Category: Şou Biznes

  • Məşhur rusiyalı aktyor yenidən xəstəxanaya yerləşdirildi

    Rusiyalı məşhur musiqiçi və aktyor Mixail Boyarski təcili olaraq Sankt-Peterburqda xəstəxanaya yerləşdirilib.

    İlkin məlumatlara görə, buna səbəb aktyorun ürəyində yaranmış narahatlıq olub.

    Boyarskinin vəziyyəti orta ağır qiymətləndirilir.

    Qeyd edək ki, sənətkar son bir ayda ikinci dəfə xəstəxanaya yerləşdirilib.

    Mənbə: “112” Telegram kanalı

  • Kirkorov “Xalq artisi” adından məhrum ola bilər

    Rusiyanın Xalq artisti Filipp Kirkorov məkanların birindən çıxarkən görüntülənib.

    Azxeber.com Rusiya mediasına istinadən xəbər verir ki, Kirkorov Rusiya Federasiyasının Xalq artisti titulundan məhrum edilmək istəndiyi üçün,kömək məqsədli vəkillərə müraciət etdiyini bildirib.

    Xatırladaq ki, ötən həftə “Çılpaq gecə”yə qatılan Kirkorovun “Xalq artisti” adının ləğv olunacağı yayılan xəbərlər arasındadır. Həmçinin onun yer aldığı konsertlərin, film-televiziya proqramlarının çəkilişinin ləğv olunduğu və Flip Kirkorovun 2024-cü ili qarşılamaq üçün təşkil olunan bayram əyləncələrindən uzaqlaşdırıldığı da dediqodular arasında yer alıb.

  • Aygün Kazımova görmədiyiniz obrazda – KLİP

    Xalq artisti Aygün Kazımova 2023-cü ilin son günlərində sevənlərini yeni mahnı və kliplə sevindirib.

    “Bilmək olmaz” adlı bəstənin söz və musiqisi Miroya aiddir. Ölkənin əsas ulduzu ekran işi üçün Türkiyəyə yollanıb. Klip bir çox məşhurla işləyən Selim Akarın rejissorluğu ilə İstanbulda lentə alınıb.

    Kazımovaya görə İstanbulda sahil, avtomobil məzarlığı və fabrik bağlatdırılıb. Klip süjet xətti ilə Hollivud filmlərini xatırladıb. Rejissor bildirib ki, çəkiliş üçün Hollivud filmlərinin lentə alındığı texniki vasitələrdən istifadə olunub. “Bilmək olmaz”ın görüntü rejissoru isə Varol Kaynar olub.

    Klipdə müğənninin tərəf müqabili obrazını Peris Hiltonun tanınmış fotomodeli Marian Draqan canlandırıb. O, çəkiliş üçün Türkiyəyə gəlib. Klip 12 saat içində çəkilib. Ümumilikdə isə çəkiliş məkanında 100 nəfərdən ibarət işçi heyəti yer alıb.

    Aygün Kazımovanın tərzi üzərində türkiyəli komanda və Berker Kuşku çalışıb.
    //azxeber

  • Cavanşir Məmmədovun həbsdə olan keçmiş kürəkəni yenidən şikayətçidir

    Bakıda əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədovanın qeyri-rəsmi nikahda yaşadığı keçmiş həyat yoldaşı Mustafa Kemal İbilinin barəsindəki hökmdən kassasiya şikayəti verilib.

    Pravda.az xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi İlqar Qılıcovun sədrliyi ilə araşdırılacaq.

    Məhkəmənin ilkin hazırlıq iclası martın 3-nə təyin edilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Kemal İbili 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib. Bakı Apellyasiya Məhkəməsi M.Kemalın şikayətini təmin etməyib.

    Qeyd edək ki, Türkiyə vətəndaşı Mustafa Kemal İbili C.Məmmədov və ailə üzvlərinin külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir. M.K.İbili isə özünü təqsirli bilmir, əksinə zərərçəkmiş olduğunu deyir. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində istintaq dövrü müddəti üçün polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

    Xatırladaq ki, təqsirləndirilən şəxs dəfələrlə verilişlərə çıxaraq C.Məmmədovun qızının onu aldatdığını, ailə quracağını deyərək ona 300 min dollara yaxın hədiyyələr aldırdığını iddia edib. O, C.Məmmədovun qızı ilə Türkiyədə Sultan Ahmet məscidində imam nikahı bağladığını qeyd edib.

    Müğənni isə iddiaları təkzib edib, İbilinin qızı ilə nikahı olmadığını deyib.

  • Kanye Uest yəhudilərdən ivrit dilində üzr istədi

    Reper Kanye Uest “Instagram” sosial şəbəkəsindəki səhifəsində gözlənilmədən yəhudilərdən üzr istəyib.

    Reper yəhudilərdən antisemit ifadələrinə görə ivrit dilində üzr istəmək qərarına gəlib.

    “Yəhudi icmasından sözlərim və ya hərəkətlərim nəticəsində yaranan hər hansı bir qəsdən narahatçılığa görə səmimi qəlbdən üzr istəyirəm. Məqsədim ağrı və ya hörmətsizliyə səbəb olmaq deyildi, səbəb ola biləcəyim hər hansı bir ağrıya görə çox təəssüflənirəm,” deyə Uest yazıb və təcrübədən öyrənmək niyyətində olduğunu əlavə edib.

    Bundan əlavə, reper bildirib ki, yəhudilərin bağışlanması onun üçün vacibdir: “Sizin bağışlamağınız mənim üçün vacibdir və mən kəffarə verməyə və birliyi təşviq etməyə hazıram”.

    Son bir neçə ildə Kanye Uest müntəzəm olaraq antisemit bəyanatlar verib. O, yəhudilərin biznesdə gəlirli mövqelər əldə etdiyini irəli sürüb və Adolf Hitlerin hərəkətlərini bəyənib.
    //qaynarinfo

  • Rəşad Dağlının “Niva”sı satılır – VİDEO

    Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının “Niva” markalı avtomobili satışa çıxarılıb.

    Median.Az axşam.az-a istinadən verir ki, bu haqda video sosial şəbəkədə yayılıb. Bildirilib ki, ifaçının qara rəngli maşını satışa çıxarılıb.

    Qeyd edək ki, Rəşad Dağlı qonşusu – 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib.

    Hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
    O, qətl hadisəsini törədərkən “Niva” markalı avtomobillə gedib.

  • Röyanın “Tut əlimdən” mahnısı yutub trendində birinci pilləyə yüksəlib – VİDEO

    Xalq artisti Röya Ayxanın “Tut əlimdən” adlı yeni mahnısı Azərbaycan yutub trendində birinci pilləyə yüksəlib.

    Dekabrın 15-də dinləyicilərin ixtiyarına verilən mahnı artıq yarım milyona yaxın baxış sayı toplayıb.

    Sözügedən mahnıya davamlı olaraq TikTokda və instaqramda videolar çəkilməkdədir.

    Qeyd edək ki, mahnının musiqisi Hacı Nazimə, sözləri isə Sərxan Nizamioğluna məxsusdur.
    //baku.ws

  • Aygün və Namiq yenidən duet oxuyacaq

    Meyxanaçı Namiq Qaraçuxurlu Xalq artisti Aygün Kazımova ilə yeni duet müjdəsi verib.

    O, bu haqda ARB telekanalında “Həmin Zaur” verilişində qonaq olan zaman danışıb.

    İfaçı yeni ifa olunacaq duetdən danışaraq, həmin mahnının adi bir mahnı olmayacağını, bunun üçün də çalışdıqlarını açıqlayıb.

  • Röya Ayxan illər sonra Yeni il gecəsi səhnə alacaq

    Dekabrın 30-u və 31-də, Yeni il axşamı “Şazeli Səhnə” restoranında möhtəşəm konsert proqramı baş tutacaq.

    Belə ki, 30-31 dekabr illər sonra ilk dəfə, Azərbaycanın Xalq artisti, milyonların sevimlisi Röya canlı konsert proqramı ilə Yeni ilin ilk gününü məhz “Şazeli Səhnə” də keçirəcək.

    Qeyd edək ki, 31 dekabr Ayaz Babayev də “Şazeli Səhnə”də səhnə alacaq.

  • “Maska” şousunun ilk buraxılışı yayımlanıb – VİDEO

    Dünyada maraqla izlənilən “Maska” şousunun Azərbaycan versiyası hazırlanıb.

    Verilişin ilk buraxılışı dünən axşam İctimai TV-də yayımlanıb.

    Müsabiqənin münsifləri Xalq artisti Faiq Ağayev, Əməkdar artist Coşqun Rəhimov, müğənnilər Nigar Camal, Murad Arif və aparıcı Kamilə Babayevadır.

    Şouda maska geyinən məşhurlar səhnəyə çıxıb, münsiflər isə onların kimliyini tapmağa çalışıblar. Müsabiqəni ilk tərk edən isə Xalq artisti Gülyanaq Məmmədova olub. Belə ki, münsiflər maskanın altında gizlənən məşhurun kimliyini asanlıqla tapa biliblər.