Category: Şou Biznes

  • Elariz Məmmədoğlu İstanbulda oğluna toy etdi – VİDEO

    Müğənni Elariz Məmmədoğlu oğluna toy edib.

    Axşam.az xəbər verir ki, ifaçının övladı Məmməd Mehriban adlı xanımla ailə qurub.

    Toy İstanbulda olub.

    Elariz məclis üçün ABŞ-dən Türkiyəyə yollanıb.

    Qeyd edək ki, Elariz “Green card” udaraq ABŞ-yə köçüb. Oğlu Məmməd isə Türkiyədə yaşayır.

  • Nəvəsini itirən Cığatel İsaqızı ilk dəfə ağır faciədən DANIŞDI – VİDEO

    Nəvəsindən danışan Cığatel verilişdə ağlayıb.

    Doqquz yaşlı nəvəsi Süleymanı itirən şair ATV-nin “Rəngarəng səhər” verilişində hadəsinin necə baş verməsindən danışıb.

    Daha sonra Cığatel nəvəsindən danışarkən canlı yayımda hönkür-hönkür ağlayıb.

    Ətraflı süjetdə:

  • Avroviziya təmsilçimiz türk dilində oxudu – VİDEO

    “Avroviziya” təmsilçimiz Nadir Rüstəmli bu dəfə fərqli obrazda çəkdirdiyi klipi təqdim edib.

    Pop ulduz “Bedel” adlı türk dilində oxuduğu nəğməyə rejissor Fahir Səmədoğlunun köməkliyi ilə ekran həyatı verib. Bəstənin sözləri Kənan İbralı, musiqisi isə elə səbəbkarın özünə məxsusdur. Bakıda lentə alınan klipin süjet xəttində Nadir öz keçmişi ilə danışır. Baş verən bütün hadisələrdə o, beynində canlandırdığı keçmişindəki “Nadir”i günahlandırır. Ekran işinin sonlarında hər iki “Nadir” üz-üzə gəlir. Sonda onun psixi xəstə olduğu və bütün yaşananların sadəcə beyin təxəyyülü olduğunu görürük.

    Yeni uğurlu işi barədə danışan Rüstəmli, layihənin çətinliklə ərsəyə gəlmədiyini qeyd edib: “Mahnının sözləri real hekayə üzərində qurulub. Klipə mental və fiziki olaraq aylarca hazırlaşmışdım. Psixi xəstəliyi olan şəxsin nə kimi hərəkətlər etməsi, görünüşü, əlinin əsməsi, mimikalarını idarə edə bilməməsi və s. çətin olmadı. Atam nevropotolog olduğu üçün, bu mövzuda mənə xüsusi yardım etdi”.

  • Tanınmış aparıcı: “Gəlin İncəsənət Universitetini bağlayaq, aktyor yetişdirməyək” – VİDEO

    “Bir insanın sənəti olmayanda ömür boyu axtarışda olur. Görə biləcəyi iş olmayanda “Hini olmayan toyuqlar var, harada yumurtlayım” deyə, yer axtarırlar. Buna bənzəyir. Qeyri-peşəkarlıqdır”.

    Bu sözləri Əməkdar artisti Azər Axşam “Gül kimi şou”da deyib.

    O, təhsili olmayan, lakin aktyorluq edən şəxsləri tənqid edib:

    “Bir nəfərə belə sual vermişdim ki, əgər həkimlik diplomun olmasa, cərrahiyyə şöbəsini oxumasam, məni əməliyyat masasına buraxarlar? Cavab verdi ki, yox, insan ölə bilər. Söylədim ki, bizim də sənətdə qeyri-peşəkarları buraxanda mənəviyyat ölür axı, hansı daha təhlükəlidir, insanın, yoxsa kütləvi mənəviyyatın ölməyi? Cavab verə bilmədi, razılaşdı.

    Yox, tərafdarı deyiləm ki, insanlara qadağalar qoyaq. Aktyorluq Allahdan verilən bir istedaddır. Amma bəs bunun nə üçün məktəbi, universiteti, dərsi var? Nə üçün yaradılıb? Bir insan sadəcə istedadlıdırsa, onu gətirək çəkək? Axı səhnədə bəzi qayda-qanunlar, danışıq tərzi, rola uyğun rəftar var. Bunların hamısı universitetdə tələbələrə dərs kimi keçilir. Gətirək istedadlı birini filmə çəkək. Onda belə çıxır ki, bunlar lazım deyil. Biz çəkdiyimiz insanların aldığı savada, məktəbinə önəm vermiriksə, deməli lazım deyil. Onda gəlin, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini bağlayaq, daha aktyor yetişdirməyək. Çünki maşallah, hamı aktyordur”.

  • Coni “Qızıl qrammofon”da səhnə alacaq

    Ən vacib bəstələr, sevimli sənətçilər və möhtəşəm şou deyəndə ağıllara gələn “Qızıl qrammofon” mükafatlandırma gecəsində azərbaycanlı müğənni Coni (Cahid Hüseynli ) səhnə alacaq.

    2023-cü ilin konsertində həmyerlimiz Coni (Cahid Hüseynli ) Polina Qaqarina, İrina Dubtsova, Sergey Lazarev, Nikolay Baskov, Larisa Dolin, Dmitri Malikov, Artik&Asti, Mari Krimebreri, Natalya Podolskaya, Anna Asti, Emin, Khabib kimi ulduzlrla birlikdə səhnədə olacaq.

    Qeyd edək ki, keçən il mükafatın qalibləri ilk dəfə olaraq yeni qaydalara əsasən müəyyən olunmuşdu. Belə ki, mükafat, mahnısı ən azı bir dəfə Rusiya Radiosunun efirində “Qızıl Qrammofon” cədvəlinin ilk pilləsində olan ifaçılara verildi.

    Xatırladaq ki, həmyerlimiz Coni (Cahid Hüseynli) 2022-ci ildə 4 illik yaradıcılıq fəaliyyətində ilk dəfə olaraq mükafatın laureatı olub və o, “Titrı” hitinə görə özünün birinci qızıl qrammofonunu alıb.
    //azxeber.com

  • Rihanna 400 min dollarlıq saatı ayağına bağlayıb

    Müğənni Rihanna ayağında 400 min dollarlıq saatla ictimaiyyət qarşısına çıxıb.

    Superulduz Las-Veqasda keçirilən “Formula-1” Qran-Prisində “Jacob & Co”nun daş-qaşlı saatı ilə görüntülənib. Rihanna zinət əşyasını geyindiyi “losin” üstündən topuğuna bağlayıb.

    Məlumata görə, saatın dəyəri 400 min dollar qiymətləndirilir.

    Qeyd edək ki, may ayında Rihanna “TikTok” hesabında ayaq barmağında üzüklə foto paylaşmışdı. Kadr abunəçilərin çoxsaylı sualına səbəb olmuşdu. Zərgər Stoun sonradan əşyanın qiymətini açıqlamışdı. Məlum olmuşdu ki, zinət əşyası 1380 dollar dəyərindədir.

    Mənbə: gazeta.ru

  • Məşhur “Bi-2” qrupunun keçmiş üzvü Plyavinin ölüm səbəbi məlum olub

    Rusiyanın məşhur “Bi-2” və “Dyuna” qruplarının keçmiş üzvü Viktor Plyavinin ölüm səbəbi məlum olub.

    Telekanalın məlumatına görə, 64 yaşlı klaviatura ifaçısı ürəyində yaranan problem səbəbindən dünyasını dəyişib.

    “O, ürək çatışmazlığından və orqanın qan təchizatı ilə bağlı problem səbəbindən vəfat edib”, – deyə bildirilib.

    Musiqiçinin dəfn mərasimi noyabrın 19-da Moskvanın Yastrebkovskoye qəbiristanlığında baş tutacaq.

    Qeyd edək ki, Plyavinin xərçənglə mübarizə apardığı və son zamanlar dostlarının dediyinə görə, tez-tez içki içməyə başladığı bildirilirdi. Sənətçi ölümündən əvvəl 3 ay ərzində səhhəti pisləşdiyi üçün evinə 3 dəfə təcili yardım çağırıb.

    Mənbə: ren.tv

  • Məşhur “Bi-2” qrupunun üzvünün meyiti evində qanlar içində tapıldı – FOTO

    Rusiyanın məşhur “Bi-2” qrupunun zərb ifaçısı Nikolay Plyavin Moskvada kirayədə qaldığı mənzildə ölü tapılıb.

    Bildirilir ki, onun meyitini oğlu aşkarlayıb. O, uzun müddət atasına zəng etsə də, cavab ala bilmədiyi üçün narahat qalıb və musiqiçinin qaldığı mənzilə yollanıb. Evdə isə atasının meyitini qanlar içində tapıb.

    Faktla bağlı araşdırma aparılır. İlkin məlumatlara görə, musiqiçinin ölümü kriminal xarakter daşımır.

    Məlumata görə, son bir ayda Plyavinin səhhəti kəskin pisləşib, oğlu ay ərzində üç dəfə təcili yardım çağırıb. Musiqiçi başgicəllənmədən əziyyət çəkib, su içmək üçün, hətta qapıya baxmaq üçün ayağa qalxa bilməməkdən şikayətlənib. Həkimlər gəlib müayinə ediblər, Elektrokardioqrafiya (EKQ) ediblər, təzyiqini ölçüblər və həblər veriblər.

    “Sonuncu dəfə noyabrın 1-2-də hər şey yenidən təkrarlanıb. Oğlu gəlib, amma təcili yardım və polis mənzilin qapısı arxasında qalıblar, içəri girə bilməyiblər, çünki Plyavin qapını açmaq üçün çarpayıdan qalxa bilməyib. Oğlu qapını açdıqdan sonra hamı içəri girib”, – deyə mənbə bildirib.

    Bu hadisədən sonra oğul atasını xəstəxanaya yerləşdirməkdə israr edib. Plyavin bir neçə gün xəstəxanada yatıb, lakin noyabrın 4 və ya 5-də evə buraxılıb. Sonuncu dəfə ata-oğul noyabrın 10-da ünsiyyətdə olublar.

    Qeyd edək ki, Nikolay Plyavin 1999-2006-cı illərdə “Bi-2” qrupunun üzvü olub. O, həmçinin “Dyuna” qrupu və bir sıra digər qruplarla əməkdaşlıq edib.

  • Azərbaycanlı müğənni boşandı

    Müğənni Elvin Mirzəzadə həyat yoldaşından boşanıb.

    İfaçı bu barədə öz sosial şəbəkəsində paylaşım edib.

    O, paylaşımında keçmiş həyat yoldaşına hörmətinin sonsuz olduğunu bildirib:

    “Əziz dostlar, üzülərək və təəssüf hissi ilə demək istəyirəm ki, ailə həyatımı bu gün rəsmi şəkildə sonlandırdım. Düzdür, əksəriyyət bu məsələni birmənalı qarşılayacaq və boşanmanı sənətimlə bağlayacaq. Ancaq səbəb qətiyyən bu deyil. Sadəcə, qismət…

    Keçmiş həyat yoldaşıma sayğım, hörmətim olduğu kimi qalır. İstəməzdim, belə olsun, ancaq hər ikimiz üçün də xeyirlisi budur deyə düşünürəm. Bu barədə artıq heç nə danışmaq istəmirəm. Yenə də “xeyirlisi” deyib, həyatıma yalnız davam edirəm.

    Allah hamınızı xoşbəxt eləsin!”

  • Rihanna imicini dəyişdi – FOTO

    Rihanna imicini yeniləyib.

    Pop ulduzu axşam yeməyində görüntülənib.

    Daha çox diqqətçəkən məqam müğənninin saçları olub. Onların rəngi və forması dəyişilib.

    Paparasilərin çəkdikləri fotolar sosial şəbəkələrdə yayılıb.