Category: Şou Biznes

  • Maksim Qalkin konserti üçün Bakıya gəlib

    Rusiyanın populyar yumaristi və şoumeni Maksim Qalkin Bakıdadır.

    Bu barədə o, özünün “Instagram”dakı səhifəsində məlumat verib.

    Məşhurun sözlərinə görə, sabah paytaxtın Konqres Mərkəzində onun konserti baş tutuacaq.

    Qalkin Bakının gözəl və günəşli olduğunu qeyd edib və hər kəsi konsertində iştiraka çağırıb.

  • “Maşina vremeni” qrupunun yaradıcısı Yuri Borzov vəfat edib

    “Maşina vremeni” rok qrupunun yaradıcısı Yuri Borzov Moskvada vəfat edib.

    70 yaşlı musiqiçinin onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilib.

    Bununla yanaşı, daha əvvəl onun infarkt keçirdiyi də qeyd olunur.

    Borzovun meyiti Rusiya paytaxtının Basmannı rayonu Tokmakov prospektindəki mənzilində tapılıb. Meyitin üzərində zorakılıqla ölüm izləri aşkar edilməyib. Ölümün dəqiq səbəbini ekspertiza müəyyən edəcək.

    Mənbə: zhizn.ru

  • Əli Mirəliyev xəstəxanaya yerləşdirildi

    Müğənni Əli Mirəliyev xəstəxanaya yerləşdirilib.

    “Qafqazinfo” xəbər verir ki, sənətçinin xanımı onun səhhətindən danışıb.

    O bildirib ki, Ə.Mirəliyev əməliyyat olunacaq:

    “Vəziyyəti çox ağır idi, indi müayinələrin cavabını gözləyirik. Həkimlər deyib ki, əməliyyat olunacaq”.

  • Məşhur reper Azərbaycana gəlib, Şəmkir rayonunda ferma tikir – FOTO/VİDEO

    Rusiya şou-biznesində “Navai” təxəllüsü ilə fəaliyyət göstərən, “HammAli&Navai” duetinin keçmiş solisti Nəvai Bəkirov Azərbaycanda ferma tikir.

    Azərbaycanəsilli rep ifaçısı bu barədə özünün sosial media hesabında xəbər verib və kadrlar paylaşıb.

    Görüntülərdən aydın olur ki, ferma Şəmkirin Talış kəndində qurulacaq.

    “Kənd cəlb edir, kəndi çox sevirəm. Azərbaycanda ferma tikirəm”, – deyə o, videoda bildirib.


  • Röya Ayxan Türkiyədə səsverməyə qatıldı – VİDEO

    Xalq artisti Röya Ayxan növbədənkənar prezident seçkilərində səsvermə prosesində iştirak edib.

    Median.Az bizim.media-ya istinadən bildirir ki, hazırda Türkiyədə olan sənətçi İstanbul şəhərində seçdiyi namizədə səs verib.

    Röyanın səs verdiyi zaman çəkilən görüntülərini təqdim edirik:

    Milli.Az

    XəbərlərimiziWhatsApp kanalımızdanda oxuyun

  • Məşhurlarımızın əvvəlki peşələri: meyvə bazarı, mebel yığan, fəhlə… (SİYAHI)

    Bu gün müğənni kimi tanıdığımız məşhurlar əvvəllər nə işlə məşğul olublar?

    Bu barədə məlumatı təqdim edirik:

    Pərviz Bülbülə məşhurlaşmadan öncə mebel yığan usta kimi fəaliyyətdə olub.

    Tünzalə Ağayeva musiqi müəllimi işləyib.

    Flora Kərimova tibb təhsili alıb.

    Faiq Ağayev ixtisasca teatr aktyorudur.

    Zülfiyyə Xanbabayeva teatr rejissorudur.

    Röya Ayxan hüquq fakültəsini bitirib.

    Ağadadaş Ağayev müəllim işləyib.

    Ədalət Şükürov 1980-ci illərdə Sankt-Peterburqda fəaliyyət göstərən Mədəniyyət İnstitununun Kütləvi tədbirlər rejissoru olub. Bundan öncə isə meyvə bazarında işləyib.

    Elnarə Xəlilova filoloqdur.

    İlhamə Qasımova polis kimi fəaliyyət göstərib.

    Aygün Kazımova həndbolçu idi.

    Nadir Qafarzadə məşhurlaşana qədər fəhlə işləyib.

    Elza Seyidcahan musiqi müəllimidir.

    Zamiq Hüseynov məşhurlaşana qədər hər cür işdə işləyib, ailəsinə qazanc gətirib.

    Xatirə İslam tibb bacısı işləyib.
    //olke.az

  • Amerikalı reper 3 “Qremmi” mükafatı aldı, həbs edildi

    Amerikalı reper Killer Mayk (əsl adı Maykl Santyaqo Render) üç “Qremmi” mükafatına layiq görüldükdən dərhal sonra saxlanılıb.

    Bu barədə “The Hollywood Reporter” məlumat yayıb.

    Əvvəlcə mərasimin keçirildiyi “Crypto.com Arena” kompleksinin təhlükəsizlik işçisi Renderin saxlanmasının səbəbinin mükafatla heç bir əlaqəsi olmadığını deyib. Daha sonra Los-Anceles polisinin nümayəndəsi bildirib ki, reper əlbəyaxa davaya görə saxlanılıb.

    O, polisə dindirilmək üçün aparılıb. Nəşrin mənbəsi hadisəni xuliqanlıq adlandırıb və əlavə edib ki, sənətçi tezliklə azadlığa çıxa bilər.
    //qaynarinfo

  • Mahsun Azərbaycanı məyus etdi: Torpaq iddiası – VİDEO

    Türkiyənin tanınmış müğənnisi, kürd əsilli Mahsun Kırmızıgül əzəli türk şəhəri olan Urmiya haqqında kürd vilayəti iddiası ilə mahnı oxuyub.

    Axar.az xəbər verir ki, Mahsun Kırmızıgül “Urmiya və əziz gəlinim 2024” adlı videoçarxını kürd dilində yayımlayıb.

    O, oxuduğu mahnıda Azərbaycanın Təbrizdən sonra ikinci ən böyük şəhəri və bütün türklərin ata yurdu olan Urmiyanı kürd şəhəri adlandırıb.

    O öz mahnısında “Urmiya mənim ölkəmdir” (Urmiye velate men) ifadəsini də işlədib.

    Qeyd edək ki, mahnı Güneydə kəskin etiraz doğurub.

  • Nadir Qafarzadə bir gözündən əməliyyat olundu

    Müğənni Nadir Qafarzadə əməliyyat olunub.

    Sənətçi bu barədə sənətçi sosial şəbəkə hesabında bildirib.

    O görüntülərini paylaşaraq bir gözündən əməliyyat olunduğunu deyib:

    “Gözümdən əməliyyat olundum. Artıq bu eynəklərdən qurtuldum. Amma bir həftə diqqətli olmalıyam. Tez-tez damcı dərman tökməliyəm”.

  • “Rokki” filminin ulduzu vəfat etdi – FOTO

    ABŞ-li aktyor, prodüser, rejissor və keçmiş peşəkar futbolçu Karl Uezers 77 yaşında vəfat edib.

    Bu barədə onun meneceri Mett Luber məlumat verib.

    “Rokki” və “Yırtıcı” filmlərinin ulduzu yuxuda vəfat edib. Onun ölümünün səbəbi barədə məlumat verilmir.

    Karl Uezers 14 yanvar 1948-ci ildə ABŞ-də anadan olub. O, ən çox “Rokki” filmində Apollo Krid, “Yırtıcı” filmindəki Corc Dillon, “Xoşbəxt Gilmor” filmində Çabbs Peterson rolları ilə tanınır.

    Aktyor “Ulduz müharibələri: Mandalor” serialındakı işinə görə “Dramatik serialda dəvət edilmiş ən yaxşı aktyor” nominasiyasında “Emmy Primetime” mükafatına layiq görülüb.




    Mənbə: variety.com