığını deyib.

    Xatırladaq ki, məşhur fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat ötən il noyabrın1-də saxlanılıblar.

  • “Avroviziya-2024”də Fələstin bayraqları qadağan edildi

    “Avroviziya”nın təşkilatçısı olan Avropa Yayım Birliyi builki beynəlxalq mahnı müsabiqəsinə Fələstin bayraqları və siyasi bəyanatlar olan plakatların arenaya gətirilməsini qadağan edib.

    Bununla əlaqədar Avropa Yayım Birliyi bəyanat yayımlayıb.

    Bəyanatda qeyd olunur ki, Fələstin bayraqlarının və siyasi plakatların “Avroviziya-2024”ün salonunda nümayiş etdirilməsi tədbiri poza bilər.
    Məlumat üçün əlavə edək ki, Qəzza zolağında davam edən müharibə fonunda təşkilatçıların bu qərarı İsveçdə və bir sıra Avropa ölkələrində müzakirələrə səbəb olub. Bununla bağlı gələn həftə İsveçdə silsilə etiraz aksiyalarının keçirilməsi planlaşdırılır.

  • 60 yaşlı qadın dünya gözəli seçildi – FOTO

    Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən gözəllik müsabiqəsinin qalibi Alejandra Marisa Rodriges olub.
     
    60 yaşlı Alejandra Marisa Rodriges Buenos-Ayresin “Kainat gözəli” seçilməklə yeni cığır açıb.
     
    Qeyd edək ki, ötən il Miss Universe təşkilatçıları müsabiqədə iştirak edəcək insanlar üçün yaş məhdudiyyəti tətbiq etməyi dayandırdılar. Bu ildən etibarən müsabiqədə yaşı 18-dən yuxarı olan hər kəs iştirak edə bilər.

    //sfera.az

  • Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı

    Aparıcı Azər Axşam yenidən ATV kanalında işə başlayıb.

    Axşam.az xəbər verir ki, o, “Bişir qazan” adlı proqramla efirə qayıdıb. Mətbəx və yarışma mövzusunda olan proqram həftədə bir dəfə yayımlanır.

    Qeyd edək ki, A.Axşam bir müddət əvvəl işsiz qaldığını, ATV-nin onunla çalışmaq istəmədiyini söyləmişdi.

    “İşim yoxdur. Ancaq serialdayam, veriliş yoxdur. ATV kanalından uzaqlaşdım, mənimlə işləmək istəmədilər”, – deyə o, açıqlamasında demişdi.

  • Talıb Talenin toyu olacaq (VİDEO)

    Müğənni Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə həyatı quracağını açıqlayıb.

    Müğənni bu barədə ATV-də yayımlanan verilişlərdən birində deyib.

    O, həyatındakı xanımla hər şeyin yolunda getdiyini, onunla xoşbəxt olduğunu deyib.

    “Həyatımda olan xanımla aramızda 15 yaş fərq var. Özüm istəyib, özüm seçmişəm, artıq müəyyən addımları da atmışam”, – deyə müğənni qeyd edib.

    Müğənni toyunun nə zaman keçiriləcəyi barədə məlumat verməkdən imtina edib.

    Qeyd edək ki, Talıb Tale bir neçə il əvvəl efirlərdən birində 20 yaşlı xanımla ailə quracağını açıqlamışdı.
    Xatırladaq ki, müğənninin hazırda 43 yaşı var.

    Daha ətraflı süjetdə:

  • ABŞ-da Castin Biberin yaxın dostu, reper Kris Kinq güllələndi

    Tennessi ştatının Neşvil şəhərində naməlum şəxslər festivalda çıxış etmək üçün şəhərə gələn 32 yaşlı reper Kris Kinqi güllələyiblər.

    Bu barədə Billboard məlumat yayıb.

    Şənbə günü, aprelin 20-də səhər saatlarında Castin Biberin yaxın dostu və Snotty Nose Records-un qurucusu Kris Kinq ölümcül güllə yarası alıb.
    Detektivlər bildiriblər ki, Kinq bir qrup dostla gəzinti zamanı 3 naməlum şəxs reperi və dostlarını soymağa cəhd edib. Kinqin dostu daha sonra güllə səsi eşitdiyini deyib.

    Reperlə istirahət edən dostu xəsarət alsa da, sağ qalıb. Yaralanan Kinq isə xəstəxanada dünyasını dəyişib.

    Castin Biber sosial şəbəkədə qucaqlaşdıqları ortaq fotosunu paylaşaraq dostunun ölümünə reaksiya verib: “Səni sevirəm, qardaş. Bu məni çox incidir. Lütfən, onun ailəsinə dualarınızı əsirgəməyin. Cənnətdə görüşənədək, qardaş”.

    Kris Kinq ölümcül hadisədən əvvəl cümə gecəsi baş tutan Nashville Cannafest festivalında çıxış etmək üçün Nəşvilə gəlib.
    //qaynarinfo

  • Faiq Ağayev: “Biz sevgili olmamışıq”

    “Mən Aygünü hər zaman sevmişəm. Aygün mənə deyir ki, məni səndən çox sevən olmayıb”.

    Bu sözləri “Azad Azərbaycan” televiziyasının (ATV) efirində Xalq artisti Faiq Ağayev deyib.

    O, həmkarı, Xalq artisti Aygün Kazımova ilə münasibətlərindən danışıb.

    “Mən Aygün Kazımovanı 35 ildir ki, tanıyıram. Bu 35 ildə onu sevmişəm. Biz sevgili olmamışıq. Aygün mənim üçün dostdur, bacıdır, sirdaşdır. Amma bizim pərdənin digər tərəfinə keçməyimiz heç zaman olmayıb. Lakin sevgili olsaydıq, hər ikimiz razı qalardıq”, – deyə Faiq Ağayev qeyd edib.