Category: Şou Biznes

  • Afət Fərmanqızı Flora Kərimovaya 10 min manat ödəyəcək: “Bu pul nədir ki?”

    Məhkəmədə uduzan müğənni Afət Fərmanqızı Xalq artisti Flora Kərimovaya 10 min manat ödəyəcək.

    Hazırda Rusiyada yaşayan müğənni sosial şəbəkədə canlı yayım açaraq, məsələyə münasibət bildirib.

    O, məhkəmənin çıxardığı qərarı yerinə yetirəcəyini deyib:

    “Udanda nə olur ki?! Yeyib udmaq deyil ki, məhkəmədə udmaqdır. Mən buradan Floraya minnətdarlığımı bildirirəm ki, gecə-gündüz məni reklam edir. Çox şadam ki, Floranın hesabına saytlar gecə-gündüz məndən yazırlar. O boyda reklamın qabağında 10 min manat nədir ki?!

    Uduzanda nə olur ki? İki nəfərdən biri udar, biri də uduzar. Belə şeylərlə başınızı yormayın.

    Vəkilim Bakıdadır, həmin işlərlə o məşğul olur. Flora mənə nə edəcək? Flora məni söyüb, mən də onu söymüşəm. İş məndən 3 000 kilometr uzaqda, Azərbaycandadır. Mən isə Rusiyadayam. Söyüb, söymüşəm. Boynumdan atmıram ki”.

    Qeyd edək ki, Flora Kərimova Afət Fərmanqızının onu təhqir etdiyini əsas gətirərək onu məhkəməyə verib və 100 min manat təzminat istəyib. Xalq artistinin vəkili Xavər İsmayılova deyib ki, hakim Aytən Novruzovanın sədrliyi ilə iki ilə yaxın davam edən məhkəmə bu gün yekunlaşıb.

    Flora Kərimova Afət Fərmanqızını xüsusi ittiham qaydasında da məhkəməyə verib. Binəqədi Rayon Məhkəməsi Fərmanqızı barədə həbssiz axtarış qərarı çıxarıb.

  • Emin Ağalarov 27 il əvvəl yanacaqdoldurma məntəqəsində çalışdığı dostu ilə – FOTO

    Xalq artisti Emin Ağalarov sosial şəbəkədə yeni paylaşım edib.

    Sənətçi 2.2 milyon izləyicisi olan instaqram hesabında dostu Murat Kayarla fotosunu paylaşıb.

    Ağalarov bir zamanlar dostu Muratla ABŞ-dədə yanacaqdoldurma məntəqəsində çalışdığını bildirib.

    “27 il əvvəl Nyu-Cersi ştatında eyni yanacaqdoldurma məntəqəsində saatı 5 dollara işlədiyimiz dostum Murat. İnanılmaz xatirələr” – deyə, Xalq artisti şəkilə şərh yazıb.

  • Filipp Kirkorov cərimələndi

    Moskva məhkəməsi rusiyalı müğənni Filipp Kirkorova vergi və rüsumlar üzrə 8 milyon rubla (154 min manat) yaxın cərimə kəsib.

    Bu barədə məhkəmədən məlumat verilib.

    “Məhkəmə Filipp Kirkorovdan 2022-ci il üçün vergi və rüsumlar üzrə 7 972 985 rubl məbləğində borcun tutulması barədə qərar verdi. Həmçinin Moskva şəhərinin büdcəsinə 24 032 rubl 46 qəpik (463 manat) məbləğində dövlət rüsumunun ödənilməsi də qərara alınıb”, – deyə məhkəmənin bəyanatında bildirilib.

    Mənbə: KP.ru

  • Məşhurların “Instagram” hesabları oğurlanır: Bu halla qarşılaşmamaq üçün nə etmək lazımdır? – VİDEO

    Son günlər bir sıra məşhurların “Instagram” hesabı oğurlanıb.

    Aygün Kazımova, Kobra Pərviz, Ceyhun Əli bir neçə gündür ki, “Instagram” hesablarını geri qaytara bilmirlər.

    Bəs bu halla qarşılaşmamaq üçün nə etmək lazımdır?

    ATV-nin “Xəbərin olsun” proqramı məsələ ilə bağlı videosüjet hazırlayıb.

    Ətraflı videoda:

  • Fanatları işə gecikdiklərinə görə Madonnanı məhkəməyə veriblər

    ABŞ-nin Nyu-York şəhərində fanatları Madonnanı məhkəməyə veriblər.

    Məlumata görə, buna səbəb müğənninin konserti iki saat gecikdirməsi olub.

    Konsert gecə saat birdə bitib. O vaxt konsertdən çıxan pərəstişkarlar nəqliyyat problemi ilə üzləşiblər. Belə ki, gecə saatlarında avtobus az olub, fanatların çoxu taksi ilə evə getmək məcburiyyətində qalıb. Evlərinə gec çatan adamlar səhər də işə getmək üçün oyanmaqda çətinlik çəkiblər.

    Fanatlar iddia ərizəsində ulduzu ədalətsiz ticarətdə ittiham ediblər. Onların fikrincə, konsert vaxtının gecikdirilməsi biletdə yazılan şərtləri pozub. Madonnanı konsertinin gec başlamasına görə məhkəməyə verib və ertəsi səhər işə getmək üçün tez durmalı olduqlarına görə narazılıq ediblər.

    Mənbə: Ura.ru

  • Röyadan keçmiş əri ilə barışması xəbərlərinə REAKSİYA – FOTO

    Xalq artisti Röya Ayxan sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

    O, şəxsi instaqram hesabında keçmiş həyat yoldaşı Anar Cəlilovla barışması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. İfaçı bildirib ki, bu, yalan məlumatdır:

    “Əzizlərim, biz oğlumuzu sevirik və dost qalmışıq. Bir sözlə, nə barışıq? Hər birimiz xoşbəxtik öz evində…”

    Xatırladaq ki, Anar Cəlilov “Çudo peçka” mağazalar şəbəkəsinin sahibi Çingiz Cəlilovun oğludur. Anar Röya ilə 2008-ci ildə ailə qurub, 2014-cü ildə isə onlar boşanıblar. Cütlüyün Hüseyn adlı bir oğulları var. (baku.ws)

  • Aygün Kazımova şantaj edilir: 10 min tələb – FOTO

    Xəbər verdiyimiz kimi, Xalq artisti Aygün Kazımovanın “Instagram” sosial şəbəkə platformasındakı səhifəsi hakerlər tərəfindən oğurlanıb.

    Sənətçinin hesabında haker yeni paylaşım edərək, hesabı satacağını bildirib.

    “Aygün Kazımova, bunu oxuyursansa, 10 min avro bitkoin üçün mənə “Telegramda” yazın və hesabınızı geri alacaqsınız. Mənə güvənməsəniz səhifənizi ruslara satacağam”, – deyə paylaşımda yazılıb.(Bizim.Media)

  • Röya Ayxan keçmiş əri ilə barışıb? – VİDEO

    Xalq artisti Röya Ayxan keçmiş həyat yoldaşı ilə olan arxiv görüntülərini paylaşıb.

    Rəsmi instaqram hesabının hekayə bölümündə yer alan videoda o, eks-əri Anar Cəlilovla rəqs edir. Röya videoya “köhnə xatirələr” başlığını verib, bundan başqa paylaşımına ürək “stikeri” də əlavə edib.

    İllər sonra ifaçının bu videonu gündəmə gətirməsi onun A.Cəlilovla barışması ehtimalını artırıb.

    Videoda eyni zamanda mərhum müğənni Rəhim Rəhimli də yer alıb. O, pianoda ifa edərək Röya ilə duet oxuyur.

    Xatırladaq ki, Anarla Röya 2008-ci ildə ailə qurub və Hüseyn adlı oğlanları var. Cütlük 2014-cü ildə boşanmışdı.

    Qeyd edək ki, A.Cəlilov son vaxtlar TikTok-da paylaşdığı videoları ilə gündəmə gəlmişdi.
    //qafqazinfo

  • Xalq artisti: “Qızımın aktrisa olmasını istəmirəm”

    “Qızım müğənni olmaq istəyirdi. Sonra gördüm ki, oxuduqca cırıldayır. Dedim, olmaz, oxuma. Aktrisa olmasını isə mən istəmədim”.

    Lent.az-ın xəbərinə görə, bu fikirləri Xalq artisti Naibə Allahverdiyeva efirdə səsləndirib.

    O, qızının aktrisa olmasına narazılıq etməsinin səbəbindən danışıb:

    “Aktrisanın şansı olmalıdır. Mən istədiyim rolları oynamadım. Aktrisa kimi lazımi qədər istifadə olunmadım. İndi filmə çəkilmək üçün dostların, ətrafın olmalıdır. İndi rejissorlar elə peşəkar da deyillər. Seriallardakı aktyorlara yazığım gəlir”.

  • Səhifəni oğurlayanlar Aygün Kazımovanı şantaj edib, 10 min istədilər – FOTO

    Ötən gün Xalq artisti Aygün Kazımovanın 1,4 milyondan çox izləyicisi olan səhifəsi oğurlanıb.

    Median.Az xəbər verir ki, səhifəni ələ keçirilənlər onun hesabında paylaşım edərək sənətçini şantaj ediblər:

    “Aygün Kazımova, bunu oxuyursansa, 10 min avro (18 482 manat) bitkoin üçün mənə “Telegram”da yazın, hesabınızı geri alacaqsınız. Mənə güvənməsəniz ruslara sataram”.

    Qeyd edək ki, son bir neçə gündə idmançı Pərviz Abdullayev, aparıcılar Ceyhun Əli və Ranar Musyaev, müğənni İradə İbrahimovanın səhifəsi də oğurlanıb. İradə və Ranar hesabını geri qaytara bilib.