Category: Şou Biznes

  • “Tərbiyəsizlik baş alıb gedir, inamsızlıq yaranıb” – Elgiz şikayət etdi

    Elgiz Əkbər “Arb” televiziyasında aparıcısı olduğu ” Elgizlə izlə” verilişində şou-biznesdə son dönəmlərdə tüğyan edən qalmaqallardan danışıb.

    Teleaparıcı qalmaqalların sənətkarları gözdən saldığını deyib:

    “Böyük tərbiyəsizlik baş alıb gedir. İnsanlarda sənət adamlarına inamsızlıq yaranıb. Sənət adamları həmişə hörmətli olub. Bir qrup sənətçi düşüb ortaya. İstədiklərini təhqir edirlər. Efirdə özlərini tərbiyəsiz kimi aparırlar. Müğənnilərin bu çıxışları gənclərə təsir edir”.

    Onun sözlərinə görə şou-biznesdə bəzi müğənnilər qruplaşma yaradaraq, həmkarlarına meydan oxuyur:

    “Tərbiyəsizliklər yığışdırılmalıdır. İnsanın şərəf və ləyaqətini alçaltmaq üçün hərəkətlər edilir. Pul hesabına ətrafına adam yığırlar. Mənə də zəng ediblər ki, biz qruplaşma yaradırıq, kimin tərəfindəsən? Bax belə hallar yaşanır hal-hazırda sənət aləmində”.
    //azxeber.com

  • Məşhur aktyorun evindən odlu silahlar oğurlanıb

    ABŞ-nin Los-Anceles ştatında aktyor Kianu Rivzin evində oğurluq olub.

    Bu barədə ştatın hüquq-mühafizə orqanları məlumat veriblər.

    Verilən məlumata görə, maskalı quldurlar evə soxulsalar da, polis gələnə qədər qaça biliblər. Bir neçə saat sonra evdə siqnalizasiya işə düşüb, bundan sonra polis əməkdaşları yenidən aktyorun evinə gəliblər.

    Videomüşahidə görüntülərində bir neçə maskalı şəxs qeydə alınıb. Cinayətkarlar odlu silah oğurlayıblar. Oğurluq zamanı aktyor evdə olmayıb.

    Mənbə: TASS

  • Leonid Aqutin təcili olaraq xəstəxanaya yerləşdirildi

    Məşhur rusiyalı müğənni Leonid Aqutin təcili olaraq Moskvada xəstəxanaya yerləşdirilib.

    Onun ayağında qan laxtası əmələ gəldiyi güman edilir.

    55 yaşlı sənətçi ətraflarında şiddətli ağrılardan şikayətlənib. Müayinə zamanı ona venaların trombozu diaqnozu qoyulub.

    Leonid Aqutinə ilkin olaraq dərmanla müalicə təyin olunub.

    Qeyd edək ki, müğənninin yanvarın 3-də Soçidə və 5-də Dubayda keçiriləcək konsertləri, eləcə də Yeni il üçün korporativ tədbirləri ləğv oluna bilər. Sənətçinin proqramı onun müalicəsinin və reabilitasiyasının effektivliyindən asılı olacaq.

    Mənbə: “Mash” “Telegram”

  • Eminem virtual konsert verdi – VİDEO

    ABŞ-li reper Eminem “Fortnite” onlayn kompüter oyununda dördüncü mövsümün tamamlanması şərəfinə baş tutan virtual konsertdə çıxış edib.

    Musiqiçi, daha doğrusu onun rəqəmsal surəti “Lose Yourself” və “Godzilla” bəstələrini ifa edib.

    Ümumilikdə tədbiri 11,6 milyondan çox oyunçu izləyib.

    Repçinin konserti cəmi üç dəqiqə davam edib.

    Qeyd edək ki, əvvəllər Ariana Qrande, Marşmello və Travis Skott kimi məşhurlar da “Fortnite”də çıxış ediblər.

    Eminemin ifası dördüncü böyük oyundaxili musiqi hadisəsi olub.

  • Tom Holland “Hörümçək adam” roluna qayıtması üçün şərtləri açıqlayıb

    Aktyor Tom Holland “Marvel” komiks və kino aləmindən “Hörümçək adam” roluna qayıtması üçün şərtləri açıqlayıb.

    Hollandın sözlərinə görə, o, dördüncü dəfə “Hörümçək adam” rolunu ancaq layiqli ssenari olduğu halda oynayacaq.

    “Bircə onu deyə bilərəm ki, personajımın dördüncü dəfə ortaya çıxmasının potensial olaraq necə görünə biləcəyi ilə bağlı danışıqlarda fəal iştirak edirik. Personajı layiqincə canlandırmağın bir yolunu tapıb-tapmayacağımız isə bir başqa məsələdir”, – deyə o bildirib.

    Holland qəhrəmanına çox diqqətli yanaşdığını vurğulayıb.

    “Mənim bəxtim gətirdi ki, biz hər bir filmlə daha yaxşı və daha uğurlu olan bir franşiza üzərində işləmişik, buna isə nadir hallarda rast gəlinir və mən bu mirası qorumaq istəyirəm. Odur ki, rolumu bir daha sadəcə bunu etmək naminə etməyəcəyəm. Hər şey personaja layiq olmalıdır”, – deyə o, əlavə edib.

    Mənbə: gazeta.ru

  • Tanınmış aparıcının maşınından oğurluq edilib

    Aparıcı Samir Bayramlının avtomobilindən oğurluq edilib.

    Bu barədə aparıcı öz “Instagram” səhifəsində paylaşıb.

    Bildirib ki, bununla ikinci dəfədir maşını qarət olunur:

    “Ehtiyat hissələri çox çətin tapılan avtomobilimdən artıq ikinci dəfədir ki, aksesuar oğurlanır. Mən isə bunu ya həmin günün axşamı, ya da bir gün sonra kimsə göstərəndə görürəm. Bunu kim və hansı məqsədlə, hansı niyyətlə götürürsə, mən bilmirəm. Avtomobilinizi park edərkən ehtiyatlı olun”.

  • “Əsgərliyə getməyənlər, fərarilər, pulla “neqodnı” alanlar…” – Elza daş-qalaq etdi

    Əməkdar artist Elza Seyidcahan sərt açıqlaması ilə gündəmə gəlib.

    Median.Az yenisabah.az-a istinadən xəbər verir ki, verilişlərin birində qonaq olan sənətçi bəzi həmkarlarını qınaq atəşinə tutub.

    O, əsgərlikdən yayınan müğənnilərin əsgərlərin qarşısında konsert verməsini qınayıb:

    gedib əsgərin qabağında oxuyand”Əsgərliyə getməyənlər, fərarilər, pulla “neqodnı” alanlara, bayraq tutanda mən utanıram! Onlar ümumiyyətlə, konsert verməyə getməsinlər! Əsgərlərin yanında konsert verməyə gedəndə soruşsunlar ki, sənin oğlun əsgər gedibmi? Çıxar hərbi biletini göstər, ondan sonra icazə verilsin. Mənim alnım açıq, üzüm ağdır. Mənim onların qarşısında oxumağa ixtiyarım var. Oğlum 2007-ci ildə Qusarda hərbi xidmətdə olub. Özü də o vaxt onlar odunun üstündə yatırdılar. Övladı əsgərlikdən yayınanlar, siz gedib əsgərlərin qabağında oxumayın! Biz sizə icazə vermirik!”

  • Alman repçi “Çeburaşka”nın məşhur musiqisini oğurladı – VİDEO

    Məşhur alman repçi Liaze “2003” trekində “Timsah Genanın mahnıları”nın musiqi və sözlərindən istifadə edib.

    Məlumata görə, o, öz leyblinin nümayəndələrinə bütün müəllif hüquqları ilə bağlı məsələləri həll etdiyini söyləyib.

    Qeyd edək ki, repçinin yalan danışdığı ortaya çıxıb. Belə ki, hazırda mahnının bəstəkarı mərhum Vladimir Şainskinin varisləri ilə müğənninin melodiyanı trekindən çıxaracağı və ya pul ödəyəcəyi barədə qərar vermək üçün danışıqlar gedir.

  • Məşhur aktyor infarkt keçirdi

    Rusiyanın xalq artisti, məşhur aktyor Mixail Boyarski infarkt keçirməsi səbəbindən reanimasiyaya düşüb.

    Median.Az “MK”ya istinalda xəbər verir ki, 73 yaşlı Boyarski bir gün əvvəl infarkt keçirib baş verib.
    “Hazırda onun vəziyyəti stabilləşib və həkimlər xəstəni adi palataya köçürüblər”, -deyə xəbərdə bildirilir.

    Mixail Boyarskinin oğlu Sergey “İzvestiya”ya atasının infarkt keçirdiyini təsdiqləyib.

    “Atam infarkt keçirdi, bu gün özünü yaxşı hiss edir, onunla telefonla danışdım, səsi gümrahdır, adi palatadadır”, – o deyib.

    Qeyd edək ki, 73 yaşlı sənətçi hazırdaMariinski xəstəxanasındadır.
    //bakupost

  • Emin Ağalarovdan maraqlı paylaşım – FOTO

    Xalq artisti Emin Ağalarov özünün “Instagram” səhifəsində maraqlı paylaşımı edib.

    Sənətçi qara rəngli çoban geyimində kamera qarşısına keçib.

    Emin yapıncı və papağı ona Gürcüstandakı dostlarının hədiyyə etdiyini bildirib.