Category: Şou Biznes

  • Türkiyəli məşhurun toyu Bakıda olacaq

    Türkiyəli müğənni-aktrisa Öykü Gürman nişanlısı, biznesmen Fatih İçmeli ilə nikah masasına oturmağa hazırlaşır.

    Axşam.az xəbər verir ki, cütlük toyunu Azərbaycanda etmək qərarına gəlib. Bu haqda türk mediası xəbər yayıb.

    Bildirilib ki, Öykü və Fatih bir gün sonra Bakıda toy edəcəklər.

    Qeyd edək ki, Fatih ötən ilin yanvarında Parisdə Öyküyə evlilik təklifi etmişdi. Daha sonra ailə arasında keçirilən kiçik mərasimlə nişanlanmışdılar. Onlar bir neçə dəfə toy etmək istəsələr də, mərasim Öykünün konsert proqramları ilə əlaqədar olaraq təxirə düşüb. Sonuncu dəfə isə cütlük sentyabrda toy etməyi planlaşdırırdı. Aktrisanın evinin olduğu Çanakkale şəhərində yanğın çıxdığı üçün məclis təxirə salınmışdı.

  • Yol hərəkəti qaydalarını heçə sayan məşhurlar – Kimin nə qədər cəriməsi var?

    Yolda sürət həddini aşanlar… İşıqforun qırmızı işığında keçənlər… Avtomobilləri cərimə meydançasına aparılanlar… 18 – 6500 AZN aralığında cərimələnənlər….

    Bu dəfə söhbət yol hərəkəti qaydalarını pozan şou-biznes əhlindən gedir.

    Median.Az baku.ws-ə istinadən bildirir ki, bahalı malikanələri və lüks avtomobilləri ilə gündəmdən düşməyən məşhurlar qayda pozunutuları və onlara yazılan böyük məbləğdə cərimələrlə də sosial şəbəkələrin və medianın müzakirə obyektinə çevriliblər. Sadaladığımız qanun pozuntuları arasında tanınmışların daha çox sürət həddini aşma, təhlükəsizlik kəmərindən istifadə etməmə hallarına rast gəlinir.

    Onlar qaydalara bu cür yanaşaraq həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atırlar. Verilişlərdən birində Xalq artisti Niyaməddin Musayev həmkarı Məleykə Əsədova ilə rayonlardan birinə tədbirə gedən zaman yolda artıq vaxt itkisi olmasın deyə sükan arxasında Əsədovanın əyləşdiyini, yolda bir neçə dəfə radara düşdüyünü, hətta radarları 120 km sürətlə keçdiyini etiraf edib. Müğənni Şəbnəm Tovuzlu bir neçə dəfə təhlükəsizlik kəmərindən istifadə etməyərək avtomobil sürüb. İfaçı maşını idarə edərkən polis əməkdaşlarının yanından keçib və onlara əhəmiyyət də verməyib.

    Məşhurlar sadəcə özlərinin deyil, zaman-zaman övladlarının həyatlarını təhlükəyə atacaq qayda pozuntularına yol veriblər. Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı Fazil bəyin azyaşlı oğlu Məhəmməd Əli ilə sükan arxasına əyləşdiyi görüntüləri paylaşmışdı. Kadrlarda onun körpəsinin həyatını təhlükəyə atdığı əks olunmuşdu. İdmançı Kamil Zeynallı isə “Gelandewagen” markalı avtomobilinin sükanını 10 yaşlı qızına etibar edərək onun həyatını təhlükəyə atmışdı.

    Tanımışlara yol hərəkəti qaydalarına riayət etmədikləri üçün müəyyən məbləğdə cərimələr də tətbiq olunur. Bəzən onlar bu cəriməni vaxtlı-vaxtında ödəyir, bəzən isə yığılır və məbləğ artır. Mətbuatda yer alan xəbərə əsasən, müğənni Ayaz Qasımovun 6500 AZN-dən çox cəriməsi olub və bu cərimə ona daha çox işıqforun qırmızı işığında keçdiyi üçün yazılıb. Yayılan xəbərlərdən sonra sənətçinin köməkçisi cərimənin ödənildiyini bildirib. Bir müddət əvvəl verilişə qatılan Əməkdar artist Nigar Şabanovanın isə cəmi 18 AZN cəriməsi olduğu müəyyən edilib.

    Məşhurlar efirə qonaq olarkən yol hərəkəti qaydalarını pozduqlarını, lakin bəzən polislərin onlar tanınmış şəxs olduqları üçün güzəştə getdiklərinni bildiriblər. Lakin bu xoşagəlməz vəziyyətin baş verməsi, eyni zamanda bunu yaxşı iş görürmüş kimi milyonlarla tamaşaçı qarşısında etiraf edilməsi heç də müsbıt hal deyil.

    Məsələ isə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli ilə əlaqə saxladıq. O saytmıza açıqlamasında bildirdi ki, məşhur şəxslərin öz adlarından istifadə edərək yol qaydalarını pozması cəmiyyətdə onlara qarşı ikrah hissi yaradır:

    “İstər tanınmış şəxs, istərsə də hər hansı bir ictimai xadim olsun. Hər kəs qanunlara hörmətlə yanaşmalıdır. Məşhur insanların öz nüfuzundan istifadə etməsi doğru hal deyil. Bu cəmiyyətdə olan digər insanlarda onlara qarşı ikrah hissi oyadır. Biz artıq adi vətəndaşlardan yol hərəkəti qaydalarına riayət etməli olduqlarını bildirəndə bizə etiraz edirlər”.

    Araz Əsgərli çalışdığı illər ərzində belə hallarla şəxsən özünün də rastlaşdığını etiraf edib və tanınmış şəxsləri qayda pozuntularına yol verməməyə çağırıb:

    “Mənim iş təcrübəmdə belə hallar çox olub. Özüm şəxsən yol hərəkəti qaydalarına riayət etmədiyi üçün tanınmış şəxslərdən birinə irad bildirmişəm. Onlar bu nüfuzu məşhurluğu pis niyyətlə istifadə etməməlidir. Bu gün ölkəmizdə Azərbaycan polisi qayda-qanunların icrası zamanı öz qətiyyətli mövqeyini nümayiş etdirir ki, heç bir halda narazılıq yaranmasın. Biz çalışırıq ki, adi vətəndaşlarla yanaşı, nüfuzlu və tanınmış şəxslər də yol-hərəkəti qaydalarına riayət etsinlər. Təhlükəsizlikləri üçün mütləq kəmərdən istifadə etsinlər. Onlar xalq üçün bir nümunə olmalıdır. Yaxşı olduqdan sonra adi vətəndaşlarımız da onlardan yaxşı nümunə götürəcəklər. Məşhurlar da öz məsuliyyətlərini dərk etməlidir və qayda pozuntularına yol verməməlidirlər, onlara yazılan cərimələri də vaxtlı-vaxtında ödəməlidirlər”.

    Avtomobillə yolda olarkən özümüzün və digər yol iştirakçılarının həyatına təhlükə yaranmasın deyə qaydalara əməl etmək lazımdır. Çünki təhlükə gələndə bu adi vətəndaşdır və ya tanınmış şəxsdir deyə bir seçim etmir. Qanunlara riayət edərək yaşayaq ki, həyatımızı təhlükədən qoruyaq.

  • Məşhur reper həbs olundu

    Amerikalı 26 yaşlı repçi “Tekashi 6ix9ine” (Deniel Ernandes) Dominikan Respublikasında sevgilisinə hörmətsizlik etdiyi iddiası ilə prodüseri döydüyü üçün saxlanılıb.

    Median.Az Sfera.az-a istinadən xəbər verir ki, yerli polis musiqiçini Amerikaya qayıtmaq üçün şəxsi təyyarəyə minməyə cəhd edərkən həbs edib.

    Repperin həbsini Dominikan Respublikasında cinayət işi üzrə hüquqşünas Feliks Portes bildirib.

  • Hadisə məşhur müğənni ilə ailə qurur

    Türkiyəli məşhur müğənni Hadisənin yenidən ailə quracağı iddia edilir.

    Məşhur biznesmen Mehmet Dinçerlərdən boşandıqdan sonra sevgi həyatını ictimaiyyətdən gizli saxlayan Hadisənin yenidən ailə quracağı deyilir.

    Bir müddətdir repçi Murda ilə eşq yaşadığı deyilən müğənninin Murdanın övladı ilə görüşdüyü, birlikdə əyləncəli zaman keçirdiyi iddia edilir.

    İki ulduz müğənninin qısa zamanda evlənəcəyi də yayılan məlumatlar arasındadır.
    //azxeber.com

  • Məşhur azərbaycanlı bloqerə qarşı Rusiyada əlavə yoxlamalar başlanıldı

    Rusiya hüquq-mühafizə orqanları məşhur azərbaycanlı bloqer Hüseyn Həsənova qarşı əlavə yoxlamalar aparırlar.

    Bu barədə rusiyalı ictimai xadim, Təhlükəsiz İnternet Liqasının direktoru Yekaterina Mizulina bildirib.

    “Polis qumar oyunlarının təşkili və reklamı ilə bağlı qanunsuz fəaliyyətlərinə görə (Yeqor) Krid, (Hüseyn) Həsənov, (Yuri) Xovanski və digər bloqerlərə qarşı əlavə yoxlama aparır. Bu, Təhlükəsiz İnternet Liqasının cinayət işinin açılmasının rədd edilməsi ilə bağlı qətnamədən prokurorluğa şikayət etməsindən sonra baş verib”, – deyə E.Mizulina əlavə edib.

    İctimai xadim vurğulayır ki, Moskva Şəhər Prokurorluğu əvvəlki yoxlamada prosessual qanun pozuntularını müəyyən edib və buna görə də cavab tədbirləri görülür.

    Qeyd edək ki, “Instagram”da ən populyar azərbaycanlı Hüseyn Həsənovun (27,3 milyon izləyici) qanunsuz reklama görə cəzalandırıla biləcəyi barədə məlumat bu il fevralın sonunda yayılmışdı, may ayında isə bloqerin adı Rusiya Daxili İşlər Nazirliyinin tərtib etdiyi “qara siyahı”ya salınıb.

    Mənbə: sportclan.ru

  • Azərbaycanlı müğənni İsraildə münsiflər heyətini şoka saldı – VİDEO

    Əslən azərbaycanlı müğənni Camila Kama (Kama Kamila) İsraildə yayımlanan “X Factor Israel” musiqi yarışmasında münsiflər heyətini heyran edib.

    İllər əvvəl İsrailə köçən əslən azərbaycanlı müğənni yarışmada Azərbaycan, ingilis və ivrit dillərində ifa edib.

    Qeyd edək ki, “X Factor Israel” musiqi yarışmasının qalibi İsraili 2022-ci ildə Avroviziyada təmsil edəcək.

  • İtkin düşən rusiyalı aktrisa tapıldı

    Rusiyalı məşhur aktrisa Svetlana Svetliçnaya bir neçə günlük axtarışlardan sonra tapılıb.

    O, tok-şou çəkilişlərində iştirak edirmiş. Aktrisanın vəziyyətinin yaxşı olsuğu bildirilir.

    Moskva Cinayət Axtarış İdarəsinin əməkdaşları aktrisanı Eyzenşteyn küçəsindəki kinostudiyada tapıblar.

  • Balduin filmin çəkilişləri zamanı həlak olan operatorun vida mərasimində iştirak edib

    Aktyor Alek Balduin film çəkilişlərindəki atışma səhnəsində aldığı xəsarətdən bir gün əvvəl dünyasını dəyişən operator Qalina Hatçinslə özəl vida mərasiminə qatılıb.

    Bu barədə “New York Post” məlumat yayıb.

    Santa Fe (şəhərində keçirilən mərasimdə Balduindən başqa, 42 yaşlı Hatçinsin əri və oğlu iştirak ediblər.

    Vida mərasimi mərhumun ailəsi üçün ianələr toplayan beynəlxalq kino işçiləri gildiyası tərəfindən təşkil edilir.

    Xatırladaq ki, oktyabrın 22-də ABŞ-da aktyor Alek Balduinin iştirakı ilə filmin çəkilişləri zamanı bir nəfər silahlı hadisə nəticəsində həlak olub, daha bir nəfər yaralanıb. Hadisə tapançadan atəş vaxtı baş verib. Belə ki, silah boş patronlar tərəfindən doldurulmalı imiş. Atəş zamanı filmin rejissoru körpücük sümüyündən yaralanıb, 42 yaşlı qadın operator Alina Xatçins isə ağır xəsarət alıb və helikopterlə Albukerk şəhərinin xəstəxanasına çatdırılıb, həkimlər onun həyatını xilas edə bilməyiblər.

    Santa-Fe dairəsi şerifinin ofisi çəkiliş meydançasında rekvizitin tətbiqi ilə bağlı hadisənin olmasını təsdiqləyib. O, qeyd edib ki, atəşi elə aktyor Alek Bolduinin özü açıb. Hələlik aktyora qarşı ittiham irəli sürülməyib.

  • Əməkdar artistin evi əlindən alınıb

    Əməkdar artist Fərqanə Qasımovanın evi əlindən alınıb.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, xanəndə bu haqda “Onun sirri” proqramında danışıb. O bildirib ki, gəlin köçdüyü ev ondan alınıb:

    “Aldığım zərbələrdən biri də bu oldu ki, verilən sözün üstündə durulmadı. Övladlarımı dünyaya gətirdiyim, əziyyət çəkdiyim ocaq mənə verilmədi. Mənim gəlin getdiyim ocaq idi. Ağrılı, acılı, xoş günlərim orada oldu. O evi inkar etdilər. Bizim olanı bizdən aldılar, haqqımız olanı aldılar. Dedilər, siz bizim üçün yoxmuş kimi həyatınıza davam edin. 6-7 il evsiz atamın evində qaldıq. Çətinliklər var idi, evsizlik bizə zərbə vurdu. Bu mənzərələrdən keçmiş insan üçün danışmaq asan deyil. Bilərəkdən imza atdım, Allaha tapşırdım. İnsana pislik edən kim edər? Ona yaxın biri”.

    F.Qasımova “Uşaqların atasının ailəsi tərəfdən oldu” sualına “Yəqin ki… Elə oldu. Mən də o insana ata kimi baxırdım. Satılan, əldən gedənləri Allah bərpa edir. Əsas o deyil ki, əlimdən getdi. Sadəcə, bizə verilən dəyər, söz… İnsanı acıdan odur. Bu gün evim var, atamın dəstəyi ilə” reaksiyasını verib.

  • Xərçənglə mübarizə aparan məşhur aktyor səhnəyə qayıdır

    Türkiyədə çəkilən “Arka Sokaklar” serialında oynadığı rolla məşhurlaşan, hazırda xərçəng xəstəliyi ilə mübarizə aparan aktyor Boğaç Aksoy yenidən səhnəyə qayıdır.

    B.Aksoy rejissor Volkan Karataşın çəkilişləri 2022-ci ilin qış aylarında başlayacaq filmi ilə yenidən fəaliyyətə başlayacaq.

    Məşhur aktyorun filmdə baş rolu ifa edəcəyi bildirilir.

    Hazırda Boğaç Aksoyun müalicəsinin davam etdiyi vurğulanır.