Category: Şou Biznes

  • Rusiya Dövlət Duması Alla Puqaçovaya üzr istəməyi tövsiyə edib

    Dövlət Dumasının deputatı Sergey Solovyov bildirib ki, müğənni Alla Puqaçovanın bundan sonrakı əməlləri sənətçinin yenidən Rusiyada çıxış edə biləcəyini müəyyən edəcək.

    “Məncə, o öz səhvlərini etiraf etməli və anti-Rusiya mövqeyinə, Hərbi Dairəni və Rusiya Federasiyasının Silahlı Qüvvələrini tənqid etdiyinə görə ictimaiyyət qarşısında üzr istəməlidir”, – deyə deputat bildirib.

    Solovyovun sözlərinə görə, Puqaçova üzr istəyəndən sonra da Rusiyanın əsas televiziya kanallarında efirə çıxmayacaq. O hesab edir ki, bundan sonra Primadonna üçün yalnız ikinci dərəcəli səhnələr mövcuddur. Solovyov sənətçinin yaradıcılıq taleyini “Unudulmaq, yox olmaq” ifadəsi ilə təsvir edib.

    Mənbə: Gazeta.ru

  • Əməkdar artistin şəhid qardaşı ilə bağlı paylaşımı hər kəsi kövrəltdi – FOTO

    Əməkdar artist Gülüstan Əliyeva 1994-cü ilin aprel döyüşlərində Qırmızı kənddə şəhid olan qardaşı Azadın məzarını ziyarət edib.

    Median.Az axsam.az-a istinadən xəbər verir ki, sənətçi sosial şəbəkədə foto paylaşaraq bunları yazıb:

    “Qardaşlar, ay qardaşlar. Yağış kəsər, qar başlar. Ölür bacılar ölsün. Ölməsin heç qardaşlar. Allah şəhidlərimizə rəhmət eləsin”.

    Qeyd edək ki, Gülüstan Əliyeva şəhid həyat yoldaşı Zahid Əhmədov da şəhid olub. Onun bu nikahdan bir oğul övladı var.

  • Əməkdar artistin şəhid qardaşı ilə bağlı paylaşımı hər kəsi kövrəltdi – FOTO

    Əməkdar artist Gülüstan Əliyeva 1994-cü ilin aprel döyüşlərində Qırmızı kənddə şəhid olan qardaşı Azadın məzarını ziyarət edib.

    Median.Az axsam.az-a istinadən xəbər verir ki, sənətçi sosial şəbəkədə foto paylaşaraq bunları yazıb:

    “Qardaşlar, ay qardaşlar. Yağış kəsər, qar başlar. Ölür bacılar ölsün. Ölməsin heç qardaşlar. Allah şəhidlərimizə rəhmət eləsin”.

    Qeyd edək ki, Gülüstan Əliyeva şəhid həyat yoldaşı Zahid Əhmədov da şəhid olub. Onun bu nikahdan bir oğul övladı var.

  • Flora Kərimova uğursuz plastik əməliyyatın qurbanı olub – VİDEO

    Xalq artisti Flora Kərimova gözündə uğursuz əməliyyat edildiyini deyib.

    Median.Az xəbər verir ki, Real TV-yə danışan müğənni eynək taxmaqdan şikayətlənib.

    O bildirib ki, uğursuz plastik əməliyyatın qurbanı olub:

    “Bu, mənim üçün türmədir. Hamı bilir ki, mən gözlərimlə oxuyuram. Sözümün, mahnımın ifadəsi gözlərimdən də oxunur. Gözlər bağlıdır, kilidlidir, həbsdədir. Bu insan məni şikəst edib”.

    F.Kərimova kök-hüceyrə əməliyyatı etdirdiyini, amma uğursuz alındığını söyləyib.

    Ətraflı videoda:

  • Sevgisi nakam qalanlar, qovuşa bilməyənlər: Azərbaycanın subay məşhurları – SİYAHI + FOTO

    Deyirlər, subaylıq sultanlıqdır.

    Lent.az sultanlıq taxtından enməyən məşhurlarımız barədə məlumat verib.

    34 yaşlı aktrisa və aparıcı Kəmalə Piriyeva hələlik evlənmək arzusunda deyil.


    33 yaşlı müğənni Günay İbrahimli də hələlik həyatına heç kimi qəbul eləmir.


    55 yaşlı aşıq Telli Borçalı vaxtilə onu döyə biləcək güclü bir kişi ilə ailə quracağını desə də, hələ elə bir qoçaq tapılmayıb.


    40 yaşına çatan müğənni Azəri qızı Günel üç dəfə evlənməyə cəhd etsə də, nikah masasına oturmayıb.


    44 yaşlı aparıcı Nanə Ağamalıyevanın da könlünü ovlayan qəhrəman tapılmayıb


    62 yaşlı müğənni Şəbnəm Tapdıq da bu siyahıya daxildir.


    53 yaşlı müğənni və pedaqoq Teymur Əmrah da tənhalığa üstünlük verib.


    56 yaşlı müğənni Samir Bağırov da evlənməyən məşhurlarımızdandır


    44 yaşlı müğənni Samir Cavadzadə də subaylar karvanının üzvüdür


    40 yaşlı aparıcı Samir Bayramlı ailə qurmağı düşünsə də, hələlik evlənmir.


    54 yaşlı müğənni Mətanət Əsədova sevgilisi olduğunu desə də, ailəli deyil.


    Azərbaycan mədəniyyətində iz qoymuş bir çox klassik sənətkarlarımız da subay yaşayıb, dünyadan subay köçüblər.

    Xanəndə Seyid Şuşinski. 76 yaşında vəfat edib. Gəncliyində sevgi oxu daşa dəydiyindən ömürlük subay qalıb.

    İlk qadın bəstəkar, Azərbaycanın əməkdar incəsənət xadimi Ağabacı Rzayeva 63 yaşında Bakıda dünyasını dəyişib. Xanım bəstəkarın həmkarlarından biriylə cavabsız sevgi yaşadığı deyilir.

    Azәrbaycanın ilk pianoçu-pedaqoqu, SSRİ xalq artisti Kövkəb Səfərəliyeva 78 yaşında vəfat edib. 23 yaşında qəfil xəstəlikdən dünyasını dəyişən Asəf Zeynallı ilə sevgili olub, sevgilisinin vaxtsız ölümündən sonra heç kimə könül verməyib.

    Şair Məhəmməd Hadi də evlənməyənlər sırasındadır. O, 41 yaşında vəfat edib.

    Hüseyn Cavidin qızı Turan Cavid 77 yaşında vəfat edib. Ənvər Məmmədxanlı ilə sevgili olub. Atası xalq düşməni elan edildiyi üçün bu evlilik baş tutmayıb.

    Yazıçı Ənvər Məmmədxanlı 77 yaşında ailə həyatı qurmadan vəfat edib. O, Turan Cavidlə sevgili olub.

    Akademik Azad Mirzəcanzadə 80 yaşında vəfat edib. O da heç vaxt ailə həyatı qurmayıb.

    Azərbaycan xalq rəssamı Səttar Bəhlulzadə. 64 yaşında vəfat edib. O da heç vaxt evlənməyib.

  • Nikol Şerzinger Bakıda səhnəyə çıxacaq

    Məşhur pop/R&B müğənnisi, “The Pussycat Dolls” qrupunun vokalisti Nikol Şerzinger iyulun 23-dən 28-dək “Sea Breeze Resort”da keçiriləcək “Dream Fest 2024” Beynəlxalq Musiqi Festivalında iştirak edəcək.

    ABŞ-li super ulduz musiqi əfsanəsi Devid Foster və dostları ilə eyni səhnədə çıxış edəcək.

    Qeyd edək ki, iyulun 27-də festivalın səhnəsində 16 dəfə “Qremmi” mükafatı laureatı, kanadalı müğənni, musiqi tarixinin ən uğurlu prodüserlərindən biri Devid Fosterin konserti olacaq.

    Nəzərinizə çatdıraq ki, Azərbaycanın xalq artisti Emin Ağalarovun ən son ingilisdilli albomuna N.Şerzingerlə olan duet də daxildir. Onlar əfsanəvi Elvis Preslinin “Love me tender” hitinin yeni versiyasını birgə ifa ediblər.

  • Müğənni Rəqsanə İsmayılova həbsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi – YENİLƏNİB (VİDEO)

    “Bir neçə saatdır ki, bütün Azərbaycan mətbuatı mənim saxlandığımı yazır. Heç nə olmayıb və bu yalan məlumatdır”.

    Bu barədə müğənni Rəqsanə İsmayılova özünün “Instagram” hesabından video paylaşım edib.

    O bildirib ki, hazırda Moskvada öz evindədir və ayın 10-dan sonra Azərbaycana gələcək:

    “Mənim hansısa səbəbdən saxlandığımı, problemlərin olduğunu yazırlar. Heç bir problem yoxdur, məni heç kim saxlamayıb”

    * * * * *

    Azərbaycanın tanınmış müğənnisi Rəqsanə İsmayılova qanunsuz miqrasiyanın təşkilinə görə cinayət işi üzrə saxlanılıb. Hazırda o, Rusiya Cinayət Məcəlləsinin “Rüşvət vermə” və “Sənəd saxtakarlığı” maddələri ilə ittiham olunur.

    Bu barədə “BÇK-OQPU” “Telegram” kanalı öz mənbələrinə istinadla xəbər verib.

    Bildirilir ki, qalmaqallı müğənni (vətənində dələduzluqda axtarışda olub, anası və bacısı isə Türkiyədə insan alverinə görə cinayət məsuliyyətinə cəlb edilib) ötən gün İstintaq Komitəsinin Solntsevo İstintaq İdarəsinə gəlib.

    R.İsmayılova Solntsevo Daxili İşlər Nazirliyinin Daxili İşlər İdarəsinin əməkdaşı Yelena Smirnovaya qarşı 2023-cü il işində şahid qismində gətirilib. Yelena Smirnova, Qurbanov soyadlı biri ilə əlbir olaraq ona və ən azı iki azərbaycanlıya pasport verib.

    Amma məlum olub ki, o, iki yox, üç nəfərə pasport verib – R.İsmayılovanın dindirilməzdən əvvəl müstəntiqə təqdim etdiyi pasportu da saxta şəxsiyyət məlumatları ilə hazırlanıb və 2019-cu ildə həmin işçidən alınıb.

    Müstəntiqlərin fikrincə, müğənni həmin Qurbanova 650 min rubla (indiki məzənnə ilə 12 min manat – red.) yaxın pul köçürüb və o, yoxlanılmış üsulla ona yeni sənəd almağa kömək edib.

    2023-cü il aprelin 2-də bu faktla bağlı cinayət işi açılıb və müğənni ölkədən çıxmamaq şərti ilə azadlığa buraxılıb.

  • Meyxanaçı Ağamirzə: “Ağakərimin yalnız nəfəsi gedib-gəlir”

    “Vaxtaşırı Ağakərimin evinə gedib ona baş çəkirəm. Təəssüf ki, onun yanına gedəndə Ağakərim danışmır. Bir tək salamımı alır. Uzanıb, qalıb… Nə danışa, nə otura, nə dura, nə də ki gəzə bilir. Yalnız nəfəsi gedib-gəlir”.

    Bu sözləri Ağamirzə Məmmədov uzun illərdir yataq xəstəsi olan həmkarı Ağakərim ləqəbi ilə məşhurlaşan Kərim Novruzovun səhhəti barədə Bizim.media-nın əməkdaşına söyləyib.

    Söz ustadı bildirib ki, Ağakərimin sağlamlığında heç bir irəliləyiş yoxdur:

    “Heydər Əliyev Fondu Ağakərimin səhhəti ilə mütəmadi maraqlanır. Bundan daha əvvəl xəstəxana müalicələrini də öz üzərinə götürmüşdü. Amma xəstəxanalıq bir şey də yoxdur. Ağakərim istər evdə, istərsə də xəstəxanada qalsın, onun səhhəti ilə bağlı heç bir irəliləyiş və fərq yoxdur. Həkimlərin əlindən gələsi bir iş yoxdur. Amma nə zaman ehtiyac olarsa, xəstəxana onu qəbul eləməyə hazırdır”.

    Qeyd edək ki, 2017-ci ildə Ağakərimin beyninə qan sızıb. Meyxanaçı ötən ilin dekabrında ikinci dəfə insult keçirib.

  • Türkiyəli müğənni əməliyyat olundu

    Mahnıları, rəqsləri və enerjisi ilə adından söz etdirən Aydilge bu dəfə səhhətindəki problemlə gündəmə gəlib.

    Omba sümüyündə olan yırtığa görə müğənni Aydilgə əməliyyat olunub.

    Əməliyyatdan əvvəl xəstəxana yatağından çəkdirdiyi video ilə pərəstişkarlarına müraciət edən Aydilgə pərəstişkarlarından ona dua etmələrini istəyib.
    //azxeber

  • Hadise üç böyük şirkətlə müqavilə imzaladı: Qazanacağı pullar gündəm oldu

    Məşhur türkiyəli müğənni Hadise üç fərqli brendlə müqavilə imzalayıb.

    2024-cü ildə biri zinət əşyaları olmaqla üç böyük şirkətlə birillik razılaşan Hadisenin qazanacağı pullar isə eşidən hər kəsi heyrətləndirib.

    Hadise ümumilikdə 300 milyon Türkiyə lirəsi (15 milyon manatdan çox) gəlir əldə edəcək.

    Mənbə: Haber Global