Category: Şou Biznes

  • “Fəlakət” görünüşünü DƏYİŞDİ – FOTO

    “Fəlakət” obrazı ilə məşhurlaşan aktyor Elşən Orucov uzun müddətdən sonra görünüşündə dəyişiklik edib.

    Hazırda İstanbulda olan aktyor Türkiyədə çəkiləcək “Çırak” serialına görə bığını kəsdirib.

    O, yeni halını “Instagram” hesabında paylaşıb.

    Qeyd edək ki, 10 bölümdən ibarət layihənin baş rolunu Ozan Akbaba canlandıracaq.

    Elşən və Ozan daha əvvəl “Mən bu cahana sığmazam” serialında çəkiliblər.


    //oxu.az

  • Mahnısı ermənilər tərəfindən oğurlanan Ağadadaş Ağayevdən AÇIQLAMA – VİDEO

    “Dodağına gülüş qonub” mahnısını oxuduğum tarixdən 45 il keçir. Bu mahnını məndən sonra bu sözlərlə oxuyan saysız-hesabsız sənət adamları var. Türkiyədə də, Özbəkistanda da var… Bir sözlə, bütün türk dilli xalqlarda. “Dodağına gülüş qonub” mahnısı mənim sənətimin “pasportu”, “vizit kartı”dır. Bu mahnının sözləri və musiqisi mənə aiddir. Bu erməni dığaları utanmadan, həyasızcasına bu nəğməmi oxuyublar. Onlar bir çox mahnılarımızı oğurlayıblar, sonra da bütün dünyaya yayırlar ki, bu da bizimdir”.

    Bu sözləri Xalq artisti Ağadadaş Ağayev Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.

    Sənətkar erməni müğənnisi Armen Aloyanın onun mahnısını oğurlayaraq ifa etməsinə sərt şəkildə reaksiya bildirib:

    “Tək “Dodağına gülüş qonub” mahnımı deyil, eyni zamanda bir sıra digər nəğmələrimi də ermənilər oğurlayaraq ifa ediblər. 20 yaşlı erməni qız da mahnılarımı oxuyub. Onlar mənim “Sən oldun” mahnıma da girişməyə başlayıblar. Bu nəğməni isə mən Baba Vəziroğlu ilə yazmışam.

    Musiqisini mən bəstələmişəm, o da sözlərini yazıb. Bunları danışmaqda məqsədim odur ki, mən tənbəl adamam. Gedib Müəllif Hüquqları Agentliyinə müraciət etməmişəm. Oradan mənə bəlkə 50 dəfədən artıq zəng ediblər. Mənim 100-ə yaxın yazdığım mahnım var. Onları mütləq şəkildə qeydiyyatdan keçirəcəyəm. Bu işləri isə oğluma tapşırmışam. Musiqilərdəki notları çıxarıb Agentliyə təqdim edəcəyəm”.

    Erməniləri xain adlandıran müğənni nəğmələrində Azərbaycan çalarlarının açıq şəkildə hiss edildiyini deyib:

    “Onlar yalnız öz sözləri ilə bu mahnını oxuyublar. Bu nəğmədə təmiz Azərbaycan çalarları var. Əgər mən bu mahnını başqa xalqdan götürsəydim, onların şivəsi hiss edilərdi. Bu nəğməni 19-20 yaşımda oxumuşam. Mahnımı oxuyan Armen Aloyan nəyin ki, bərbad oxuyub, musiqisini də bərbad çalıblar.

    Çox istəyirəm ki, bu hadisə səssiz ötüşməsin. Məsələ dövlət səviyyəsində müzakirəyə çıxarılsın və mahnılarımızı oğurlayan ermənilər cəzalandırılsınlar. Beləcə, digərlərinə də dərs olar”, – deyə Ağadadaş Ağayev əlavə edib.

  • Bukmeykerlər “Avroviziya 2024”də Azərbaycanı neçənci yerdə görürlər?

    “Avroviziya 2024”lə bağlı bukmeykerlər fikirlərini bölüşməyə davam edirlər.

    “Eurovisionworld.com” saytında dərc olunan növbəti proqnozlara görə, ilk sırada bu dəfə Xorvatiya qərarlaşıb. İkici yerdə isə Ukrayna öz yerini möhkəmləndirməyə davam edir.

    İlk beşlikdə isə İtaliya, İsveçrə, Niderland kimi ölkələr var.

    Azərbaycan isə bukmeykerlər fikirlərinə görə 17-ci yerdə qərarlaşacaq.

    Qeyd edək ki, bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar yeddi və doqquz may tarixlərində, final isə 11 may 2024-cü ildə planlaşdırılıb.

    Azərbaycanı “Avroviziya 2024” mahnı müsabiqəsində Fahree (Fəxri İsmayıl) təmsil edəcək.

    O, səhnəni müğənni İlkin Dövlətovla bölüşəcək. İlkin beynəlxalq mahnı müsabiqəsində səsləndiriləcək mahnıda yer alan muğam hissəsini oxuyacaq.

  • “Avroviziya 2024”də ölkəmizi təmsil edəcək digər şəxsin adı məlum oldu

    Azərbaycanı “Avroviziya 2024” mahnı müsabiqəsində Fahree (Fəxri İsmayıl) və müğənni İlkin Dövlətov təmsil edəcəklər.

    Bu barədə İlkin Dövlətov sosial media hesabında məlumat verib.

    O, beynəlxalq mahnı müsabiqəsində səsləndiriləcək mahnının muğam hissəsini oxuyacaq.

    “Avropa, gözlə, muğam gəlir”, – deyə İlkin bildirib.

    Qeyd edək ki, bu il yarış 7-11 may tarixlərində İsveçin Malmö şəhərində keçiriləcək. Təmsilçilərimiz birinci yarımfinalın ikinci hissəsində çıxış edəcəklər.

  • “Avroviziya”da qaydalar dəyişdi: Yeniliklər həm iştirakçılara, həm də tamaşaçılara təsir edəcək

    Martın 11-də “Avroviziya 2024” beynəlxalq mahnı müsabiqəsinin təşkilatçıları müsabiqənin saytında qaydalarda dəyişiklik edildiyini açıqlayıblar.

    Təşkilatçıların fikrincə, bu, yarışı daha da maraqlı edəcək.

    İlk dəfə olaraq, Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniya kimi Böyük Beşlik ölkələrindən, eləcə də ev sahibi İsveçdən olan sənətçilər əvvəllər olduğu kimi fonoqramla deyil, yarımfinal zamanı canlı çıxış edəcəklər.

    Hər yarımfinalda onlardan üç çıxış olacaq. Birinci yarımfinalda Almaniya, İsveç və Böyük Britaniya, ikincidə isə Fransa, İtaliya və İspaniyadan olan musiqiçilər iştirak edəcəklər.

    Digər bir yenilik o olacaq ki, finalda tamaşaçıların səsverməsi birinci mahnının ifasından bilavasitə əvvəl başlayacaq. Beləliklə, televiziya tamaşaçıları bütün müsabiqə iştirakçılarının çıxışını gözləməkdənsə, mahnılar ifa olunarkən öz səslərini verə biləcəklər.

    Bundan əlavə, müsabiqədə iştirak etməyən ölkələrdən olan tamaşaçıların çıxışlardan əvvəl favoritlərinə səs vermək üçün demək olar ki, 24 saat vaxtı olacaq. Qalan hər kəs üçün onlayn səsvermə hər bir yarımfinal və final üçün ikinci məşq başa çatdıqdan dərhal sonra başlayacaq və canlı çıxışlar başlayana qədər davam edəcək.

    “Əvvəllər final üçün səsvermə 26 iştirakçının hamısı mahnısını oxuyub qurtardıqdan sonra açılırdı. Bunun əvəzinə biz tamaşaçıları əvvəldən prosesə cəlb etmək istəyirik. Bəyəndiyiniz çıxışı görsəniz, dərhal səs verə bilərsiniz. Əlbəttə, nəticələrin əvvəlki illərdə olduğu kimi sonda hesablanması üçün gözləyə də bilərsiniz”, – deyə müsabiqənin icraçı prodüseri Ebba Adelsson yeni qaydaları izah edib.

    Təşkilatçılar daha bir yeniliyin olacağını da elan ediblər, lakin hələlik bu barədə danışmayıblar.

    Xatırladaq ki, “Avroviziya 2024” mahnı müsabiqəsinin finalı mayın 11-də İsveçin Malmö şəhərində keçiriləcək. Yarımfinallar isə mayın 7-si və 9-na təyin edilib.

    Mənbə: gordonua.com

  • Namiqdən Aygün Kazımova ilə bağlı açıqlama

    Meyxanaçı Namiq Qaraçuxurlu Xalq artisti Aygün Kazımova ilə yeni duet hazırladıqlarını açıqlayıb.

    Sənətçi bu haqda “Gül kimi şou”da danışıb. O bildirib ki, artıq mahnı da seçilib:

    “Deyirlər bizim duet başlayandan, başqalarının toyu azalıb. Bununla fəxr edən deyiləm. Bu bazarın adamları var, mən də bu bazardayam. Yeni duetlə bağlı ilk addımlar atılıb. Yeni mahnı da seçilib. Qalıb bunu həyata keçirtmək. Proses gedir”.

    Qeyd edək ki, A.Kazımova və N.Qaraçuxurlunun illər əvvəl oxuduğu “Sevirəm”, “Bağlanıram” duetləri illərdir hitdir. //Axşam.az

  • Faiq Ağayev: “Pandemiyada qarajımı satıb maaş vermişəm”

    Xalq artisti Faiq Ağayev növbəti etirafları ilə diqqət çəkib.

    “Göstərir radio” proqramına qonaq olan sənətçi pandemiya zamanı pulsuz qalmamaq və yanında çalışan şəxslərə məvacib vermək üçün qarajını satdığını açıqlayıb:

    “Pul mənim üçün rahatlığın və müstəqilliyin vasitəsidir. Mən heç kimdən asılı olmamalıyam. Həyatımın sonuncu günü olar ki, kiminsə əlinə baxım. Pulum az olanda kefim pozulur. Fikir edirəm. Pandemiya zamanı çox fikir edirdim. Əlimin altında qaraj vardı. Onu satdım ki, o pulla 3-4 ay idarə edim. O zaman yanımda çalışan insanlara hər ay maaş verirdim. Bu çox böyük stressdir”, deyə Ağayev bildirib.
    //azxeber

  • Murad Arifdən qalmaqallı sözlər: “Onlar şou-biznes qurdlarıdır” – VİDEO

    Bəstəkar-müğənni Murad Arif qalmaqallı açıqlaması ilə diqqət çəkib.

    “Sözbaz” verilişinin qonağı olan sənətçi paxıllığını çəkən həmkarlarından danışıb.

    Murad qalmaqallı şəkildə açıqlama verərək onları şou-biznes qurdları adlandırıb.

    Ətraflı videoda:

  • Emiliya Avroviziya mahnısını təqdim etdi – VİDEO

    Emy Lia (Emiliya Yaqubova) Avroviziya 2024 üçün musiqiçi Etibar Əsədli ilə birgə hazırladığı mahnını təqdim edib.

    Olay.az xəbər verir ki, “Səs Azərbaycan”ın ilk sezonunun qalibi Emy Lia Avroviziya 2024 seçimləri üçün təqdim etdiyi iki mahnıdan birini – “Change Everything” (“Hər şeyi dəyiş”) kliplə birgə yayımlayıb.

    Mahnının bəstəsi və musiqi prodüserliyini Etibar Əsədli, sözlərini isə Birləşmiş Krallıqdan olan Nataşa Braun üstələnib. Ekran işinin rejissorluğu isə Elvin Cabbarova həvalə edilib.

    Emy Lia mahnı haqqında danışarkən sözlərinin dərinliyini çox bəyəndiyini deyib:

    “Mahnıya ilk dinləmədən vurulmuşdum. Dostum Etibar bu əsəri yaratdı və dinlədiyim an tüklərim biz-biz oldu. İfaçı üçün də ən önəmli şey məhz mahnını hiss etməsi, ona emosional bağlanmasıdır. Dinləyicilərin bu kompozisiyanın içindən özlərinə aid olanı götürüb, zəncirlərini qırıb, istədikləri kimi yaşamasını diləyirəm”.

    Qeyd edək ki, ifaçı Avroviziya 2024 Azərbaycan seçimlərinə iki mahnı ilə müraciət edib və 214 nəğmə arasından onun digər mahnısı sona qədər yüksələn altı mahnıdan biri olub.

  • Kirkorov sosial şəbəkələrdən Puqaçova ilə bağlı yazıları silib – FOTO

    Filipp Kirkorov keçmiş həyat yoldaşı Alla Puqaçova ilə bağlı bütün yazdıqlarını sosial şəbəkələrdən silib. Qeyd edək ki, Kirkorov Alla Rusiya Federasiyasını tərk etdikdən və əri Maksim Qalkinlə birlikdə İsrailə köçdükdən sonra da ona sevgisini elan edən yazılar paylaşmağa davam edir.
     
    Nastya İvleevanın çılpaq gecəsindən sonra Kirkorov demək olar ki, öz imicini bərpa etmək və səhnəyə qayıtmaq üçün hər şeyi edir.
     
    Əvvəllər o, Putinin mətbuat katibi Dmitri Peskova gecə üçün bəhanələr gətirmiş, iki dəfə açıq şəkildə üzr istəmiş və hətta Rusiya Federasiyasının müvəqqəti işğal etdiyi Qorlovkaya gedib oradakı xəstəxanada çıxış etmişdi.

    Bundan sonra Kirkorov televiziyaya qayıdıb. Lakin bütün bu qalmaqallar fonunda Kirkorov keçmiş həyat yoldaşı Alla Puqaçovaya həsr olunmuş yazıları bütün sosial şəbəkələrdən də silməli olub.
     
    Xatırladaq ki, rusiyalı müğənni indiki həyat yoldaşı Maksim Qalkinlə birlikdə Rusiya Federasiyasının hərbi təcavüzünə qarşı açıq şəkildə çıxış edib və etiraz əlaməti olaraq ölkəni tərk edib.
     
    Öz növbəsində, Kirkorov bu yaxınlarda Allanın “Məndən narahat olmayın” adlı yeni kompozisiyasına həsr olunmuş yazı və birgə ifasının videosunu paylaşıb. 
     
    Kirkorov: “Oxu, Alla! Mən səni sevirəm” deyə Puqaçovaya müraciət etsə də, tezliklə etirafını bütün sosial şəbəkələrdən silib. 
     
    Xatırladaq ki, Alla Puqaçova və Filipp Kirkorov 1994-2005-ci illərdə evli olublar. Kirkorov Divanın dördüncü həyat yoldaşı olub.


    //sfera.az