Category: Şou Biznes

  • Oksana Rəsulova: “Davam etsəydim, indi tanınmış həkim idim”

    “Doqquz il tibb oxumuşam, cərrah ginekoloqam”.

    Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə-aktrisa Oksana Rəsulova verilişlərin birində deyib.

    Sənətçi tibb təhsili almasından, amma fəaliyyətini həkim kimi davam etdirməməsindən danışıb:

    “Ailəm məni başqa sahəyə yönəltdi. Kimya, bialogiyanı yaxşı bildiyim üçün tibb akademiyasına qəbul oldum. Altı il oxudum, həkim oldum. Sonra iki il ginekoloq ixtisası üzrə, bir il isə dəri-zöhrəvi ixtisası üzrə təhsil aldım. Davam etsəydim, indi tanınmış həkim idim. İndi də həkim kimi məsləhətlər verə bilərəm. Fəaliyyətim o vaxtdan var. Amma incəsənət məni daha çox cəlb edirdi”.

  • Gülay Zeynallı: “Elçiliyimdə “hə”mi Arif Babayev verib” – FOTO

    Müğənni Gülay Zeynallı Xalq artisti Arif Babayevi ziyarət edib.

    Median.Az xəbər verir ki, müğənni bu barədə özü məlumat paylaşıb.

    Xalq artisti ilə şəkillərini paylaşan Gülay Arif Babayevin onun elçilik mərasimində iştirak etdiyini bildirib.

    “Arif müəllim 8 il ustadım olub. Asəf Zeynallı adına Milli Kollec və Milli Konservatoriyada dərs deyib. Arif müəllim elçiliyimdə “hə”mi verib. Bir sözlə, həyatımda və sənətimdə yeri çox böyükdür. Bu gün doyunca dedik, güldük. Gültəkin xalamın aşından yedik. Allah sənə can sağlığı versin, hacı. Mən səni çox istəyirəm”.

  • “Bilmək olmaz” xarici trenddə irəlilədi

    Xalq artisti Aygün Kazımovanın “Bilmək olmaz” super hiti artıq xaricdə də uğur qazanıb.

    Layihə Türkmənistanın “Apple Music Daily Top 100 Songs” çartında 80-ci pilləyə qədər yüksəlib. Bundan başqa türkiyəli rejissor Selim Akar tərəfindən ekranlaşdırılan mahnının klipi isə “YouTube” video izlənmə platformasında 7 milyondan çox baxılıb.

    Qeyd edək ki, mahnı Apple Music Azərbaycan Trendində 5-ci, Shazam Azərbaycan Trendində 109-cu, Yandex Musicdə Top 100-də 2-ci, YouTube Music Azərbaycan Trendində 16-ci qərarlaşıb.
    //azxeber.com

  • Rusiyada Alla Puqaçovanın xarici agent kimi tanınması proseduruna başlanılıb

    Rusiyalı sənətçi Alla Puqaçovanın xarici agent kimi tanınması proseduruna başlanılıb.

    Bu barədə Rusiya Təhlükəsizlik və Korrupsiyaya qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin özünün “Telegram” kanalında məlumat verib.

    V.Borodinin sözlərinə görə, A.Puqaçovanın xarici agent kimi tanınması ilə bağlı Rusiya Baş Prokurorluğu Ədliyyə Nazirliyinə müvafiq müraciət göndərib.

    Qeyd edək ki, Alla Puqaçova Ukrayna ilə Rusiya arasında başlayan müharibədən qısa müddət sonra ölkəsini tərk edib. O, Rusiyanın Ukraynada apardığı müharibəni dəstəkləməyib. A.Puqaçova ailəsi ilə İsrailə köçüb. A.Puqaçovanın həyat yoldaşı, tanınmış şoumen Maksim Qalkin də Ukrayna ilə müharibənin əleyhinə çıxdığı üçün Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi tanınıb.

  • Azərbaycan təmsilçilərinin “Avroviziya”da neçənci yerdə çıxış edəcəyi məlum oldu

    Azərbaycanı “Avroviziya-2024” mahnı müsabiqəsində ”Özünlə apar” mahnısı ilə təmsil edəcək Fahree və İlkin Dövlətov səhnəyə birinci yarımfinalda 12-ci çıxacaqlar.

    Bu barədə yarışmanın rəsmi səhifəsində məlumat paylaşılıb.

    Qeyd edək ki, birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 mayda İsveçin Malmö şəhərində keçiriləcək.

    Ölkəmiz birinci yarımfinalda Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq, Avstraliya, Moldova ilə yarışacaq.

    İkinci yarımfinalda isə Avstriya, Malta, İsveçrə, Yunanıstan, Çexiya, Albaniya, Danimarka, Ermənistan, İsrail, Estoniya, Gürcüstan, Hollandiya, Norveç, Latviya, San Marino mübarizə aparacaq.

  • Aparıcı Zaur Baxşəliyevin verilişinin saatı azaldılıb – VİDEO

    Aparıcı Zaur Baxşəliyevin “Bizimləsən” verilişinin vaxtı dəyişdirilib.

    Bugünkü efirdə Zaur özü ATV-nin rəhbərliyindən xahiş edib.

    O bildirib ki, artıq hər gün dörd saat efirdə olmaqdan yorulub:

    “Çox yoruluram. Özümə, övladlarıma vaxt ayıra bilmirəm. Səhər açılır işə qaçmalıyam, mənim başqa işlərim də var. Rəhbərlik də bunu bilir, dəfələrlə bu barədə söhbətimiz olub. Sabahdan etibarən 16:30-dan 19:00-a qədər efirdə olacam, bu, mənə bəs edər. Rəhbərliyə də xahişimi yerinə yetirdiklərinə görə təşəkkür edirəm”.

    Həmin görüntüləri təqdim edirik:

  • Müğənni Roza Zərgərli: “Hiss məndən üzr istədi” – VİDEO

    Son günlər yeni tərzi, görünüşündəki dəyişiklikləri və layihələri ilə diqqət çəkən Roza Zərgərli OLAY-la həmsöhbət olub.

    Əvvəlcə zahiri görkəmindən söz açan Zərgərli bunları söyləyib:

    “Heç nə dəyişməyib. Hər şey eyni formadadır. Əməliyyat etdirməmişəm. Sadəcə çəki atmışam. Bir də yeni komanda ilə çalışıram. Geyimimdən tutmuş, layihələrə qədər fərqli üslubda işləyirik. Qarşıda maraqlı işlərimiz var”.

    Söhbət Zərgərlinin açıqlamalarının gündəmə bomba kimi düşməsinə gəlincə, bunları deyib:

    “Özümü tanıyandan nə demişəmsə, gündəm olub. Məncə, haqlı söz həmişə gündəm olmalıdır. Ümumiyyətlə nəsə bir fikrə, cümləyə münasibət bildirirəmsə, bu, gündəm olursa, deməli, düz yoldayam”.

    Roza həmçinin bir müddət öncə haqqında qalmaqallı açıqlama verdiyi gənc müğənni Hissdən danışıb. Hissin onunla eyni tədbirdə səhnəyə çıxmaq istəmədiyini iddia edən müğənni məsələni aydınlaşdırdıqlarını söyləyib:

    “Hiss yaxınlaşdı, etiraf etdi, anladı, başa düşdü, böyüyü olaraq mənə üzrxahlıq etdi. Hər şey əladır. Küsməmişdik. Sadəcə bir cümləyə irad bildirdim. O da geri dönüş vermədi. Real həyatda təsadüfən görüşdük, dedi ki, Roza xanım səhv başa düşmüsünüz, fikrimi düzgün izah edə bilməmişəm, mənim böyüklərimə qarşı hər zaman hörmətim var. O da kiçik olmasına baxmayaraq, böyüklük etdi, halal olsun”.

    Sənətçi sonda Xalq artisti Flora Kərimova ilə Əməkdar artist Elza Seyidcahanın qısa zamanda qalmaqal yaşayıb, sonra barışmasına maraqlı reaksiya verib:

    “Elza ilə hamı küsür, barışır. O, rahatdır”.

    Həmin görüntüləri təqdim edirik:

  • Kirkorovu Bakıya gətirən səbəb məlum oldu – Qapalı məclis…

    Rusiyanın Xalq artisti Filipp Kirkorovun Bakıya gəlmə xəbəri səs-küysüz ötüşməyib.

    Sənətçinin Azərbaycana təşrif buyurmasını birmənalı qarşılamayıb. Bəzi mənbələr iddia edib ki, Filippin maliyyə məsələləri ilə bağlı problemi olduğu üçün Rusiyanı tərk edib. Müxtəlif saytlarda çıxan iddialara Kirkorov və komandasından heç bir açıqlama gəlməyib.

    OLAY-ın əldə etdiyi məlumata görə, sənətçinin Bakıya gəlmə səbəbi həmin gün qatılacağı toy mərasimi olub. Filipp paytaxtın dəbdəbəli restoranlarından birində keçirilən məclisdə iştirak edib və səhnə alıb. Lakin mərasimdən görüntülərin çəkilməsinə icazə verilməyib.

  • “Sultan Süleyman” 10 kilo arıqladı – SƏBƏB (FOTO)

    Məşhur aktyor Halit Ergenç ötən gün İstanbulun Bebek səmtində görüntülənib.

    Median.Az Türkiyə mediasına istinadən xəbər verir ki, müxbirlərlə söhbət edən Ergenç fit görünüşü ilə diqqət çəkib.

    Ona verilən sualları cavablandıran Halit Ergenç deyib:

    “Mən arada gedib gəlirəm. Uşaqların indi məktəb tətili var. Tezliklə yanıma gələcəklər.Bir müddət burada qalacağıq, sonra birlikdə qayıdacağıq”.

    Halit Ergenç verdiyi kilolardan da danışıb:

    “Roluma görə 10 kilo arıqladım. Mən bu proses zamanı dəstək aldım, çünki bu çəki artımı və itkisi insan sağlamlığına da təsir edə bilər. Əgər motivasiyalısınızsa, asanlıqla verə bilərsiniz”.

    Qeyd edək ki, Halit Ergenç və Bergüzar Korel Londonda ev alıblar və krallıq paytaxtında yaşayırlar. Onların üç övladı var.




    //Baku.ws

  • “Slovo patsana” serialının ulduzu restoranda qalmaqal salıb və ofisiant qadını dişləyib – VİDEO

    Rusiyalı aktyor Nikita Koloqrivıy Novosibirskdə restoranda sərxoş halda dava salıb.

    Məlumata görə, qonağı olduğu kafenin işçilərindən birini yaxınlıq etməyə razı sala bilməyən aktyor onun ayağından dişləyib, sonra da əllərini sıxmağa başlayıb.

    Daha sonra sosial şəbəkələrdə “Slovo patsana. Krov na asfalte” serialının ulduzunun bir neçə dəfə kafenin qonaqları və işçiləri ilə dalaşdığı, lakin qarşısı alındığı videolar paylaşılıb. Kadrlardan birində o köynəyini çıxarır və başqa kişilərlə dava etməyə cəhd göstərir.

    Sənətçinin davası ilə bağlı internetdə məlumat yayıldıqdan sonra polis araşdırmalara başlayıb. Aktyorun ictimai asayişi pozması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət də daxil olub.

    Kologrivıy hotelin foyesində saxlanılaraq bölməyə aparılıb.
    //lenta.ru