Category: Şou Biznes

  • Ölkəmizi “Avroviziya 2024”də təmsil edəcək ifaçıları onlar seçir – VİDEO

    “Avroviziya 2024” seçim mərhələsinin münsiflər heyətində yer alan məşhurların adları üzə çıxıb.

    Bizim.media xəbər verir ki, münsif kürsüsündə Xalq artisti Faiq Sücəddinov, Əməkdar incəsənət xadimi Vaqif Gərayzadə, müğənnilər Nigar Camal, Eldar Qasımov, Aysel Adıgözəlzadə (Teymurova), aparıcı Ranar Musayev kimi məşhurlar əyləşiblər.

    Ölkəmizi sözügedən nüfuzlu beynəlxalq mahnı müsabiqəsində təmsil etmək istəyən ifaçıların siyahısı isə bu cürdür:

    Aisel, Tofig Hajiyev & Camal Qurbanov, Emy Lia, Rilaya Hüseynzadə, Mari, İlkin Dövlətov & Mila Miles & Etibar Əsədli, Sabina Beyli, Lexa, Edqar Ravinov, Əmrah Musayev, Alesker, Rahib Mirzəyev & Tofiq Yadigar, Səbinə Quluzadə, Qorqud, Fahree.

    Qeyd edək ki, “Avroviziya-2024” mahnı müsabiqəsi 7, 9 və 11 may tarixlərində İsveçin Malmö şəhərində baş tutacaq.

  • “Nə vaxt evlənirəm desə, mən hazıram” – Fədayə Laçın sirləri açdı + FOTO

    “Əslində Azərbaycana qayıtmağıma səbəb toy məclisləri oldu. Bir neçə dəvətdən sonra məcbur olub gəldim. Getməli idim, gördüm ki, dəvətlər artmağa başladı. Rusiyaya qayıdacağam, çünki həm orada toylarım var, həm də orada yaşayıram. İnsanların məni bu cür ürəkdən qarşılamaqları mənə çox xoş oldu. Efirlər də mənim üçün darıxmışdı. Tamaşaçılar yazır ki, efirlərin dadı-duzu, ləzzəti qayıtdı. Mən də o sevgidən ilhamlanıb Bakıya gələn günündən çəkilişlərdəyəm. Öz şəxsi işlərimi kənara qoymuşam. Heç kimlə görüşməmişəm. Dost-tanış, qohum-əqrəba hamısı məndən inciyib. Hələ burdayam, deyə bilirəm ki, sevdiklərimlə arxayın görüşəcəyəm”.


    Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Fədayə Laçın deyib.

    “Ən çox anam, bacılarım üçün darıxmışdım. Rusiyada yaşayan azərbaycanlılar da məni sevirlər, amma buradakı kimi deyil. Heç bilməzdim ki, mənim üçün bu qədər darıxıblar”, – deyə müğənni bildirib.


    Fədayə Laçın oğlu Əlhəmi evləndirmək istəyindən də söz açıb.

    “Mən oğlumu evləndirmək istəyirəm. İstəyərdim də. Amma onun ixtiyarına buraxmışam. O, özü ağıllı oğlandır, deyir ki, bu, elə bir məsələdir ki, gərək yüz ölçüb, bir biçəsən. Əlhəm nə vaxt desə ki, evlənirəm, mən hazıram”, – deyə müğənni bildirib.       


    Fədayə Laçın plastik əməliyyatlara da münasibət bildirib:

    “Bir az artıq çəki aldığım üçün insanlar elə bilirlər ki, üzümə dolğu etdirmişəm. Üzümdə heç nə yoxdur. Arıqlayan kimi yanaqlarım düşür. Kökələn kimi isə əksinə olur. Üz-gözümdə heç nə yoxdur. Ehtiyac da bilmirəm. Nə vaxtsa ehtiyac bilsəm, bəlkə də müraciət edərəm. Plastik cərrahiyyələrdən çox qorxuram. Elə bilirəm ki, həmin prosedurun üstündən illər keçəndən sonra insan peşman olur. Mən də bu peşmanlıqdan qorxuram”, – deyə müğənni bildirib.

    Fədayə Laçın bildirib ki, Moskvada heç bir biznesi yoxdur.

    “Restoranımız daha işləmir. Biz onu oğlum Əlhəm üçün götürmüşdük. Əlhəm də şair adamdır. Biz incəsənət adamıyıq, gördük ki, bizlik deyil. Bir il işlətdik, xoşumuz gəlmədi, istədiyimiz kimi olmadı, ona görə də məsləhət bildik ki, daha çox ziyana düşməmiş restorandan çıxaq. Az ziyanla çıxdıq. Deyirlər ki, Fədayənin bir milyon borcu var, o borc deyil. 1 milyon rubldur. O da bizim pulla 17-20 min manat arası edir. Bu borc deyil, ziyandır, itirdiyimiz puldur. Heç kimə də borcumuz yoxdur. Biznesimiz ancaq toylardır”, – deyə müğənni bildirib.

  • Valeri Meladzenin Rusiyadakı şirkəti bağlandı

    Valeri Meladzenin açdığı şirkət Moskvanın vergi orqanları tərəfindən bağlanıb.

    Məlumata görə, buna sənətçinin Rusiyanı tərk etməsindən sonra şirkətin fəaliyyətsiz qalması səbəb olub.

    “MB Pro” ofisi ifaçılıq sənəti sahəsində xidmətlər göstərib və 20 ilə yaxın mövcud olub.

    Xatırladaq ki, Meladze Rusiya – Ukrayna müharibəsi başladıqdan sonra Kremlin siyasətilə razılaşmadığı üçün ölkəni tərk edib.

    Mənbə: Mash

  • Aygün Bəylər süni tənəffüs aparatına qoşulub? (AÇIQLAMA)

    Əməkdar artist Aygün Bəylər haqqında yayılan xəbərlərə münasibət bildirib.

    Median.Az olay.az-a istinadən xəbər verir ki, əməkdar artist süni tənəffüs aparatına qoşulması ilə bağlı məlumatın dezinformasiya və təxribat xarakterli olduğunu vurğulayıb:

    “Səhhətimlə bağlı yayılan xəbərlərin hamısı yalan və təxribatdır. Xahiş edirəm, yayılan yalanlara inanmayın”.

    Aygün Bəylər solo konsertə hazırlaşdığını da qeyd edib.

  • Əməkdar artist Aygün Bəylərin səhhəti ilə bağlı AÇIQLAMA

    “Əməkdar artist Aygün Bəylərin səhhətində heç bir problem yoxdur”.

    Bu barədə oxu.az-a Əməkdar artistin yaxınlarından biri məlumat verib.

    İfaçının yaxınlarından verilən məlumata görə, o qan analizi üçün xəstəxanaya üz tutub:

    “Aygün xanımın xəstəxanaya yatırılması ilə bağlı yayılan xəbərlər yalandır. Reytinq xətrinə yanlış məlumatlar verirlər. Hər kəs narahat olub. Aygün Bəylərin səhhətində heç bir problem yoxdur. Evdədir. Hər şey qaydasındadır.

    Qan analizi verən zaman fotosu çəkilib, paylaşılıb. Dünəndən bu günə qədər yüzlərlə zəng gəlib. Diqqətiniz üçün təşəkkür edirik. Bir daha demək istəyirəm ki, narahat olmayın. Aygün xanım yaxşıdır”.

    Xatırladaq ki, bir müddət əvvəl xanəndədə xərçəng aşkarlanıb. O, daha sonra müalicə olunduğunu və sağaldığını deyib.

    Nəzrin Vahid

  • Türk müğənni 2 il 2 ay müddətinə həbs edildi

    Türkiyəli müğənni Atilla Taş 2 il 2 ay 25 günlük həbs edilib.

    “FETÖ”nün media strukturu ilə bağlı cinayət işində mühakimə edilən Atilla “dövlət məmurunu təhqir etmək” və “dövlətin hərbi və ya polis qüvvələrini açıq şəkildə təhqir etmək” ittihamları ilə məsuliyyətə cəlb edilib.

    O “dövlət məmurunu təhqir etmə” maddəsi ilə 1 il 9 ay 25 gün, “dövlətin hərbi və ya polis qüvvələrini açıq şəkildə təhqir etmə” maddəsi ilə isə 5 aylıq həbs edilib.

  • Namiq Qaraçuxurluya qarşı dələduzluq edildi

    Sosial şəbəkələrdə meyxanaçı Namiq Qaraçuxurluya qarşı dələduzluq edilib.

    Bu haqda ifaçı şəxsi instagram hesabında məlumat verib.

    Onlayn dələduzlar tanınmış simaların montaj olunmuş fotolarından və yalan xəbərlərdən istifadə edərək gəlir əldə edirlər. O cümlədən Namiq Qaraçuxurlu haqda həqiqətə uyğun olmayan xəbərlər hazırlayaraq bunu mesaj vasitəsilə insanlara göndəriblər. Xəbəri oxumaq üçün isə mesaja daxil olan zaman açılan mətndə qeyd olunan məlumatlara daxil olmaq tələb olunur. Bu zaman məqsəd vətəndaşların şəxsi məlumatlarını, bank hesablarını ələ keçirməkdir.

    Sosial media hesabından izləyicilərinə səslənən Qaraçuxurlu insanlara bu cür saxta məlumatlara inanmamağı tövsiyə edib.
    //azxeber

  • Puqaçova İsraili tərk etdikdən sonra yoxa çıxıb

    Rusiyalı məşhur müğənni Alla Puqaçova övladları ilə İsraili tərk etdikdən sonra yoxa çıxıb.

    Bu barədə ailəyə yaxın mənbədən bildirilib.

    Məlumata görə, o, uzun müddətdir ki, dostları və qohumları ilə əlaqə saxlamır.

    “Puqaçova və uşaqları İsraildə deyil. Lakin onların Kiprdə olması ilə bağlı da heç bir məlumat yoxdur”, – deyə mənbədən bildirilib.

    Puqaçovanın daşınmaz əmlakı haqqında məlumat əsasında onun harada ola biləcəyi ilə bağlı iki versiya var. Belə ki, o, altı il əvvəl Kiprdə villa alıb. Bundan başqa ifaçının ABŞ-nin Mayami şəhərində okean sahilində evi var. Lakin versiyaların heç biri hələ təsdiqlənməyib.

    Xatırladaq ki, dünən Alla Puqaçovanın oğlu Harri və qızı Liza ilə birlikdə İsraili tərk etdiyi və gələn ili Kiprdə keçirməyi planlaşdırdıqları məlum olub.

    Bundan əvvəl isə müğənninin əri Maksim Qalkin Yaxın Şərqdə münaqişənin kəskinləşməsi fonunda ailəsi ilə birlikdə İsraildən mühacirət etməyi düşünmədiyini bildirmişdi.

    Mənbə: KP.ru

  • Xalq artisti: “Los-Ancelesdə qab-qacaq yuyur, yerləri təmizləyir, ofisiant işləyirdim” – VİDEO

    “ABŞ-yə cavan Yusif olaraq getdim, müdrik Miri Yusif kimi qayıtdım”.

    Bunu Baku TV-nin “Qapqara” verilişində Xalq artisti Miri Yusif deyib.

    O, ABŞ-də keçirdiyi vaxtları həyatının ən çətin dövrü adlandırıb:

    “Düzdür, baxanlar deyəcəklər ki, sən o boyda Los-Ancelesdə yaşamısan. Amma elə deyil. Mənim orada çox çətin zamanlarım olub və fəxr edirəm ki, bunlardan keçmişəm. Orada cibimdə pul-para olmadan bəzən çöllərdə, skamyalarda yatmışam. Çox vaxt müxtəlif yerlərdə qab-qacaq yuyurdum, yerləri təmizləyirdim, ofisiant işləyirdim”.

    Xalq artisti hər dəfə səhnəyə çıxanda skamyada gecələdiyi həmin anların gözlərinin önündə canlandığını deyib:

    “Bu da gözəl təcrübə idi. Bu, olmalı idi. Skamyada uzananda özümə həmişə söyləyirdim ki, mən burada nə edirəm, buraya niyə gəlmişəm. Amma sonra dedim ki, özüm özümə uduzsam, sonra peşman olaram və uduzmadım, əksinə, qazandım”.

    Daha ətraflı videomüsahibədə:

  • Britni Spirs Castin Timberleyki xəyanətdə ittiham edib

    Qərb tabloidləri Britni Spirsin oktyabrın 24-də işıq üzü görəcək xatirələrini həvəslə öyrənməyə və ulduzun ilk yüksək səviyyəli açıqlamalarını dərc etməyə davam edir. “İçimdəki qadın” kitabında Britni Castini xəyanətdə ittiham edib.

    Məlumata görə, o, 1999-2002-ci illərdə birlikdə olduğu Timberleykin başqa bir məşhurla münasibətdə olduğunu iddia edib. Məşuqəsinin adını açıqlamağı lazım bilməyib. Britni bunu qadının artıq ailəli olduğunu və ona pislik etmək istəmədiyini bildirərək əsaslandırıb.

    Hazırda şou-biznes Britni Spirsin xatirələrindən ilk açıqlamalara Castin Timberleykin reaksiyasını gözləyir. Xatırladaq ki, aktrisa Cessika Billə xoşbəxt evli olan müğənni Britni ilə münasibətinin təfərrüatını dərc etməyin əleyhinə idi. Hətta vəkil vasitəsilə ondan bunu etməməsini istəmişdi.

    Mənbə: super.ru