Category: Şou Biznes

  • Alla Puqaçova Yeni ildə səhnəyə çıxacaq

    Rusiya estradasının ulduzu Alla Puqaçova Yeni il bayramlarında qısa müddətə səhnəyə qayıtmağı planlaşdırır.

    Məlumata görə, prodüserlər artıq onun çıxışları üçün seans musiqiçiləri axtarır, qonorar qiymətini isə 500 min dollara qədər qaldırıblar.

    Alla Borisovnanın çıxışının qiyməti 2020-ci illə müqayisədə 150 min dollar artıb. O zaman sənətçinin qonorarı təxminən 350 min dollar idi. Bu qiymətə qalmaq yeri və digər şərtlər nəzərdə tutulmur.

    Konsertlərin coğrafiyasına gəlincə, primadonna ən çox doğma Kiprdə və Dubayda oxumaq fikrindədir. Amma o, Moskva haqqında da düşünür. Bir şərtlə ki, təşkilatçılar hər şeyi operativ və gizli şəkildə – mediada məlumat görünmədən, təxribatlar və telefonlarla çəkilişlər olmadan edə bilsinlər.

    Mənbə: “Mash” “Telegram” kanalı

  • Türkiyəli aparıcı Xoşqədəm Hidayətqızıdan üzr istədi

    Müğənni Doğuş haqqında qalmaqallı açıqlamalar verən Türkiyənin “Show” telekanalının aparıcısı Didem Arslan Yılmaz bütün dediklərini təkzib edib.

    Günlərdir efirdə səslənən fikirlərin yanlış olduğunu isbatlayan aparıcı, şikayətçi qismində gələn Esra adlı xanıma məlumatları verərək, onu inandırmağa çalışıb. Bu zaman aparıcı bildirib:

    “Efirdə səsləndirdiyiniz adların heç birinin Doğuşla əlaqəsi yoxdur. Araşdırdıq, qeyd etdiyiniz insanların heç biri Doğuşla işləmir”.

    Daha sonra Didem Arslan Yılmaz Xoşqədəm Hidayətqızıdan üzr istəyib və cütlüyün boşanma xəbərlərinin yalan olduğunu açıqlayıb:

    “Bir qadın olaraq dəyərli həmkarımın üzülməyinə səbəb olduğum üçün üzr istəyirəm, hörmətli Xoşqədəm Hidayətqızı. Boşanacaqları haqda çıxan xəbərlər də yalandır”, – deyə aparıcı sonda qeyd edib.

  • Müğənni hörümçək sancması nəticəsində dünyasını dəyişib

    Braziliyalı müğənni Darlyn Morais hörümçək sancması nəticəsində yaranan fəsadlar səbəbindən dünyasını dəyişib.

    Oktyabrın 31-də Braziliyanın şimal-şərqindəki Miranorte şəhərindəki evində zəhərli hörümçək sancması musiqiçi Darlyn Morais bədənində allergik reaksiyalar göstərməsi səbəbi ilə xəstəxanaya yerləşdirilib. O, noyabrın 3-də evə buraxılıb.

    Musiqiçinin həyat yoldaşı Jhullyenny Lisboa Braziliyanın “G1” xəbər kanalına verdiyi açıqlamada Moraisin xəstəxanadan evə gəldikdən sonra vəziyyətinin yenidən pisləşdiyini, özünü hər zaman yorğun hiss etdiyini, üzündəki qançırın rənginin dəyişməyə başladığını bildirib.

    Noyabrın 5-də yenidən xəstəxanaya yerləşdirilən müğənni noyabrın 6-da, bazar ertəsi faciəli şəkildə dünyasını dəyişib.

    Lisboa həyat yoldaşı ilə birlikdə 18 yaşlı qızını da hörümçək sancdığını, hazırda xəstəxanada olduğunu və vəziyyətinin stabil olduğunu bildirib.

    15 yaşında musiqi dünyasına qədəm qoyan Darlyn Morais qardaşı və yaxın dostundan ibarət qrupla Qoyas, Maranhao və Para əyalətlərində də çıxış edirdi.

    “G1″ə verdiyi açıqlamada əmisi oğlu Vesleya Silva Moraisin ölümünün yaxınlarını və pərəstişkarlarını şoka saldığını bildirərək: “Onun nəhəng bir ürəyi var idi, hər zaman ətrafındakı insanlara kömək edərdi”, – deyə onu hər zaman xatırlayacaqlarını qeyd edib.

    Moraisin ölümünə hansı növ hörümçəyin səbəb olduğu bilinmir, lakin Braziliyanın dünyanın ən təhlükəli hörümçəyi olan “Braziliyalı Səyyah Hörümçək”in yaşadığı ölkə olaraq tanınır.

    Bildirilir ki, Braziliya Səyyah Hörümçəyinin zəhəri qeyri-adi ağrılara, qan təzyiqinin artmasına, tənəffüs sürətinin artmasına, bulanıq görmə və qıcolmalara səbəb olur.
    //bizimyol.info

  • Puqaçova qayıtmaq üçün rekord qonorar alacaq

    Rusiyanın Xalq artisti Alla Puqaçova yenidən səhnəyə qayıtmağı planlaşdırır.
     
    Bu barədə “Mash” teleqram kanalı məlumat yayıb. Bildirilib ki, 74 yaşlı sənətçi Yeni ildə səhnəyə çıxıcaq.
     
    Puqaçovanın prodüserləri artıq onun çıxışları üçün musiqiçiləri axtarır. Onun 500 min dollarlıq (təxminən 850 min manat) rekord qonorar qarşılığında mahnılarını ifa edəcəyi vurğulanıb. O, bayram günlərində Kipr və Dubayda çıxış edəcək.
     
    İddilar arasında Puqaçovanın Moskvada da səhnə ala biləcəyi yer alıb. Belə ki, təşkilatçılar onun çıxışlarını gizli şəkildə – mediadan uzaq və telefonla çəkiliş olmadan təşkil etməyi planlaşdırır.
     
    Qeyd edək ki, Alla ailəsi ilə birgə Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiyanı tərk edərək İsrailə köçmüşdü. Bir müddət əvvəl onların İsraildən Kiprə köçdüyü ortaya çıxıb. O ötən həftə yenidən Rusiyaya qayıtmışdı.
     
    Onu da qeyd edək ki, ifaçı mayın 2-də vəfat edən modelyer Valentin Yudaşkinlə vida mərasimində iştirak etmək üçün də Rusiyaya qayıtmışdı. 
     
    O, son olaraq Latviyadan paylaşım edib.
    //sfera

  • Emin Ağalarovun yeni imici maraqla qarşılandı – FOTO

    Xalq artisti Emin Ağalarov yeni görünüşü ilə təəccübləndirib.

    Müğənni fotosunu sosial media hesabında izləyiciləri ilə bölüşüb. Eminin bığ saxlaması diqqət çəkib.

    “O həmişə fərqlidir. Yeni görünüş” deyə, ifaçı şəklinə qısa şərh yazıb.

  • Ancelina Colinin atası onun mövqeyini tənqid edib – VİDEO

    84 yaşlı amerikalı aktyor Con Voight Qəzza zolağının mülki əhalisinə dəstək verən qızı, Ancelina Colini tənqid edib. O, videonu İnstaqramda paylaşıb.

    Con Voight İsrail ordusunun tərəfini tutub.

    Voight böyük ABŞ bayrağının fonunda göründüyü videoya “Həqiqət və yalan” başlığını yazıb.

    “Mən çox məyus oldum ki, mənim qızımın da bir çoxları kimi Allahın izzəti, Allahın həqiqətləri haqqında heç bir təsəvvürü yoxdur. Söhbət Allahın torpağının, Müqəddəs Torpağın tarixinin məhv edilməsindən gedir” – deyə aktyor İsrail və HƏMAS münaqişəsi ilə bağlı fikirlərini bildirib.

    Münaqişənin hər iki tərəfində mülki insanları müdafiə edən Ancelina Colinin atası “İsrail ordusu öz torpağını, xalqını müdafiə etməlidir. Bu, müharibədir” deyib.

    “İsrailin günahsız insanları qətlə yetirməsi tamamilə yalandır. Hər kəsi İsrailin fələstinli uşaqları öldürdüyünü düşünməyə vadar etmək əslində HƏMAS-ın planıdır. Siz axmaqlar isə problemin səbəbkarı İsraildir deyirsiniz?” – deyə 84 yaşlı Con Voight ritorik şəkildə soruşub.

    Maraqlıdır ki, aktyorun İnstaqramda cəmi iki videosu və 37 min abunəçisi var.

  • Rafet El Roman özündən 24 yaş kiçik sevgilisi ilə evlənir

    Türkiyə estradasının ulduzu Rafet El Roman özündən 24 yaş kiçik sevgilisi ilə evlənir. Pop ulduzun özünün verdiyi məlumata görə, artıq ailələr də bir-biri ilə tanış olublar.

    İndiyə qədər Tuğba Altıntop (1996-2003) və Ceren Kaplakarslanla (2014-2017) evlənib boşanan Rafet El Roman Yasemin Gergeçlə iki ildir ki, birlikdədir.

    Qeyd edək ki, üç uşaq atası olan Rafet bir daha övlad sahibi olmamaq üçün vazektomiya (artıq uşaq istəməyən cütlüklərdə toxum (sperma) kanallarının bağlanması) əməliyyatı etdirib.

    Mənbə: ensonhaber.com

  • Başqa qadınla dini nikahının olduğu idda edilən Doğuşun vəkili AÇIQLAMA YAYDI (FOTO)

    Ötən həftə aparıcı Xoşqədəm Hidayətqızının həyat yoldaşı türkiyəli müğənni Doğuşun dini nikahda olduğu iddia edilib. Türkiyənin “Show TV” kanalında yayımlanan “Didem Arslan Yılmazla Vazgeçme” verilişinə qonaq olan Esra adlı qadın Doğuşla dini nikahının olduğunu və müğənninin boşanaraq onunla evlənəcəyini bildirdiyini irəli sürüb.

    Bizim.Media xəbər verir ki, qalmaqallı və səs-küylü məsələ ilə bağlı Doğuş sosial şəbəkə hesabında vəkili Feyza Altunun mətbuata yazılı açıqlamasının sənəd üzərindən çəkilən fotosunu paylaşıb.

    Sənəddə yazılır:

    “Keçən həftə “Didəm Arslan Yılmazla Vazgeçme” adlı verilişdə israrla adını çəkdiyiniz şəxsin müvəkkilim Doğuşa qarşı irəli sürülən ittihamlarının həqiqətə uyğun olmadığını ictimaiyyətə bildiririk. Müvəkkilimin heç vaxt Alaattin adlı meneceri olmayıb. Həmçinin müştərim Doğuş, Mahir Düz adlı şəxsi tanımır və onunla heç bir münasibəti yoxdur. Proqramınızda dərc olunan şəkillər müştərinin xəbəri və ya icazəsi olmadan götürülmüş görüntülərin yayımlanması, Türkiyə Cinayət Məcəlləsinin 133 və 134-cü maddələri ilə həm yazan, həm də yayan şəxslər tərəfindən şəxsi həyatın toxunulmazlığını tənzimləyən “Fərdi Məlumatların Qorunması Qanunu”nun pozuntusudur və cinayət təşkil edir. Yayılan xəbərlərdə xanımın adının çəkilməsi, uşaqların təhlükəsizliyini pozacaq, psixologiyasına xələl gətirəcək məlumatları bu şəkildə nəşr etmək həm müvəkkilimin həyat yoldaşının, həm də uşaqlarının şəxsi hüquqlarının pozulmasıdır. Bu səbəbdən də bu yayımların dərhal dayandırılmasını tələb edirik.

    Yuxarıda qeyd edilən məsələyə görə biz bütün hüquqi prosedurlara başlamışıq və müştərimin şəxsi hüquqlarını pozan hər cür zərərli bəyanatlara, böhtanlara qarşı sona qədər gedəcəyik”.

    Sözügedən sənədin fotosunu müğənni Doğuşun həyat yoldaşı Xoşqədəm Hidayətqızı da sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

    Qeyd edək ki, Doğuş və Xoşqədəm cütlüyünün Arda və Arın adlı iki oğlan övladı var.

  • Alla Puqaçova Rusiyaya qayıtdı

    Tanınmış müğənni Alla Puqaçova Rusiyaya qayıdıb.

    O, noyabrın 2-də axşam saatlarında Pskov vilayətindəki sərhəd-keçid məntəqəsindən ölkəyə daxil olub.

    Müğənni evinə həyat yoldaşı, xarici agent statusu daşıyan gülüş ustası Maksim Qalkinsiz gəlib.

    Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsilə razılaşmayan məşhur cütlük bu yaxınlaradək İsraildə yaşayıb.

    Mənbə: lenta.ru

  • Xoşqədəm Doğuşdan boşanmaq üçün 1 milyon istədi – Şok iddia

    Aparıcı Xoşqədəm Hidayətqızının həyat yoldaşı, müğənni Doğuş haqqında “Show Tv” kanalında yayımlanan “Didem Arslan Yılmazla vazgeçme” verilişində şok iddia ortaya atılıb.

    Esra adlı qadın Doğuşla dini nikah bağladığını deyib.

    “Həyat yoldaşından boşanacağını və niyə səninlə evlənmədim və sair deyirdi. Mən onu, o da məni sevirdi. Mənimlə evlənəcəyini və Antalyada yaşayacağımızı planlaşdırmışdı. Doğuş bir neçə dəfə evimdə qalıb. Həyat yoldaşı və uşaqları Azərbaycanda idi. Hələ də Doğuşu insan kimi sevirəm. Mən ona, o da mənə hədiyyə alıb. Mənə iki qızıl üzük hədiyyə edib, onları da atdım.

    Dini nikah günü Doğuş məni ana-atamın məzarına apardı. Sonra restoranda səhər yeməyi yedik. O zaman həyat yoldaşından ayrılmaq istədiyini dedi. Doğuş həyat yoldaşının ondan boşanması üçün bir milyon dollar istədiyini söylədi. Onu dəqiq bilmirəm. Sonra Azərbaycana getdi, bir il orada qaldı. Həmin günü gəldi, dini nikahda iki rəfiqəm və Doğuşun meneceri iştirak edib.

    Öncədən Doğuşla dini nikah bağlayacağımızı bilmirdim. Mənə sürpriz oldu. Mən Doğuşun həyat yoldaşından boşanacağını düşünürəm. Doğuşla dini nikah başladıq, evli olduğu halda niyə dini nikah bağladığımızı soruşdum. Cavabında isə “günahdır” dedi. Hələ də boşanacağını deyirdi.

    Doğuşun qəribə xasiyyəti var. Əlimdən belə tutmurdu. Sonra onunla görüşməməyimin səbəbi boşanmaması oldu. Düşünürəm ki, həyat yoldaşından boşana bilmədi”.

    Xoşqədəm Hidayətqızı sosial şəbəkə istifadəçisinin “Doğuş bəyin xəbərini eşidəndə pis olduq. Bunu sizə qarşı necə edə bilər, yəqin sabah verilişində qarğış edəcək” şərhinə “Çox gözləyirsən, o zaman bu gün məni izlə”, – deyə cavab verib.

    Qeyd edək ki, Doğuş ilə Xoşqədəm Hidayətqızının Arda və Arın adlı əkiz övladı var.
    //Teleqraf.com