Category: Şou Biznes

  • Aygün Bəylər vəfat etdi

    Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümmətova (Bəylər) vəfat edib.

    Məlumatı Mədəniyyət Nazirliyi təsdiqləyib.

    Qeyd edək ki, Aygün Bəylər müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanıb.

  • Emin Ağalarov duet oxuduğu məşhur müğənninin Bakıya gələcəyini açıqlayıb

    “Böyük ehtimalla “JARA” bu yay Bakıya qayıdacaq. Biz buna beynəlxalq status əlavə etmək istəyirik və festivalın adı başqa olacaq. O, “Dream Fest” adlanacaq. Hələlik bunu anons etmirik, amma hər şey qaydasında olarsa, orada çoxlu sayda Rusiya və müxtəlif ölkələrdən sənətçilər çıxış edəcəklər”.

    Bu sözləri Azərbaycanın xalq artisti Emin Ağalarov (EMİN) deyib.

    Sənətçi onu da bildirib ki, ingilisdilli yeni albomunda müğənni Nikol Şerzingerlə ifa etdiyi mahnı da yer alacaq.

    “O, çox gözəl müğənnidir, duetimiz də əla alınıb”, – deyə müğənni bildirib.

    Müğənninin Bakıya gəlib-gəlməyəcəyi ilə bağlı suala isə E.Ağalarov müsbət cavab verib:

    “Əlbəttə! Niyə də yox?”

    Mənbə: “Moskva-Baku”

  • Serdar Ortaç: “Pulumu qoymağa yer tapmırdım, qumar məni bitirdi”

    Müğənni Serdar Ortaç həmkarı Alişanın qonağı olub.

    Qumar oyunu ilə tanınan Ortaç verilişdə “Pulu qoymağa yer tapa bilmədim. Qumar məni məhv etdi” deyib.

    TRT1-də yayımlanan verilişdə Serdar açıqlamaları ilə gündəmə gəlib. Qumar həvəsinə görə banklara 10 milyon lirə borcu olan və bir müddət əvvəl bu borclarını bağlayan sənətçi “35 il oynadım,heç vaxt qalib olmadım” deyib:

    “Gələcək üçün heç bir plan qurmadım. Rəhmətlik atama dedim ki, pulu qoymağa yer tapa bilmirəm. O da mənə dedi ki, oğlum, sən onu banka yatır. O vaxt bütün banklarda pulum var idi. Bilmirdim ki, pul tükənəcək, ona görə də belə olur. Mən heç vaxt pula dəyər verməmişəm.

    Ölümlər məni məhv etdi, çox pul itirdim, çox qumar oynadım. İndi yox, amma çox gecdir. And içirəm ki, qalib gələ bilməyəcəklər. Bazar ertəsi 1 qalib gəlsə, çərşənbə 2 uduzur. Özünü itirirsə, 10 gedir. 10 lirəni geri almaq üçün 10 il lazım olacaq. Heç kim qalib gələ bilməz, mən qazana bilsəydim, mən olardım. İnsan ancaq öz peşəsindən qazanır. Ola bilər ki, o, öz peşəsindən az qazanır, amma siz qumardan qazana bilməzsiniz. Ən yaxşı evlərdə yaşayırdım və ən yaxşı maşınları sürmüşəm. Hər şeyin ən lüksünü yaşadım. Belə bir həyat yoxdur. Sağlam olduğum günlər, gəncliyim üçün darıxıram”.//axşam.az

  • “Kurtlar Vadisi Pusu”nun məşhur aktrisası vəfat etdi – FOTO

    Uzun müddətdir ortalıqda görünməyən, bir sıra teatr və filmlərdə rol alan Türkiyənin məşhur aktrisası Ayla Alqan vəfat edib.

    Bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.

    Peşəkar teatr aktrisası, rejissor, müğənni və pedaqoq olan Alqan 86 yaşında beyninə qan sızması nəticəsində dünyasını dəyişib.

    Qeyd edək ki, İstanbulda doğulan aktrisa Fransada böyüyüb.

    O, “Kurtlar Vadisi Pusu” və digər məşhur seriallarda rol alıb.





  • Əməkdar artist verilişə velosipedlə gəldi – FOTO

    Müğənni Manana Çaparidze “Xəzər” televiziyasının verilişlərindən birinə velosipedlə gəlib.

    Median.Az lent.az-a istinadən xəbər verir ki, onun sosial şəbəkələrdə velosipedlə çəkilmiş şəkillərinə yüzlərlə şərh gəlib.

    İzləyicilər Manananın bu hərəkətini bəyəndiklərini, sadəliyin ona baş ucalığı gətirdiyini yazıblar.

    Bəziləri isə Manananı digər müğənnilərlə müqayisə edərək bildiriblər: “Başqaları bahalı maşından lovğalanaraq düşürlər, yanlarında ən az 2 mühafizəçi olur”.

  • Efirdə biabrçılıq – gənc qız ombasını elə nümayiş etdirdi ki… – VİDEO

    Azərbaycan teleməkanında daha bir biabrçı hal yaşanıb.

    Xəzər Tv-də yayımlanan “İncə səhər” verilişində uyğunsuz kadrlar yayımlanıb.

    Belə ki, efirə dəvət olunan əcnəbi xanımların ombalarını nümayiş etdirməsi birmənalı qarşılanmayıb. Sözügedən video sosial şəbəkənin gündəm mövzusuna çevrilib.

    Çoxsaylı tənqidi şərhlərlə münasibət bildirilən həmin görüntüləri təqdim edirik:
    //milli.az

  • Maykl Ceksonun qardaşı təcavüzdə ittiham olunur

    Dünyanın pop kralı Maykl Ceksonun qardaşı, müğənni və “The Jackson 5” qrupunun üzvü Cermeyn Cekson təcavüzdə ittiham olunub.

    Rita Barret adlı qadın bildirib ki, 1988-ci ildə sənətçi onun evinə soxulub, ona qarşı zor tətbiq edərək cinsi təcavüz edib. Zərərçəkmiş olduğu iddia edilən şəxsin sözlərinə görə, o, həmin an Allaha dua edib və həyatı üçün qorxub. Cekson cinayəti törədib və onun evini tərk edib.

    Barret əlavə edib ki, hadisəni əri ilə mehriban münasibətdə olan və Ceksonlarla əməkdaşlıq edən “Motown Records” leyblinin qurucusu Berri Qordiyə danışıb. Qordi iddia edilən qurbanı müdafiə etməyib və işi bağlamaq üçün əlindən gələni edib. Leyblin yaradıcısı Ceksonlarla işləməkdən çoxlu pul alıb və onların nüfuzunu itirməsi onun maraqlarına uyğun gəlməyib.

    Məönbə: Lenta.ru

  • Serdar Ortaçdan üzücü xəbər: “Ayağımı amputasiya edə bilərlər”

    Türkiyəli məşhur müğənni Serdar Ortaç şou-biznes aləminin ən çox danışılan adları sırasındadır. 2014-cü ildə evləndiyi irlandiyalı model Xloye Lounanla 2019-cu ildə boşanan Ortaç dağınıq skleroz xəstəliyi ilə mübarizə aparır.

    53 yaşlı müğənni xəstəliyinin müalicəsi olmadığını bildirib.

    “Ayaqqabılarımı təkbaşına çıxarmaqda belə çətinlik çəkirəm. Üç dəfə tutuşmuşam, dördüncü tutma olsa, bu təhlükəli vəziyyət olacaq. Ayağımı itirmək riskim var. Baxaq, inşallah, heç nə olmaz”, – deyə o, vəziyyəti barədə danışıb.

    Ortaç hazırda depressiyada olduğunu vurğulayıb.

    “Buna səbəb eşq acısı və ya boşanmağım deyil. Yeganə səbəb xəstəliyimdir. Atamı və qardaşımı itirdim, pandemiyadan sonra mənim üçün çox pis oldu. Mənə milyonlar versəniz, fərq etməz, paltarımı 300 dəfə geyinərəm, heç vecimə də olmaz. İnsan xəstələnəndə çox şeyin əhəmiyyəti qalmır. Təsəvvür edin, artıq velosiped də sürə bilmirəm. Bu vəziyyət məni sıxır”.

    Məşhur müğənni hazırda həyatında heç kimin olmadığını vurğulayıb:

    “Xüsusən də uşaq atası olmaq üçün çox gecikmişəm. Hər şeyi Allah bilir, görəcəyik. Uşaq sahibi olmaq istərdim”, – deyə o, arzusunu dilə gətirib.

    Mənbə: Sabah.com.tr

  • Afaq Gəncəli: “Övladlığa uşaq götürmərəm” – VİDEO

    “Uşaq evindən heç vaxt uşaq götürmərəm. Bundan sonra ancaq dünyaya gətirəcəyim uşağa ana olaram”.

    Bunu Baku TV-də yayımlanan “Qapqara” verilişində teleaparıcı Afaq Gəncəli deyib.

    O qeyd edib ki, oğlunu itirəndən sonra övladlığa uşaq götürməklə bağlı tərəddüdü var:

    “Allahın mənə əmanət etdiyi uşağa yiyə dura bilmədim. Kiminsə övladını götürürsən ki, xoş gün görsün. Həyatdır, bilmək olmaz, nə baş verəcək. Övladıma görə özümə qəsd etmədim, amma övladlığa götürdüyüm uşağa görə bunu edərəm”.

    A.Gəncəli özünün “ani bir ehtirasa görə də xəyanət edənlər var və bunu bağışlamaq olar” fikrinə də münasibət bildirib:

    “Mən bağışlayan insanam. Amma onun da çərçivəsi var. Niyə olduğunu bilməliyəm ki, bağışlaya bilim. Elə şeylər var ki, ona bir gözümü yumuram. Özümü düşünərək bağışlayıram”.

    Ətraflı Baku TV-nin süjetində:

  • Aybəniz Haşımovadan SENSASİON AÇIQLAMALAR: “Səhhətimdə problem yaranıb deyə 15 günlük…”

    “Bilirsiniz ki, uzun illərdir gənclərlə çalışıram. Mən onların inkişafı üçün əlimdən gələn bütün səyləri əsirgəməməyə çalışıram. Aybəniz Haşımova adına İncəsənət filarmoniyası ideyası məhz oradan doğdu”.

    Median.Az xəbər verir ki, bu fikirləri musavat.com-a açıqlamasında Əməkdar artist Aybəniz Haşımova bildirib.

    Əməkdar artist adını daşıyacaq İncəsənət filarmoniyasından danışıb:

    “İstəyirəm ki, tələbələrim bizim məktəbi – sənət akademiyasını bitirəndən sonra öz yaradıcılıqlarını məhz filarmoniyamızda davam etdirsinlər və musiqimizə xidmət etsinlər. Ağaverdi Paşayevlə birgə hazırladığımız Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası məhz o gənclərimizin ifasında inşallah Yeni ildən sonra təqdim olunacaq. Artıq bir neçə müddətdir məşqlər gedir. Demək olar ki, operatta hazırdır. Sadəcə səhhətimdə bir az problem yaranıb deyə təxminən 15 günlük dayanmışam. Yeni ildən sonra gənclərimizin uğurlarını görəcəksiniz”.

    Aybəniz Haşımova filarmoniyanın məkanından da söz açıb:

    “Hələ ki, yer seçilməyib. Lakin biz bunun üzərində çalışırıq. İlk növbədə binanın daxilində sənət inkişaf etməlidir. Bakının müxtəlif gözəl binaları var ki, hər birində biz bu əsəri təhvil verə bilərik. Biz ilk növbədə əsəri təhvil verməyə çalışırıq. Binanın yeri təyin olunanda, açılışı olanda bundan mütləq xəbər tutacaqsınız”.

    Əməkdar artist Yeni il diləklərini də çatdırıb:

    “Sizin qarşıdan gələn Yeni ilinizi təbrik edirəm. Sizə ilk növbədə can sağlığı, uzun ömür arzu edirəm. Arzu edirəm ki, bu Yeni ildə bütün gözəl arzularınıza çatasınız”.

    “Yeni Müsavat” Media Qrupu olaraq biz də Əməkdar artist Aybəniz Haşımovanı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edirik.