Category: Şou Biznes

  • Tanınmış meyxanaçının qalmaqallı görüntüləri yayıldı – VİDEO

    Nicat Rəhimovla Azər Baxşəliyevin aparıcılığı ilə hər həftə “Xəzər” telekanalında yayımlanan “Zarafat bir yana” verilişində xoşagəlməz hadisə yaşanıb.

    Verilişin növbəti buraxılışının qonağı meyxanaçı Ələkbər Yasamallı olub. O, verilişdə izləyicilərdən birinin ona ünvanladığı sualı bəyənməyib.

    İzləyicinin verdiyi sualdan bərk qəzəblənən meyxanaçı iradlarını verilişdən sonra çay masası arxasında aparıcılarla bölüşüb. Sözügedən kadrları Nicat Rəhimov instaqramda payaşıb.

    “Hanı o uşaq, mən niyə gedirəm onun yanına, o gəlsin bura. Tamaşaçıların qarşısında o sualın verilməsi düz gəlmir. Uşağa zəng gəldi, mənə elə gəlir ki, Namiqin adamıdı. Yenə də Allahı bilər, özü bilər. Namiq də mənim dostumdur, amma bir az başqa cür olub”. – Ələkbər Yasamallı videoda qeyd edib.

  • “Bi-2” qrupunun üzvlərinin hamısı Tailanddan İsrailə deportasiya ediliblər

    İsrail konsulu “Bi-2” rok qrupunun baraban ifaçısı, iki gitara ifaçısı, klavişli alətlər ifaçısı və aranjimançısının İsrailə deportasiyası ilə bağlı Tailandın immiqrasiya orqanları ilə razılaşıb.

    Musiqiçilərin yaxın ətrafındakılarının verdikləri məlumata görə, Aleksandr Uman ( “Bi-2”nin Şurası) barəsində də İsrailə deportasiya ilə bağlı razılaşmaq mümkün olub.

    Bundan əvvəl qrupun təsisçisi Yeqor Bortnik (“Bi-2”nin Lyovası, Rusiyadakı xarici agentlərin reyestrinə daxil edilib) İsrailə deportasiya edilib.

    “Konsul musiqi qrupunun bütün üzvlərinin Tailanddan İsrailə deportasiyası ilə bağlı razılığa gələ bilib. Onlar artıq qeydiyyat məntəqəsindən keçiblər və yola düşməyə hazırlaşırlar. Hazırda onlar təyyarədədirlər, hər şey qaydasındadır”, – deyə məlumatda bildirilir.

    Mənbə: TASS

  • Aİ Ukraynaya verdiyi vədi yerinə yetirə bilmir

    Avropa İttifaqı (Aİ) ölkələri martın 1-nə qədər Ukraynaya vəd edilən 1 milyon artilleriya mərmisi əvəzinə, cəmi 600 mini tədarük edə biləcək.

    Bu barədə “Bloomberg” məlumat yayıb.

    Məlumata görə, sursat istehsalında davam edən gecikmələr və mövcud ehtiyatların tükənməsi ilə bağlı narahatlıqlar səbəbindən Aİ ölkələri Kiyevə 1 milyon mərmi tədarük planından xeyli geri qalacaq və cəmi 600 minə yaxın döyüş sursatı göndərmək mümkün olacaq.

    Xatırladaq ki, daha əvvəl Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen 2024-cü ildə mərmi istehsalını ildə 1 milyona çatdıracaqlarını vəd etmişdilər.

    ///report

  • Suada Amerika həyatının çətinliklərindən danışdı: Hələ də şokdayam – FOTO

    Başqalarına və özümüzə qarşı mehriban olaq. Sərhədlərə hörmət edin və başqasını öz xəyal gücünüzün çərçivəsinə salmayın, onların necə olmaları barədə düşünməyin. Sosial media insanların bir-birini mühakimə etdiyi, şərhlər və birbaşa mesajlar səbəbindən motivasiyanı öldürə biləcəyi zəhərli bir məkan ola, eyni zamanda yaradıcılığı, həyatı, sevdiyiniz və pərəstiş etdiyiniz şeyi dostlarınız və ictimaiyyətlə bölüşmək üçün bir məkan ola bilər. Mən ikincisini seçirəm, baxmayaraq ki, çox vaxt insanlar üzündən buranın toksik(zəhərli-PS olduğunu da hiss edirəm.

    Median.Az publika.az-a istinadən xəbər verir ki, bu sözləri azərbaycanlı musiqiçi Suada Hacızadə deyib. Ailə qurduqdan sonra Amerikaya köçən musiqiçi “Realist və sadə: Mənimlə hazırlanın” başlığı ilə makiyaj görüntülərini paylaşıb. O, həm də Amerikaya köçdükdən sonra qarşılaşdığı çətinlikləri izləyicilərinə danışıb.

    “Özümüzə sadiq qalmaq – bu, ən önəmlisidir. Və bu videonu sizinlə paylaşmaq istədim, çünki mən hissləri olan bir insanam, nə qədər istedadlı, vizion və ehtirasın olmağından asılı olmayaraq, fikirlərimin tükəndiyini, xaos və içəridə ilişib qaldığımı hiss etdim, hansısa səbəblərdən sevdiyin şeyləri etməməyi seçirsən ki, bu da mənim üçün gülüncdür. Odur ki, bunu dəyişməyə çalışıram. Çox minnətdaram ki, ən yaxın adamlarım məni dəstəkləyir və irəli getməyə təşviq edirlər. Keçən il mən həyatımın ən böyük dəyişikliyini yaşadım və düşünürəm ki, hələ də bunun şokunu yaşayıram. Ailənizdən və dostlarınızdan, adi həyatınızdan, sevdiyiniz yerlərdən uzaq olmaq sizi dolaşığa sala bilər, lakin bu, normaldır. Biz bunu da keçəcəyik”, – Suada qeyd edib.

    Qeyd edək ki, Suada Hacızadə dünya şöhrətli aktyor Jan-Klod Van Damın oğlu Kristofer Van Damla evlidir. Həmçinin uşaqlıqdan musiqi ilə məşğul olan Suada Hacızadə Dövlət Filarmoniyasında Dövlət Simfonik Orkestri və Kamera Orkestrləri ilə konsert proqramlarında çıxış edib. Rusiya Mədəniyyət Mərkəzinin keçirdiyi coxsaylı tədbirlərdə və digər dövlət, ictimai və mədəniyyət tədbirlərinin fəal iştirakçısı olub. Suada Hacızadə həm də Prezident mükafatçısıdır.

  • Yaşar Nurinin qızından ETİRAF: “Atam Firəngiz xanımı çox sevirdi…”

    “Atam həqiqətən də Firəngiz xanımı çox sevib”.

    Median.Az azxeber.com-a istinadən xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülkər “SPACE” telekanalındakı çıxışında deyib.

    Atasının Firəngiz xanıma olan hisslərindən danışan Ülkər, bəzi etiraflar edib:

    “Atam Firəngiz xanımı həqiqətən də çox sevib. Hətta əməliyyatdan çıxan kimi ilk telefon zəngini də ona etmişdi. Bizə də Firəngiz xanım zəng edib dedi ki, Yaşar əməliyyatdan çıxıb, narkozdan ayılıb. Hətta anam da dedi ki, vallah mənim xəbərim yoxdur heç”.
     
    Ülkər, Firəngiz xanımın artıq onlara gəlmədiyini də deyib:
     
    “O artıq bizə də, atamla bağlı çəkilən verilişlərə də getmir. Səbəbi də odur ki, deyir Yaşar haqda danışmaq mənə ağırdır. özü də deyir gedirəm, danışıram Yaşarı xatırlayıram, o stressləri yenidən yaşayıram. Amma əlaqəmiz kəsilməyib. Mən ona deyirəm hər zaman, sən mənim ikinci anamsan. Mənim anam da həm atama, həm onun sənətinə hörmətlə yanaşıb. Atam hər zaman deyərdi ki, o mənə ərə gələndə bilirdi kimə gəlib”.

  • Tatlısəs məşhur azərbaycanlının mahnısını oxuyub – VİDEO

    Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs Azərbaycanın Xalq artisti Şəfiqə Axundovanın bəstəsini ifa edib.

    Bu barədə görüntülər AzTV-nin “Görüş yeri” verilişində yayımlanıb.

    Verilişdə İ. Tatlısəsin ifa etdiyi “Bu ayrılıq nədən oldu” mahısının klipi nümayiş olunub.

    Həmin görüntüləri təqdim edirik:

  • Emma Ələkbərzadə yeni görünüşü ilə diqqət çəkdi – FOTO

    Müğənni Emma Ələkbərzadə fərqli görünüşü ilə diqqət çəkib.

    Sənətçi yeni görkəmini “Instagram”da paylaşıb.

    Sevənləri Emma Ələkbərzadənin yeni imicini bəyəndiklərini qeyd ediblər.

  • Maksim Qalkin deportasiya edildi

    Rusiyalı artist Maksim Qalkinin konsert verməyi planlaşdırdığı Bali adasına getməsinə icazə verilməyib.

    Bu barədə jurnalist Anna Monqayt özünün “Telegram” kanalında məlumat verib.

    Onun sözlərinə görə, Qalkin “Prekrasnoye nedaleko” adlı konsert turu çərçivəsində Balidə çıxış etməli idi. Amma sənətçinin qastrol vizası və sənədləri olmasına baxmayaraq, o, İndoneziyaya buraxılmayıb. Maksim Qalkinə onun pasportunun müəyyən “qara siyahı”da olduğu barədə məlumat verilib.

    “Qalkin səbəbi izah edilmədən deportasiya edilib. Mənə verilən məlumata görə, o, hazırda Denpasar hava limanında Vyanaya (Qətər Hava Yolları ilə İndoneziyaya gəldiyi yerə) təyyarə reysi gözləyir”, – jurnalist qeyd edib.

    Maksim Qalkinin Balidə çıxışı yanvarın 27-nə planlaşdırılırdı. Afişada göstərildiyi kimi, sənətçinin konsertinə biletin qiyməti 800 min İndoneziya rupisi (təxminən 86 manat) ilə 2,5 milyon rupi (təxminən 265 manat) arasında dəyişir.

    Mənbə: aif.ru

  • Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun ödənişli parkinqlə bağlı şikayətinə CAVAB

    Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu Azərbaycan Milli Konservatoriyasının önündəki ödənişli parkinqdən şikayətlənib. Sənətçi qeyd edib ki, belə qərarlar verəndə tələbələri də nəzərə almaq lazımdır.

    Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, qanunvericiliyə əsasən, ödənişli parklanma ilə bağlı təhsil müəssisələrinə münasibətdə və digər hallarda imtiyazlar nəzərdə tutulmayıb:

    “Təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda qeydiyyatı olan sakinlər fərdi parklanma talonu alaraq avtomobillərini onlar üçün ayrılan yerdə ödənişsiz saxlaya bilərlər. Eyni zamanda bu imkanlardan yararlanmaq üçün xarici vətəndaşlar da müvəqqəti qeydiyyat ünvanı üzrə müraciət etmək hüququna malikdirlər”.

    Qeyd edək ki, musiqiçi şikayətini bu cümlələrlə ifadə etmişdi: “Burada tələbələr təhsil alır, biri qazanır, biri yox. 6-7 saat dərsdə oluruq. Məşqlərimiz olur, imtahana hazırlaşırıq. Hamı o pulu ödəyə bilmir. Bir saat üçün ödəmək olar, amma 8-9 saat burada dərsdə olan tələbələr var. Çox xahiş edirəm ki, bu məsələni kökündən həll edəsiniz”.

  • Zaurun verilişinin yayımı dayandırıldı

    “ATV” telekanalında yayımlanan “Bizimləsən” proqramının efir yayımı yarımçıq dayandırılıb.

    Bu barədə Demokrat.az-a telekanaldan məlumat daxil olub.

    Məlumata görə, bu gün “Bizimləsən” verilişinin yayımı zamanı efirdə qeyri-etik hərəkətlərə yol verilib. Baş verən bu haldan dərhal sonra “Bizimləsən” proqramının yayımı yarımçıq dayandırılıb.

    Məsələ ilə bağlı “Bizimləsən” verilişinin aparıcısı Zaur Baxşəliyev Demokrat.az-ın telefon zənglərinə cavab verməyib.

    Xatırladaq ki, teleaparıcı Zaur Baxşəliyevin müəllifi olduğu “Bizimləsən” verilişinin yayımının dayandırılması ilk hal deyil. Bundan öncə də sözügedən verilişin yayımı dayandırılmışdı və buna görə telekanal cərimələnmişdi.