Category: Şou Biznes

  • Adel səhhətinə görə səhnəni tərk edir

    Müğənni Adel pərəstişkarlarına səhhətində yaranan problemlərə görə müvəqqəti olaraq səhnəni tərk etdiyini bildirib.

    Ulduz müğənni bu barədə “Instagram”da yazıb.

    Adel bildirib ki, Las-Veqasda keçiriləcək konsertlərinin vaxtını dəyişdirməli olub. Onun sözlərinə görə, səs tellərinə mənfi təsir göstərən xəstəlikdən tam sağala bilməyib.

    “Çıxışıma davam etməzdən əvvəl tam sağalmaq şansım yox idi və indi yenidən xəstəyəm. Təəssüf ki, bu mənim səsimə təsir etdi. Buna görə də, həkimlərin göstərişinə əsasən, yaxşı dincəlməkdən başqa yolum yoxdur”, deyə Adel izah edib.

    Sentyabrın sonunda müğənni Las-Veqasdakı növbəti konsertində mümkün toy haqqında danışıb. Adel artıq evli olduğunu, ərinin qonaqlar arasında yer aldığını qeyd edib. O, ərinin adını açıqlamayıb. Amma məlumdur ki, müğənni bir neçə ildir basketbol agenti Riş Paulla görüşür. Noyabrda jurnalistlər sənətçinin gizli şəkildə evləndiyini təsdiqləyiblər.

  • Dünya şöhrətli ulduzun bütün konsertlərini təxirə saldı – FOTO

    Məşhur müğənni Adel bir müddət musiqiyə ara verdiyini açıqlayıb.

    O, bu barədə şəxsi bloqunda paylaşım edib.

    Müğənni bildirib ki, çıxışlardan əvvəl tam bərpa oluna bilməyib. Sonuncu konsert zamanı sənətçi özünü pis hiss edib.

    Səhhətinin pisləşməsi Adelin səsinə də təsir edib və buna görə də bütün konsertlərini təxirə salıb.

  • Ruhəngiz Musəvi: “Hamilə vəziyyətdə efirə çıxırlar, ərləri də yanlarında, nə məcburdur, ac qalmısınız?”

    “Yeni çəkilən yerli filmlərimizin heç birini izləmirəm. Onlardan ləzzət almıram. Adətən Rusiya filmlərini izləyirəm. Melodram, real hadisələrdən qaynaqlanan filmləri. Bir də retro filmlərimizə baxıram. Düzdür, arabir komediya filmlərini də izləyirəm. Əvvəlki filmlərdə tərbiyə var idi, insan hisslər üzərində qurulurdu. İndikilər biabırçılıqdır. Ağızlarına nə gəlir danışırlar, söyüş söyürlər. Mən köhnə illərlə, o xatirələrlə yaşayıram. Nə var idisə o illərdə var idi. Söhbət təkcə filmlərdən getmir. Bu gün ifa olunan bayağı mahnıları da dinləmirəm”

    Bunu moderator.az-a açıqlamasında Əməkdar artist Ruhəngiz Musəvi deyib. O daha sonra əlavə edib:

    “O illərdə çimərlik geyimi ilə filmə çəkilmək də aktrisadan cürət tələb edirdi. “Baladadaşın ilk məhəbbəti” filmindəki dəniz səhnəsini yəqin ki, hamı izləyib. Həmin filmə sənət gözü ilə baxırlar. Heç kim ona pis gözlə baxmayıb. Bu rola görə tənqidlərə tuş gəlməmişəm. Əksinə, kim məni yolda görür, deyir ki, sizi bu filmdən sevmişik. Bu filmdir, sənətdir. Saf, təmiz məhəbbətdən doğan rolları canlandırmışıq. Yeniyetmə vaxtlarım idi. İndi efirə də, səhnəyə də az qala çimərlik geyimində çıxırlar. Baxıram əsəbləşirəm. Bunların hamısı sənət adına ləkədir. Heyf sənətdən. Gör səhnəyə kimlər gəlib?! Yaxşıları çıxmaq şərtilə əlbəttə ki… Sənət qalıb kənarda, özlərini səviyyəsiz hərəkətlərlə reklam edirlər. Hər şeyi açıb-tökürlər, yetər ki, gündəmdə qalsınlar. Üzr istəyirəm, o vaxt qadın hamilə olanda çəkinərdi, hətta doğmalarından utanardı. İndi biabırçılıqdır. O vəziyyətdə efirə çıxırlar, ərləri də yanlarında. Bir qalıb ki, uşağın dünyaya gəlmə anını da çəkib göstərsinlər. Nə məcburdur ki, efirə çıxırsınız? Allah onsuz da ruzinizi verib də. Ac qalmısınız?! Bir az səbriniz olsun, gözünüz doysun. Əriniz qazanır, uşağınız qazanır. Sənət olan yerdə bunlar artıq şeylərdir. O vaxt baldızımın toyunda idim. Hələ ana olmamışdım, hamilə idim. Bir az durub oynayan kimi atam deyirdi ki, gəl otur”, – deyə sənətkar bildirib.

    Ruhəngiz Musəvi bildirib ki, efirdə yalnız eyni simalar qonaq olur.

    “Biz gözəl vaxtda yaşamışıq. Sənətin əlçatmaz vaxtlarını görmüşük. O vaxtlar hər müğənni efirə çıxa bilməzdi. İndi toy müğənniləri özlərini efirdə reklam edirlər. Özünə hörmət edən sənətkar çalışar ki, efirdə az görünsün. Tamaşaçını, dinləyicini bezdirmək olmaz. Məni çox dəvət edirlər. Xoşlamıram tez-tez efirə çıxım. Nə vaxt efirə baxırsan, eyni müğənniləri görürsən. Efirə çıxmaqları bir yana, yersiz danışıqları da bir yana. Mən efirdə özümü əsl qadın kimi aparıram. Oturuşumu, yerişimi bilirəm. Artıq şeylər nəyə lazımdır? Nə var açıb-tökürsünüz, özünüzü hörmətdən salırsınız. Efir xəstələridir, camaat bezib. Bir-birlərinə oxşayırlar, elə bil inkubator yumurtasından çıxıblar.

    Sənət olmayanda hər şey önə çıxır. Sənət artıq getdi. Çox sevinirəm ki, o illərdə sənətə gəlmişəm. 1972-ci ildən peşəkar səhnədəyəm. Dövlət televiziyasında bütün kollektivlərin solisti olmuşam. Rəşid Behbudov kimi sənətkarla bir səhnəni paylaşmışam. 1973-cü ildə Almaniyada Gənclərin Ümumdünya festivalında iştirak etmişəm. 1976-cı ildə dünya səyahətinə çıxan gəmidə “Azərbaycan gözəli” seçilmişəm. Mən çıxıb bunları heç danışmıram. Ruhəngiz Musəvi tarixdə qalıb və qalacaq.

    Sizə bir faktı da danışıb. Böyük bəstəkarımız Oqtay Kazımi məni “Dan ulduzu” ansamblına, Rəşid Behbudovun Mahnı Teatrına gətirib. Çünki o illərdə onun mahnıları konsertlərdə, efirlərdə səslənirdi. Onun “Məhəbbətim” mahnısını mən heç vaxt oxumamışam. Firuzə İbadova, Aybəniz Haşımova o mahnını çox gözəl ifa ediblər. Bütün “Dan ulduzu” ansamblının mahnıları Aybəniz xanımdadır. Bu mahnı da “Dan ulduzu” ansamblı ilə ifa olunub. Sağ olsun, Aybəniz xanım həmin mahnının minusunu mənə verdi. Mən o mahnını yazdırdım, ifa etdim. Aybəniz xanım mənə zəng edib dedi ki, Ruhəngiz xanım, o mahnını eşidib deyirlər ki, bu onun cavanlıq səsidir. Əslində ifamı bəyənmirdim, Aybəniz xanımın sözləri mənə böyük dəstək oldu. Belə mahnıları oxumaq, yaşatmaq lazımdır. Ruhəngiz Musəvinin səsi də qalıb, gözəlliyi də. Bu yaşımda da təbii gözəlliyimlə bir çoxlarından seçilirəm. Əsas da mən sevilirəm. Bundan artıq mənə heç nə lazım deyil. Heç kimin də qabağında əyilmərəm. Nə ada görə, nə də şan-şöhrətə görə. Heç vaxt bunu etmərəm. Sağ olsunlar, “Əməkdar artist” adını veriblər mənə. Məni elə xalqın artisti kimi hamı tanıyır”, – deyə müğənni bildirib.

  • Hadise yeni sevgilisi ilə yaxalandı

    Hadisə yeni sevgilisi ilə görüntülənib.

    Müğənni Ayaydın şirkətlər qrupunun varisi iş adamı Mert Ayaydın ilə Etilerdə bir məkanda görüntülənib.

    Gecə boyu romantik mahnılar dinləyən ikilinin qucaqlaşıb əylənməsini əks etdirən görüntülərin yayılması ilə “Hadisə bu dəfə sevgini tapdı” kimi şərhlər yazılmağa başlayıb.
    //azxeber

  • Türkiyəli aktyorun mərhum İlhamə Quliyeva ilə bağlı paylaşımı diqqət çəkdi – VİDEO

    Türkiyəli aktyor Fırat Tanışın növbəti paylaşımı maraqla qarşılanıb.

    Median.Az yazır ki, aktyor mərhum Xalq artisti İlhamə Quliyevanın sosial şəbəkələrdə viral olan ifadələrindən istifadə edib.

    Onun paylaşımında mərhum sənətçinin ”Gözəllik deyirsən, məndə. Gözəl dəri deyirsən, məndə. Ad-san deyirsən, məndə. Status deyirsən, məndə. Tərbiyəli ailə deyirsən, məndə” dediyi ifadələr səslənib.

    Qeyd edək ki, Fırat Tanış “İstanbullu Gelin”, “Zeytin Ağacı”, “Adım Farah” kimi məşhur layihələrdə rol alıb. //oxu.az

    Həmin görüntüləri təqdim edirik:

  • Azərbaycanda qız evinə gələn bəyin hərəkəti gündəm oldu – VİDEO

    Azərbaycanda qız evində maraqlı hadisə yaşanıb.
     
    Qız evinə gələn bəy maraqlı hərəkət edib. Gəlinə yaxınlaşmağa 1 addım qalmış, bəy onu öz yanına dəvət edib. Görüntülər sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. Cütlüyə gələcək həyatlarında xoşbəxtlik arzu ediblər.
     
    Həmin görüntüləri təqdim edirik:

  • Azərbaycanda ən varlı müğənni kimdir?

    “Anamın gedişi ilə dünya yıxıldı. İki ayın içində bacım da getdi. İki il efirdən uzaq qaldım”.

    Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli “Özəl” proqramında deyib. Müğənni sənətdən iki il uzaq qalmasından danışıb.

    N.Ələsgərli aparıcı Kazım Sübhanın “Deyirlər, şou-biznesin ən varlı müğənnisi sizsiniz. Düzdür” sualına belə cavab verib:

    “Deməzdim. Orta mövqeni tutan insanam. İnsanın zənginliyi onun ürəyində, çevrəsindədir. Heç kəs bu dünyada heç nə aparmayıb. İnsanın daxili aləmi zəngin olmaldır”.

  • Alla Puqaçova yeni albomunu təqdim edəcək

    Rusiyanın Xalq artisti Alla Puqaçovanın yeni albomu striminq platformalarında martın birində təqdim olunacaq.

    Məlumata görə, Puqaçovanın yeni “P.S” albomunda on bir yeni mahnısı yer alacaq. Həmçinin alboma 2019-cu ildə “Alla Puqaçova.P.S.” konsertində ifa etdiyi bəstələrin canlı versiyaları da daxildir. Bəzi mahnılar isə tam yeni versiyalarda təqdim olunacaq.

    Qeyd edək ki, müğənninin daha əvvəl “YouTube”da yayımlanan konsertlərini də “Apple Music” və “Spotify” platformalarında görmək mümkün olacaq.

    Mənbə: Gazeta.ru

  • Azərbaycanlı aparıcının canlı efirdə halı pisləşdi – VİDEO

    “Kanal S”də yayımlanan “Xeyirli axşamlar” verilişində gözlənilməz hal yaşanıb.

    Canlı efir zamanı aparıcı Anar Vaqifoğlunun qəfildən halı pişləşib.

    Təzyiqi qalxdığı deyilən aparıcıya ilk yardımın da faydası olmayıb.

    O, efirdən birbaşa xəstəxanaya aparılaraq reanimasiyaya yerləşdirilib.

    Həmin görüntüləri təqdim edirik:

  • Azərbaycanlı reperin halı görənləri dəhşətə gətirir – FOTO

    Tanınmış azərbaycanlı reper Mövlud Cəfərovun (ZiqZaq) sənətdən uzaq düşmə səbəbi məlum olub.

    Milli.az xəbər verir ki, o, narkomaniya bəlasından əziyyət çəkib. Bir müddət müalicə alaraq yenidən sağlığına qovuşan reperin dəyişimi görənləri şoka salıb. Onun xeyli çəki itirməsi diqqət çəkib.

    Yenidən həyata qayıdan reperin müalicədən öncə və sonrakı fotolarını təqdim edirik: