Category: Şou Biznes

  • Xalq artistinin qızının toyundan GÖRÜNTÜLƏR – FOTO

    Bu gün Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin toyudur.

    Median.Az xəbər verir ki, bu barədə sənətçinin qızı “Instagram” səhifəsində paylaşım edib.

    Qeyd olunub ki, xanəndənin qızı müğənni Mərdan Kazımovla ailə qurur.

    Görüntülərdə Mərdan “Sənə də qalmaz” mahnısını ifa edib.

    Qeyd edək ki, Nəzrin və Mərdanın nişanı ötən ilin oktyabrında olub.

    Onlar bir müddət əvvəl nikah masasına əyləşiblər.


  • Azərbaycanlı prodüserin qızı vəfat etdi – FOTO

    Prodüser Rövşən Cəfərovun qızı Nərmin Həsənli vəfat edib.

    Axşam.az xəbər verir ki, 31 yaşı olan Nərmin uzun müddətdir xərçəngdən əziyyət çəkirmiş. O, ailə qurub və Almaniyada yaşayırdı.

    Vəziyyəti pisləşən Nərmini Azərbaycana gətiriblər. O, bu gün dünyasını dəyişib.

    Qeyd edək ki, Rövşən uzun illər mərhum Xalq artisti Səməd Səmədovla çalışıb. Hazırda isə o, Əməkdar artist Manana Çaparidzenin prodüseridir.



  • Leonardo Di Kaprionun yeni rolu bəlli oldu

    ABŞ-li müğənni Frenk Sinatra haqqında filmdə baş rolu Leonardo Di Kaprio oynayacaq.

    Filmi tanınmış rejissor Martin Skorseze çəkəcək.

    Məlumata görə, Cennifer Lourens filmdə əsas rollardan birinə namizəddir. Aktrisa Sinatranın ikinci həyat yoldaşı Ava Qardner rolunu oynaya bilər.

    İnsayderlər qeyd ediblər ki, gələcək filmin distribütoru ya “Apple”, ya da “Sony” ola bilər.

    İstehsalın başlaması üçün yeganə problem Frenk Sinatranın varisi ilə bağlıdır. O, hələ də çəkilişlərə razılıq verməyib. Müğənninin özü 1998-ci ildə vəfat edib.

    Qeyd edək ki, karyerası ərzində Sinatra “Oskar”, 11 ədəd “Qremmi” və dörd “Qızıl Qlobus” mükafatı qazanıb.

    Mənbə: championat.com

  • İş adamı Manaf Ağayevə ev bağışlayıb? – Özü DANIŞDI

    Müğənni Manaf Ağayev ona ev hədiyyə edilməsi ilə bağlı məlumata aydınlıq gətirib.

    Sənətçi “Qaynarinfo”ya açıqlamasında bildirib ki, sözügedən məsələ 15 il bundan əvvəl baş verib:

    “Mənə ev bağışlanmayıb. Qonşumdan ev alıb, mən də kömək etmişəm. O da borcunu qaytarıb. Bu gün kim-kimə 100 manat verir? Qalmışdı ki ev bağışlaya? Nə yazırlar, yazsınlar. Əsas odur ki, məni gündəmə gətirirlər”.

    Qeyd edək ki, sosial şəbəkələrdə müğənni Manaf Ağayevə bir iş adamı tərəfindən ev bağışlanması ilə bağlı məlumat yayılıb.

  • Anar Nağılbazın övladlarının üzünə kimlər qapılarını bağladı? – VİDEO

    “Xəzəraxşamı” verlişinin çəkiliş qrupu mərhum reper Anar Nağılbazın evində qonaq olub.

    Məşhurun oğlu Tamerlan və qızı reper atalarından danışıblar.

    Tamerlan qeyd edib ki, atası vəfat etdikdən sonra heç bir məşhur onları yada salmayıb. Sadəcə Ramil Nabran və Rəsul Abbasov Nağıılbazın ailəsinə dəstək olub. Tamerlan qeyd edib ki, yeni layihə hazırlamaq üçün tanınmış reperlərdən birindən kömək istəyib.

    Lakin o reper buna “Vaxtım yoxdur” deytərək etiraz edib.

    Çəkiliş zamanı Anar Nağılbazdan qalan şəxsi əşyaları da nümayiş olunub.

    Xatırladaq ki, sirrozdan əziyyət çəkən Anar Nağılbaz, 2018-ci il avqustun 4-də evə qayıdandan sonra vəziyyəti pisləşib. Ailəsi ona təcili yardım maşını çağırsa da, Anar Nağılbaz xəstəxanaya gedərkən daxili qanaxmadan yolda keçinib. Mərhum Masazır qəbiristanlığında torpağa tapşırılıb.

    Ətraflı videoda:

  • Zülfiyyə Xanbabayeva bəyənmədiyi mahnısının adını AÇIQLADI – VİDEO

    Xalq artisti Zülfiyyə Xanbabayeva repertuarında oxumaq istəmədiyi mahnıların olduğunu deyib.

    Bu barədə “Söhbət var” verilişində danışan sənətçi həmin ifalarından birinin adını açıqlayıb.

    “Mənim repertuarımda bəyənmədiyim mahnılar da olub. Əlbəttə ki, heç kim məni onu oxumağa məcbur edə bilməz. Xətir söhbəti olub arada. Həmin mahnılar hit olub. Onlardan biri “Anladım sonunda” mahnısıdır. Mahnını yazdım, bitirdim, Gövhər Həsənzadənin mahnısı idi. Sonra çıxdım dedim ki, bu mənim mahnım deyil. Bir neçə müğənniyə getdi, gördülər ki, mən oxumuşam qəbul etmədilər. 31 dekabrda yeni il çəkilişi idi, mahnını oxudum. Dedim mahnını bir dəfə verirsiniz, onunla da bitdi. Mahnı oldu hit. Bu günə qədər o mahnı dinlənilir”, – deyə Xalq artisti söyləyib.

    Ətraflı videoda:

  • 54 yaşlı Cennifer Lopes çəhrayı qısa ətəkli paltarda görünüb – FOTO

    Aktrisa və müğənni Cennifer Lopes Nyu-Yorkda İtaliyan alt paltarı brendinin yeni kolleksiyasının təqdimat mərasimində iştirak edib.

    54 yaşlı Cennifer Lopes qapalı tədbirə parlaq geyimdə gəlib. Aktrisa çəhrayı rəngli qısa ətəkli libas seçib və ona uyğun məxmər hündürdaban ayaqqabı geyinib. Müğənni, həmçinin irihəcmli boyunbağı və sırğa taxıb. Onun görünüşünü vizajistlər qara göz sürməsi və narıncı pomada ilə, stilistlər isə qıvrım saçlarla tamamlayıblar.


    Mənbə: Gazeta.ru

  • Elnur Məmmədov: “Valideynlərim üç il məni heç kimə göstərməyiblər”

    “Bildiyimiz bəd nəzər var. Hər evə girəndə uşaqların başına üzərlik yandırmaq məsələsi də var. Mən dünyaya gələndə valideynlərim üç il məni heç kimə göstərməyiblər”.

    Axşam.az xəbər verir ki, bu sözləri müğənni Elnur Məmmədov verilişlərin birində deyib.

    Sənətçi sosial şəbəkədə paylaşdığı fotolarda övladlarının üzünü gizlətməsinin səbəbini də açıqlayıb:

    “Sevmədiyim şeylər var. Allah da buyurub ki, “Mənim sizə nəsib etdiklərim yalnız sizə görədir və sizə aiddir”. Mənə aid olan var-dövləti və ya nəyisə göstərməkdən utanıram. Özüm də bunun əziyyətini çəkmişəm. Mən bunun imtahanını yaşamışam, ona görə də, göstərmək nəyə lazımdır? Evdə də hər hansısa bir çəkiliş etməyi sevmirəm. Bunu göstərəndə nəyi demiş oluram? Onsuz da Allah bunu mənə verib. Sırf mənim şəxsiyyətimə aid olan hansısa bir özəlliklərin ictimailəşdirilməsini istəmirəm”.

  • Meyxanaçı Balaəli: “Kökəlmək istəmirəm” – VİDEO

    “Gün ərzində bir dəfə yemək yeyirəm”.

    Bu sözləri “Space TV”də yayımlanan “Duz-İstiot” verilişində Meyxanaçı Balaəli deyib.

    “Mən kökəlmək istəmirəm. Özümü kök olaraq təsəvvür etmirəm”, – deyə ifaçı əlavə edib.

    Ətraflı süjetdə:

  • Mətanət Əsədova aparıcıya əsəbiləşdi: “Mən onunla eyni dərəcədəyəm ki, belə sual verirsən?”

    Sosial şəbəkələrdə olan müğənnilər üçün elə orada da kanal yaradılsın. Onlar yalnız orada çıxış etsinlər. Bu cür müğənnilərin efirdə nə işi var? Bunları aparıcılar efirlərə gətirib-çıxarıb, sonra da qoyublar dağ başına. Gəlirəm onların olduğu verilişə, aparıcı başlayır onlardan mənə sual verməyə. Sənin nə ixtiyarın var onlardan mənə sual verirsən? Kimsən axı sən? Mən onunla eyni dərəcədəyəm ki, onunla bağlı mənə sual verirsən?”.

    Axşam.az xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova deyib. İfaçı aparıcıların ona ünvanlandığı bəzi suallara əsəbiləşdiyini bildirib:

    “Aparıcılar, dünən küçədən keçən bir oxuyan haqqında mənə sual verirsiniz. O sənin günahındır ki, sosial şəbəkələrdə məşhurlaşan müğənniləri efirə çıxardıb onları işıqlandırırsan. Bu mənim yox, sənin kanalının rəhbərinin günahıdır. Şəxsən mən o aparıcılara bu icazə və ixtiyarı verməmişəm ki, hər yoldan keçən barəsində sual versinlər. Buradan da deyirəm ki, həmin aparıcılar mənə həmin müğənnilərdən sual versələr, onlara ağzıma gələni deyəcəyəm. Verməyin!

    Mən bu kimi şeylərdən qıcıqlanan insan deyiləm. Axı niyə gül kimi vaxtımı onlara sərf etməliyəm? Kimdirlər onlar? O aparıcılar belə suallar verirlər ki, verilişləri reytinqli olsun. Sual verəcəklər, paylarını da alacaqlar. Bunu mənə etmək olmaz. O aparıcılara da əvvəlcədən xəbərdarlıq etmişəm ki, mənim səbr kasamı daşırmayın”.

    M.Əsədova aparıcıların həmin müğənniləri pul müqabilində efirə çıxardıqlarını əlavə edib:

    “Efirlərdən qətiyyən razı deyiləm. Televiziyalarda belə bir qayda çıxıb “paketlə müğənni”. Paketlə nə zamandan müğənni olublar? Paketlə pul ödəyirlər, efirlərə çıxırlar. Aparıcını rəhbərlər “paket”lə qoyublar işə? Rəhbər sənə maaş verir. Aparıcı “paket” qoyub, yoldan keçəni efirə qonaq çağırır. Yığışdırın bunları. Ödənişlə efirə çıxan müğənniləri qəti şəkildə qəbul etmirəm”.