Category: Şou Biznes

  • Röya ilə Flora Kərimova illər sonra barışdılar – FOTO

    Xalq artisti Röya Ayxan küsülü olduğu Xalq artisti Flora Kərimova ilə görüşüb.

    Bu barədə R.Ayxan sosial media hesabında paylaşım edib.

    O bildirib ki, Flora Kərimovanın evinə gedərək, qarşıdan gələn Beynəlxalq Qadınlar Bayramını təbrik edib:

    “Bəli, çox şey yaşadıq! Amma gözəl şeylər də oldu. Bu dəli-dolu Röyanı böyümüş görmək özümün də xoşuma gəldi. Sabah dolu bir günüm olduğu üçün özümə borc bildim ki, bu gün Flora xanım Kərimovanı təbrik edim. Sağlam ömür arzulayıram və yeni mahnılar”. (konkret.az)

  • Röya illərdir küsülü olduğu Flora Kərimova ilə barışıb – FOTO

    Xalq artisti Röya illərdir küsülü olduğu Xalq artisti Flora Kərimova ilə barışıb.

    O, bu barədə öz “Instagram” hesabında paylaşım edib.

    Bildirib ki, dəli-dolu Röyanı böyümüş görmək özünün də xoşuna gəlib.

    “Bəli, çox şey yaşadıq! Amma gözəl şeylər də oldu. Bu dəli-dolu Röyanı böyümüş görmək özümün də xoşuma gəldi. Sabah dolu bir günüm olduğu üçün özümə borc bildim ki, bu gün Flora xanım Kərimovanı təbrik edim”, – deyə Xalq artisti qeyd edib.

    Qeyd edək ki, Flora Kərimova illər öncə verilişlərdən birində Röya haqqında xoşagəlməz ifadələr işlədərək “mənimlə Röya arasında münaqişə necə ola bilər axı? Mənim ona bir qadın kimi tövsiyələrim olub. Özünü belə aparmasın. O, populyarlığın düzgün yolunu seçməyib” deyib.

  • Nigar Camal polis idarəsinə çağırıldı

    Müğənni Nigar Camal Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.

    Bu barədə müğənni öz şəxsi “Instagram” hesabında məlumat paylaşıb.

    “Bu gün ərizə vermək üçün Bakı Şəhər Baş Polis İdarəsinə çağırıldım. Bir neçə gün öncə adımdan “TikTok” hesabı açıb, insanları şantaj edən şəxslə bağlı şikayət ərizəmi yazdım. Məsələ artıq hüquq-mühafizə orqanlarının nəzarətindədir.

    Daxili İşlər Nazirliyi başda olmaqla, məsələ ilə yaxından maraqlanan polislərimizə, Bakı Şəhər Baş Polis İdarəsinə öz təşəkkürümü bildirirəm. Yekun nəticə ilə bağlı yaxın günlərdə açıqlama verəcəyəm. Məsələni işıqlandıran bütün media orqanlarına isə minnətdaram”.

    Xatırladaq ki, müğənni Nigar Camala qarşı dələduzluq edilib. Elşad Eldar oğlu Məmmədov adlı şəxs “TikTok”da sənətçinin adına saxta hesab açaraq onun fanatlarına mesaj yazıb. Nigar Camalla pul qarşılığında görüşdürə biləcəyini deyib.
    //oxu.az

  • Coni “Yandex”də birincidir – FOTO

    Jony təxəllüsü ilə Rusiya şou-biznesində məşhurluq qazanan həmyerlimiz Cahid Hüseynli “Yandex”də birinci elan olunub.

    Bu haqda müğənni şəxsi sosial şəbəkə hesablarında məlumat verib .

    O, fevral ayı ərzində “Yandex Music”də ən çox dinlənilən sənətçi ünvanına sahib olduğunu bildirərək dinləyicilərinə təşəkkür edib.

  • Hüseyn evlənmək üçün bu yola əl atdı – FOTO

    Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov instagram paylaşımı ilə müzakirə yaradıb.

    Məşhur evlənmək üçün onu xanımla tanış edəcək şəxsə 10.000.000 rubl (185.000 manat) mükafat verəcəyini bildirib.

    Bloger paylaşımında bildirir:

    “Məni gələcək həyat yoldaşım ilə tanış edəcək şəxsə 10.000.000 rubl (185.000 manat) mükafat verəcəyəm. Bu mütləq mart ayı ərzində baş tutmalıdır. Necəsini artıq siz özünüz düşünün”.


    //azxeber.com

  • İsrail “Eurovision” üçün nəzərdə tutulmuş mahnısını dəyişəcək

    İsrailin “Kan” ictimai yayım korporasiyası ölkəni “Eurovision” musiqi müsabiqəsində təmsil etməli olan mahnının sözləri üzərində işləməyə hazırdır.

    Bu barədə “Kan”dan verilən bəyanatda deyilir.

    Qeyd edək ki, bu qərar İsrailin kompozisiyasında siyasi komponent görən Avropa Yayım Birliyi (AYB) ilə fikir ayrılıqları fonunda verilib.

    İsrail tərəfindən bu il baş tutacaq “Eurovision” müsabiqəsi üçün İsrailin Kfar Sava şəhərində anadan olan, lakin uşaqlığını Rusiyada keçirən və burada musiqi karyerasına başlayan 20 yaşlı Eden Qolanın ifa etdiyi “October Rain” (Oktyabr yağışı) mahnısı seçilib.

    Qolan üçün hazırlanan “Dancing Forever” (Əbədi rəqs) adlı başqa bir mahnı da rədd edilib.

    Mənbə: TASS

  • Burak Özçivit türk seriallarının populyarlığının sirrini açıqlayıb

    Türkiyənin “Muhteşem Yüzyıl” serialının ulduzu Burak Özçivit türk seriallarının uğur qazanmasının sirrini açıqlayıb.

    Aktyor bu barədə Rusiyada keçirilən Dünya Gənclik Festivalında danışıb.

    O, Türkiyə kino sənayesini istehsal həcminə görə dünyada liderlərdən biri adlandırıb. Özçivitin fikrincə, populyarlıq türk seriallarının yaradıcılarının çəkiliş zamanı əks etdirdikləri hisslərin səmimiliyi ilə izah olunur.

    “Seriallarımızla bütün dünyaya sevgi mesajımızı çatdıra bilərik, sevgi ən vacib şeydir, bizə qəlblərə toxunmağa imkan verən ilk hissdir. Qlobal olaraq bütün insanlar eyni dəyərlərə malikdir, sevgi qlobal bir gücdür”, – Özçivit vurğulayıb.

    Mənbə: TASS

  • Alla Puqaçova 16 ildən sonra ilk albomunu buraxıb

    Rusiyanın Xalq artisti müğənni Alla Puqaçovanın yeni albomu striminq platformalarında bu gün təqdim olunub.

    Məlumata görə, Puqaçovanın yeni “P.S.” albomunda on bir mahnısı yer alacaq. Həmçinin alboma 2019-cu ildə “Alla Puqaçova. P.S.” konsertində ifa etdiyi bəstələrin canlı versiyaları da daxil olunub.

    Mənbə: TASS

  • İsrailin “Avroviziya”ya təqdim etdiyi ikinci mahnı da rədd edildi

    Bir çox Avropa ölkələri İsrailin “Avroviziya” Mahnı Müsabiqəsində iştirakının qadağan edilməsini tələb etməyə davam edərkən, alınan daha bir qərar hər kəsi sevindirib.

    Avropada İsrailin “Avroviziya” Mahnı Müsabiqəsinə qadağa qoyulması çağırışları davam edərkən, Təl-Əviv rəhbərliyinin müsabiqə üçün təqdim etdiyi ikinci mahnının da siyasi mesaj ehtiva etdiyi üçün rədd edildiyi bildirilib.

    Bildirilib ki, İsrailin müsabiqəyə təqdim etdiyi ilk mahnı olan “Oktyabr yağışı” kimi “Dance Forever” mahnısı da HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının oktyabrın 7-də həyata keçirdiyi hücuma işarə edir.

    Verilən məlumata görə mahnı seçimi ilə bağlı EBU ilə müzakirələr aparan İzrail nəticədən ümidsizdir. Digər tərəfdən, İsrailin dövlət televiziyası KAN tərəfindən edilən açıqlamada, Mədəniyyət və İdman naziri Miki Zoharın EBU-dan İsrailin müsabiqəyə təqdim etdiyi ilk mahnının təsdiqini tələb etdiyi bildirilib.
    //azxeber.com

  • Məşhur aktrisa HƏBS EDİLDİ

    Fələstini dəstəkləyən etiraz qrupuna qatılan məşhur aktrisa tutulub.
     
    “Euphoria” serialının ulduzu Hanter Şafer İsrailə qarşı “Jewish Voice For Peace” adlı yəhudi təşkilatının Fələstin üçün təşkil etdiyi etiraz aksiyasında iştirak etdiyinə görə həbs edilib. 
     
    Təşkilat üzvləri  ABŞ Prezidenti Co Baydenin də qatıldığı “The Late Night Show with Set Meyers” proqramının çəkildiyi studiyanın qarşısında etiraz aksiyası keçirib.
     
    Qeyd edək ki, karyerasına məşhur brendlərin siması kimi başlayan Hanter Şafer 2019-cu ildə aktyorluğa start verdiyi “Euphoria” serialı ilə böyük uğur qazanıb.
     
    Həmçinin o, özünü trans qadın kimi təqdim edir.
    //sfera.az