Category: Şou Biznes

  • Aygünün oğurlanan səhifəsindən paylaşım edildi – FOTOLAR

    Xəbər verdiyimiz kimi, Xalq artisti Aygün Kazımovanın “Instagram” sosial şəbəkə platformasındaki rəsmi hesabı oğurlanıb. Sənətçinin rəsmi səhifəsi oğurlanandan sonra bütün foto və videoları silinib.

    Median.Az bizim.media-ya istinadən bildirir ki, sənətçinin səhifəsində donuz balasının videosu paylaşılıb.

    Kazımovanın izləyiciləri həmin görüntülərə görə bu paylaşımı edən şəxsi sərt şəkildə tənqid edərək, tapılaraq məsuliyyətə cəlb ediləcəyini yazıblar.

    Aygün Kazımovanın rəsmi hesabını qaytarmaq üçün bununla bağlı işlər görülür.

  • Britni Spirs “İnstaqram” hesabını sildi

    Amerikalı müğənni Britni Spirs “İnstaqram” hesabını silib.

    Bu barədə “The Mirror” məlumat yayıb.
     
    Pop ulduz əvvəllər də sosial media hesabını silib. Lakin bu dəfə Spirs bir daha musiqi ilə məşğul olmayacağını elan etdikdən bir neçə gün sonra hesabını deaktiv edib və səhnəni birdəfəlik tərk etdiyini deyib.
     
    Britni Spirs bir müddət əvvəl yeni albom üzərində işlədiyinə dair xəbərləri təkzib edib, həmçinin musiqi sahəsinə heç vaxt qayıtmayacağına söz verib.İfaçının sözlərinə görə, o, yeni mahnıları yalnız “əylənmək üçün və ya sifarişlə” yazır.
    //sfera

  • İlkin Həsəni yoldaşından boşanıb?

    Aparıcı İlkin Həsəni və bloqer həyat yoldaşı Aysel Həsəni rəsmi şəkildə boşanıblar.

    Bu barədə “Qafqazinfo”ya ailəyə yaxın olan mənbə məlumat verib.

    Onun sözlərinə görə, cütlük arasında uzun müddətdir soyuq münasibət var, onlar bir müddət əvvəl boşanmaq istəsələr də, Ayselin ikinci uşağa hamilə olması bu məsələni təxirə salıb.

    Aysel ötən ilin sentyabrında ikinci övladını dünyaya gətirib.

    Daha bir diqqətçəkən məqam isə, İlkinlə Ayselin “Instagram”da bir-birini izləmədən çıxarması və birlikdə olduqları fotoları silmələridir. Ayselin son paylaşımlarında da İlkin yer almır.

    “Qafqazinfo”ya açıqlama verən İlkin Həsəni isə məlumatın həqiqətə uyğun olmadığını bildirdi: “Boş söhbətdir. Yalan məlumatdır. Heç bir əsası yoxdur”. O, Aysellə bir-birini “Instagram”da izləmədən çıxarmaları haqqında suala “sizə bir azdan zəng edəcəyəm” deyərək dəstəyi asıb və daha sonra nə zəng edib, nə də zəngləri açıb.

    Xatırladaq ki, bir müddət əvvəl də cütlüyün boşandığı deyilirdi, lakin sonra tərəflər bunu yalanlamışdı.

  • Müğənni Roza Zərgərli özünü İlhamə Quliyeva ilə müqayisə etdi

    “Allah İlhamə Quliyevaya rəhmət etsin. Onunla xasiyyətimiz, xüsusiyyətlərimiz, hegemonluğumuz eynidir. Hətta məndə ondan da çoxdur. Amma bir xasiyyətimiz var ki, heç oxşamır. Mənim sözüm daha itidir”.

    Bu sözləri müğənni Roza Zərgərli verilişlərin birində deyib.

    O, sənəti olmayan ifaçıları tənqid edərək nəsihət də verib:

    “Səhnədə müğənnilər arasında hegemon özüməm. Çıxsın kimsə nəsə desin. Öz yaşıdlarım üçün bunu demirəm. Bu sözlər bizdən sonra gələn nəsilə aiddir. Ona görə deyirəm ki, böyüklərinizə hörmətlə yanaşın. Bizim dövrün müğənnilərinə sonradan gələn, sənəti olmayan, gələcəkdə yeri olmayan, günlük, aylıq, illik ifaçıların söz deməyə haqqı yoxdur”.

  • Canlı yayımda gərgin anlar: Müğənni efiri tərk etdi – VİDEO

    “Xəzər axşamı” verilişinin ötən axşam yayımlanan buraxılışında gərgin anlar yaşanıb.

    Canlı efir zamanı qonaqlardan biri olan müğənni Mənzurə Musayeva proqramı tərk edib.

    Buna səbəb ifaçının özünün studiyada səsləndirdiyi canlı ifasını bəyənməməsi olub.

    Aparıcı Mətanət Əliverdiyeva isə sənətçinin bu addımına belə reaksiya verib:

    “Heç vaxt efirdə qonağıma hörmətsizlik etməmişəm. Bütün telekanallarda sizi aparıcıdan asılı vəziyyətə gətirirlər. Yeganə efir buradır ki, hamı bura rahat gəlir. Burada heç kim komandanı günahlandırmasın. Mənzurə xanım çıxıb getdi. Biz hamını gözümüz, qaşımız üstündə gəzdiririk. Bizim mikrofonda texniki problem yoxdur. Əgər müğənni canlı oxuya bilmirsə, bu, nə mənim, nə redaktorun, nə də texniki heyətin günahı deyil”.

    Ətraflı videoda:

  • Röya Ayxan: “Aygün Bəylər xətrimə dəymişdi” – VİDEO

    “Mən Aygün Bəyləri çox dərindən tanımırdım”.

    Bu sözləri Xalq artisti Röya Ayxan mərhum Əməkdar artist Aygün Bəylər haqqında danışarkən deyib.

    “Bu haqda çox danışmaq istəmirəm. O, adam mənim xətrimə dəymişdi, ondan küsmüşdüm. Amma bu hadisədən sonra başa düşdüm ki, çox az ömrümüz var. Sabah nə olacağını bilmək olmaz. Ona görə nə könül qıraq, nə də kiminsə pis enerjisini içimizdə daşıyaq. Mən çox istəyərdim ki, o çox yaşasın. Çünki onun balası var”.

    Xatırladaq ki, illər öncə Xalq artisti Röya Ayxan ilə Əməkdar artisti Aygün Bəylər arasında qalmaqal yaşanmışdı. Aygün Bəylər efirdə Röya Ayxanı təhqir etmişdi. Röya Ayxan bu səbəbdən onu məhkəməyə vermişdi.

    Qeyd edək ki, Əməkdar artist Aygün Bəylər uzun sürən xəstəlikdən sonra yanvar ayının 7-si, gecə saatlarında Ankarada müalicə aldığı xəstəxanada vəfat edib.

  • Aygün Bəylər və Nigar Camalın dueti üç gündə trendə düşdü – VİDEO

    Aygün Bəylər və Nigar Camalın ifası dörd il sonra trend olub.

    Mərhum Əməkdar artist Aygün Bəylər və “Avroviziya”nın qalibi Nigar Camalın “Nəfəsim, qəlbim” mahnısı 2019-cu ildə işıq üzü görüb.

    Sənətçilərin dueti 4 il sonra yenidən diqqət çəkib. Buna səbəb isə Aygün Bəylər dünyasını dəyişəndən sonra Nigarın efirdə mahnını tək ifa edərkən ağladığı anların viral olması zəmin yaradıb.

    “YouTube”da 1,5 milyon baxışı olan mahnı üç gündə 400 mindən çox baxış sayı toplayıb. İfa eyni zamanda “TikTok”da da trendə düşüb.

    Qeyd edək ki, mahnının sözləri İkram Əliyevə, musiqisi isə Nigar Camala məxsusdur. Sənətçilərin “Şəhidlər” adlı dueti də var.

    Xatırladaq ki, Əməkdar artist Aygün Hümmətova (Bəylər) Türkiyənin paytaxtı Ankara şəhərindəki xəstəxanada yanvarın 7-də vəfat edib.
    //oxu.az

  • Elza Seyidcahan Flora Kərimovadan üzr istədi – VİDEO

    “Bəziləri dahinin istəyirlər ətini, sümüyünü, iliyini yesinlər. Basdırmağa gəlməsinlər, qəbrini ziyarət etməsinlər. Amma özlərini elə göstərsinlər ki, onlardan yoxdur”.

    Bu sözləri Əməkdar artist Elza Seyidcahan “Elgizlə izlə” verilişinə telefonla zəng edərkən deyib.

    Müğənni ötən gün Xalq artisti Flora Kərimova ilə mübahisəsindən danışıb. Seyidcahan F.Kərimovadan üzr istəyib:

    “Geyimim, musiqim, şeirim övladımdır. Mən yaradıcı insanam, onu qorumağa məcburam. Mən də öz tərzimlə verilişə gəldim. Daş-qalaq etdilər, efirdə səsimizi aldılar, guya nə etmişik. Bilən də, bilməyən də danışır. Hər ağız söz danışmaz, özünüzü biabır edirsiniz. Flora Kərimovadan üzr istəyirəm. Bilsəydim, dünən belə hal olacaq, xalq mənə görə sizə belə sözlər yazacaq, gəlməzdim. İstəməzdim səbəb olum, kimsə ürəyində olanları sizə yönəltsin. Nə olar papağımdan danışırısınız da… Bir az da sənətimdən danışın. Amma sağlığımda danışacaqsınız. Amma bəziləri kimi məni qəbrə yola salanda danışmayacaqsınız. Elza Seyidcahan uzunömürlü olacaq”.

  • Elgiz Elzanı tənqid etdi: “Yasın yas geyimi olar”

    Elgiz Əkbər Aygün Bəylərlə vida mərasimə qeyri adi papaqla gələn Əməkdar artist Elza Seyidcahanı tənqid edib.

    “Gündəmə gəlmək istəmirsənsə, başına belə papaq qoyub yasa getmə” deyən aparıcıya əməkdar artistdən cavab gecikməyib.

    ARB-də “Elgizlə izlə” verilişinə qonaq olan Seyidcahan “Mənim başımda həmişə papaq olacaq. Çünki mənim qiryətim, namusum, sənətim elə papaqdır. Başıma papaq qoymasam da, məni papaqlı görəcəksən. Çünki mən elə başı papaqlılardanam” deyə bildirib.

    Elgiz Əkbər isə “Yasın yas geyimi olar” deyərək əməkdar artistlə razılaşmayıb.
    //azxeber

  • Aygün Bəylərin həyat yoldaşı haralardadır?

    Əməkdar artist Aygün Hümmətovanın (Bəylər) vəfat etməsi Azərbaycan mədəniyyəti üçün böyük itkidir. Şübhəsiz ki, o, əvəzolunmaz səsi, təkrarsız ifası, zəngulələri, eləcə də geyim tərzi ilə yaddaşlarda qalacaq.

    48 yaşında dünyasını dəyişən sənətkarın özündən sonraya ifaları ilə yanaşı, 14 yaşlı bir qız övladı da qalıb.

    Yəqin ki, Aygün Hümmətovanın qızı Cananın atasının kim olması ictimaiyyət üçün də maraqlıdır.

    Modern.az saytı sənətkarın keçmiş həyat yoldaşı ilə bağlı kiçik bir araşdırma aparıb.

    Aygün Hümmətova təxminən 15 il öncə Almaniyada yaşayan Rəsul Vilayət adlı bir soydaşımızla nikahda olub. 2009-cu ildə onların Canan adlı qızı doğulub.

    Əslən Azərbaycandan olan Rəsul Vilayət də musiqiçi idi, o həm gitara və skripkada çalır, həm də mahnılar ifa edirdi. Aygün Hümmətovanın Rəsul Vilayətlə duet ifaları da olmuşdu.

    Rəsulla Aygün uşaqlıq dostu olublar. Onların ilk tanışlıqları Azərbaycan Dövlət Uşaq Filarmoniyasından başlayıb. Hər ikisi 1988-ci ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət Uşaq Filarmoniyasına qəbul olunmuşdu. Filarmoniyaya qəbul olunanda onların 13-14 yaşları vardı.

    Ötən əsrin 90-cı illərinin sonlarında Rəsul Vilayət Azərbaycanı tərk edərək Almaniyaya köçsə də, onun Aygünlə dostluğu davam etmiş və əlaqələri kəsilməmişdi.

    Bu əlaqələr sonralar onların münasibətlərinə də təsir etmiş və cütlük birgə yaşamağa qərar vermişdi.

    2010-cu ildə Aygün Hümmətova Rəsul Vilayətlə birgə ifalarını duet şəklində lentə yazdırmışdı. Həmin mahnılar o zamanlar radio kanallarında tez-tez səsləndirilirdi.

    Təəssüf ki, onların evliliyi uzun sürməmiş və ayrılmışdılar.

    Aygün Hümmətovanın Rəsul Vilayətlə ayrılma səbəblərini yəqin ki, onların özlərindən başqa heç kəs dəqiq bilmirdi.

    Bəzi məlumatlara görə, 2009-cu ildə doğulan Cananın adını da atası qoyub.

    Qeyd edək ki, vaxtilə mətbuatda yer alan materiallarda qızı doğulduqdan sonra onun atasının Azərbaycana gəlmədiyi, qızının üzünü görmədiyi barədə məlumatlar yer almışdı. Qızı doğulduğu il müğənni həyat yoldaşı ilə görüşə bilməyib. Görüşə bilməməyinin səbəbi isə ölkə xaricində olan Rəsul Vilayətin Azərbaycana gəlməsində yaranan problemlər olub. Həyat yoldaşı sənədlərində problemlər yarandığı üçün Azərbaycana gələ bilməyib.

    Rəsul Vilayətin hazırda Almaniyanın Berlin şəhərində yaşadığı bildirilir.

    Xatırladaq ki, Aygün Hümmətova sənət aləmində ona böyük dəstək göstərmiş müəllimi Bəylər Quliyevin adını özünə səhnə təxəllüsü götürərək Aygün Bəylər kimi çıxış edirdi. Sənətçinin müəllimi Bəylər Quliyev illər öncə naməlum səbəbdən intihar edərək həyatına son qoymuşdu.

    Aygün Bəylər bir neçə il idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanmış və oradakı klinikalardan birinə yerləşdirilmişdi.

    6 yanvar 2024-cü il tarixində Ankarada vəfat edən müğənninin nəşi Bakıya gətirilib. O, bu gün Suraxanı qəbiristanlığında anasının məzarı yanında torpağa tapşırılıb.