Category: Şou Biznes

  • Teylor Svift birinci oldu

    Amerikalı müğənni Teylor Svift ardıcıl ikinci il mahnıları ən çox satılan musiqi sənətçisi kimi tanınıb.

    Bununla bağlı məlumat Beynəlxalq Səsyazma Sənayesi Federasiyasının (IFPI) dərc etdiyi 2023-cü il illik hesabatının məlumatlarında qeyd olunub.

    “Anti-Hero”, “Cruel Summer”, “Lover” mahnılarının müəllifi dördüncü dəfə (2014, 2019, 2022, 2023) birinciliyə nail olub.

    İkinci və üçüncü yerlərdə Cənubi Koreyanın iki qrupu qərarlaşıb: “SEVENTEEN” və “Stray Kids”. Cənubi Koreyadan K-pop janrının daha iki nümayəndəsi yeddinci yerdə “TOMORROW X TOGETHER” və səkkizinci yerdə “NewJeans” qrupları olub. Ən yaxşı 5 ifaçı sırasına həmçinin kanadalı reper Dreyk (4) və “The Weeknd” kimi tanınan kanadalı musiqiçi Abel Makkonen Tesfaye də daxildir.

    Mənbə: TASS

  • Azərbaycana gələn reperin Şəmkirdəki ferması sökülür – VİDEO – FOTO

    Rusiya şou-biznesində “Navai” təxəllüsü ilə fəaliyyət göstərən, “HammAli&Navai” duetinin keçmiş solisti Nəvai Bəkirovun Şəmkir rayonunda tikintisini apardığı ferması sökülür.

    Azərbaycanəsilli rep ifaçısı bu barədə özünün sosial media hesabında xəbər verib və kadrlar paylaşıb.

    “Şəmkir meriyası fermanı sökmək üçün kiçik kəndimizə gəlib. Kömək edən və etməyən hər kəsə təşəkkür edirəm”, – deyə o, bildirib.

    O, fermada mal-qaranın su içməsi və balıqçılıq üçün hətta göl tikintisi işlərinin getdiyini deyib.

    Bir sözlə, Dubay və Tailanddan sonra kəndə gəldim və ilhamlandım. Qərara gəldim ki, dünya dərdlərindən uzaq dura biləcəyim, həmçinin təbiətə və heyvanlara daha yaxın ola biləcəyim yer tikim. Torpaq nənəmin mülkü olduğu üçün tikintiyə başladım. Məlum oldu ki, bu torpaq əkinçilik üçün nəzərdə tutulub, əslində elə gördüyüm iş də budur, ancaq dedilər “yox!” və sökməyə başlayıblar. Axı şəhərin mərkəzində hündürmərtəbəli biznes mərkəzi tikmirəm…

    Kədərliyəm, çünki müraciət etməliyəm, amma bilmirəm, bacarmıram və etməyəcəyəm. Ümid edirəm ki, hökumətdən kimsə bunu görüb mənə kömək edəcək!”, – deyə Nəvai bildirib.



  • Əməkdar artistlər 20 ildən sonra barışdılar – VİDEO

    Əməkdar artistlər Lalə Məmmədova və Sevda Ələkbərzadə barışıblar.

    Olay.az xəbər verir ki, sənətçilər tanınmış təşkilatçı Seva Sultanın doğum günündə bir araya gəliblər.

    Onları Elnur Həsənov barışdırıb. Müğənnilər öpüşüb-görüşdükdən sonra birlikdə rəqs ediblər.

    Qeyd edək ki, müğənnilər 2004-cü ildən bəri danışmırdılar. Onların küsülülüyünə səbəb isə “Şəbi Hicran” albomu olmuşdu.

    Həmin görüntüləri təqdim edirik:

  • Tarkandan onu təhqir edən Sərdar Ortaça cavab

    Türkiyəli müğənni Tarkanın sosial şəbəkədə sərxoş halda onu təhqir edən həmkarı Sərdar Ortaça cavabı gecikməyib.

    Axşam.az xəbər verir ki, sənətçi ona sosial şəbəkə vasitəsi ilə cavab verib:

    Tarkan “Var-dövlətini itirəndə ağlını da itirib, yazıq” sözlərini yazıb.

  • “Brilyant əl” filminin aktrisası həyatını itirdi – FOTO

    “Brilyant əl” filmində fahişə obrazını canlandıran aktrisa Viktoriya Ostrovskaya dünyasını dəyişib.

    Tanınmış aktrisanın ölümü barədə Andrey Malaxov öz teleqram kanalında yazıb.

    Onun ölümünün səbəbi və şəraiti hələlik məlum deyil.

    Qeyd edək ki, Viktoriya Qriqoryevna Ostrovskaya 1938-ci ildə anadan olub. O, Qorki adına Dnepropetrovsk Akademik Rus Dram Teatrında və Sızran Dram Teatrında aktrisa kimi fəaliyyət göstərib.

    Sonra otuz ildən çox Rusiya Dövlət Kitabxanasının incəsənət şöbəsində kitabxanaçı, uzun illər Moskvadakı sağlamlıq mərkəzlərindən birində aerobika üzrə təlimatçı işləyib.

  • Tom Kruz rusiyalı sevgilisi ilə münasibətini açıqlayıb

    Hollivud aktyoru Tom Kruz rusiyalı keçmiş model Elsina Xayrova ilə münasibətlərini rəsmən açıqlayıb.

    Məlumata görə, 36 yaşlı Elsina Xayrova məşhur rusiyalı deputat Rinat Xayrovun qızı və brilyant oliqarxının keçmiş həyat yoldaşıdır.

    Qeyd edək ki, 61 yaşlı dünya ulduzu ilə Elsina münasibətlərinin məxfiliyini qorumaq istədikləri üçün birlikdə şəkil çəkdirmirdilər.

    Mənbə: gazeta.ru

  • Mehribandan Zeynəb Xanlarovanın ona “day-daylıq” etməməyinə REAKSİYA

    Əməkdar artist Mehriban Xanlarova bibisi, Xalq artisti Zeynəb Xanlarovadan danışıb.

    Median.Az bizim.media-ya istinadən bildirir ki, sənətçi qonaq olduğu “Qapqara” verilişində həmkarı, aktyor Kamran Ağabalayevin suallarını cavablandırıb.

    Kamranın “Hər bir sahədə hər kəsin bir “dayı”sı olmalıdır. Bunu isə görə-görə gəlirik. Çox maraqlıdır ki, bibiniz Zeynəb Xanlarova sizə “dayı” ola bilmədi” sözlərinə Mehriban belə münasibət bildirib:

    “Kamran, illərdir ki, bu sənətdə addımlayırsan, sənin “dayı”n var? (Kamran cavab verir ki, yoxdur). Əgər bizim istedadımız varsa, içimiz dolub daşırsa və bu gün də rejissorlara lazımıqsa, o zaman “day-daya” nə ehtiyacımız var!?”

  • Məşhur serialın meksikalı aktrisa vəfat edib

    Məşhur serialın meksikalı aktrisa Renata Flores 74 yaşında vəfat edib.

    Qeyd edək ki, Renata Flores bir zamanlar çox populyar olan “Vəhşi qızılgül” (Dikaya roza) teleserialında xadimə Leopoldina rolu ilə tanınıb.

    Mənbə: RIA Novosti

  • Məşhur aktyorun ulduzu Hollivudun Şöhrət xiyabanında yer alıb

    “Oskar” mükafatına namizəd Mark Ruffalo Hollivudun Şöhrət xiyabanında şəxsi ulduzuna sahib olub.

    Aktyoru dəstəkləməyə onun həyat yoldaşı, uşaqları, həmkarı Cennifer Qarner, rejissorlar Devid Finçer, “Marvel”in prezidenti Kevin Feyq və başqaları gəliblər.

    Ruffalo toplaşanlara dəstəyə görə təşəkkür edib və Hollivuddakı yaradıcılıq yolunun necə başladığını xatırladıb:

    “Nənəm mənə həftədə 20 dollar göndərirdi və “Sənə inanıram” yazırdı”, – aktyor bildirib.

    Qeyd edək ki, Ruffalonun ulduzu Hollivud Bulvarında sayca 2722-cidir.

    Mənbə: film.ru

  • Flora Kərimova İlhamə Quliyeva ilə bağlı kədərli xatirəsini paylaşdı

    Xalq artisti Flora Kərimova teleproqramlardan birində ömür boyu küsülü olduğu mərhum müğənni İlhamə barədə danışıb.

    “İlhamə Quliyeva ilə sözümüz heç zaman düz gəlmirdi. Mən İlhamədən çox çəkmişəm. Deyirlər ki, ölən insanın arxasınca danışmazlar. Doğrudan, bu dünyadan köçən insanın arxasınca danışmazlar, yalnız həqiqətdən başqa.

    İlhamə Quliyeva adama pislik edən insan idi. Ailəmin, qızımın, oğlumun haqqında o qədər xoş olmayan sözlər danışıb ki… Mən də bunlardan sonra “şişdim, şişdim, şişdim” və sonda “partladım”, – o bildirib.

    Lent.az-ın xəbərinə görə, müğənni kədərli bir xatirəsini də paylaşıb:

    “Qızım Zümrüdün atası dünyasını dəyişəndə İlhamə Quliyeva mənə başsağlığı verən insanları evimdən qovdu. Mən bu məqamları unutmuram. Övladlarıma görə dözürdüm. Sonra dözmədim, getdim üstünə. İlhamə heç diri-diri də öhdəmdən gələ bilmirdi. Mən heç zaman heç kimin qarşısından qaçmamışam”.