Category: Şou Biznes

  • Komadan çıxanda adımı soruşdular, bilmədim – Bəhram Bağırzadə

    Mən o biri dünyadan bir ildir ki, qayıtmışam. Koronavirusdan danışanda panik ataklarım başlayır.

    Median.Az musavat.com-a istinadla xəbər verir ki, bu sözləri əməkdar artist Bəhram Bağırzadə “Azərbaycan Silahlı Qüvvələri” kitabının imza günündə deyib.
    “Mənim üçün çox çətin oldu. Daim hərəkətdə olan, səhnədə ora-bura qaçan 50 yaşlarında sağlam bir kişi üçün çox ağır idi. Sağ tərəfim işləmirdi, sağ əlimi qaldıra bilmirdim. Hər yerimdən şlanq salmışdılar. Gözümü açanda gördüm ki, bir kişi, 8 qadın mənə baxır. Elə bildim, qəzaya düşmüşəm, çünki beynim işləmirdi. Komadan ayılanda soruşdular ki, adın nədir. O zaman bildim ki, beynim işləyir. Amma adımı deyə bilmədim. Elə bildilər, zarafat edirəm”, – B.Bağırzadə bildirib.

  • Gəlinindən Mətanətə: “Pulun var deyə, mənə zərbələr vurursan”

    Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canana sənətçinin səsləndirdiyi ittihamlara cavab verib.

    Axsam.az xəbər verir ki, sosial şəbəkədə paylaşım edən Canana M.İsgəndərlinin yalan danışdığını bildirib:

    “Bu gün o qədər məyus oldum ki… İnsan necə yalanlar danışar, utanmadan şər-böhtan atar? Balalarımı götürmüsən, uşaqlarıma psixoloji travma yaşatdırırsan. Evdə köməkçinin ümidinə qoyub gedirsən. Pulun var deyə, mənə zərbələr vurursan. Nə istəyirsən et! İndiyə kimi elədiklərini etmisən. Bil ki, Allah böyükdür. Allahdan qorx. Orada məni təhqir edirsən, yalanlar danışırsan. On il mən sizdə qalmışam deyirsən. Bunların arxasında dura biləcəksən? Qorxmursan Allahdan? Mən “İnstagram”da səhifəm böyükdür deyə, nə olurdusa paylaşırdım. Dedim ki, bələ kimsə kömək olar”.

    Qeyd edək ki, Əməkdar artist “Günün sədası” proqramında gəlini ilə oğlunun ayrılması haqda bunları demişdi:

    “Bu qız barışmağa yer qoymadı. Onu kim yoldan çıxardısa, Allah onun evini yıxsın. Oğlumdan 5 yaş böyükdür, 42 yaşı var, 15-20 yaşı yoxdur ki, qabağıma qoyum danışım. 23 ildir mənim evimdə yaşayır. 10 il nişanlı qalıb, valideynləri Rusiyada qalırdı, onu 10 il evimdə saxladım. Sonra toyları oldu, 23 ildir evimdə yaşayıb, həmin adamlarıq, indi pis olduq? Kərimi özü istəyib. Kərimin ilk sevgisi olub. Mənim oğlum ondan başqa qadın görməyib. Kərim elə uşaqdır ki, ona başqasını almaq istəsəm, edərdi. Etmədim… Onun işləməyini istəmirdik, deyirdim, sənin nəyin çatmır? Yoldaşın işləyir, altında maşın, köməkçisi, salon açdım. Lazer aparatı almaq istədi, qızıllarını satdı, gəldi üstünü düzəltdim, aldı. Boynunu bükürdü, deyirdim get et. Mən sənə nə pislik etdim? İndi son sözü o oldu ki, mən azad olmaq, özüm üçün yaşamaq istəyirəm. 42 yaşın var, üç uşaq dünyaya gətirmisən. Nə azad? Kərimə uşaq ana deyir, ürəyimin başı ağrıyır. Türmədə idin? Altında maşın, bütün günü gəzirdin, cibinə pul qoyurdum. Deyirdim, uşaqları apar parka, qayıdırdı ki, ürəyim sıxılır. Deyirəm, ağlayırsan, gəl uşaqlarını götür. Ona dedim ki, ailəni dağıtma, ev, maşın verirəm. Hər şeyini verirəm. Otur evdə namusunla, uşaqlara bax, istəmədi. İndi niyə ağlayırsan? Onu hər yay Türkiyəyə bahalı otellərə istirahətə göndərirdim, oradan gəlirdi Nabrana gedirdi. Nəyin əskik idi?”.

    Xatırladaq ki, Canana və Kərimin 3 övladı var. Canana həyat yoldaşı və qayınanasını onun ailəsini dağıtmaqda ittiham edirdi.

  • “Evdə tək” filminin yeni versiyasının treyleri təqdim olundu – VİDEO

    Populyar “Evdə tək” filminin yeni versiyasının treyleri təqdim olunub.

    Rejissor Den Meyzerin ekran əsərinin ilk görüntüləri Hollivudun “20th Century Studios” kinostudiyasının “YouTube” səhifəsində yayımlanıb.

    Yeni filmdə qəhrəmanın adı artıq Kevin deyil, Maksdır. Onu “Dovşan Coco” filmindən tamaşaçılara yaxşı tanış olan Arçi Yets canlandırır.

    Komediyanın premyerası noyabrın 12-də “Disney+” striminq xidməti vasitəsilə baş tutacaq.

  • “Mənə bəxtəvər deyirlər, amma səhər-axşam dərman içirəm”

    “Həyatın hər üzü bizim üçündür. Hər şey olduğu kimi olacaq. Amma bilmirəm, mən sizin həmin Vüsalı olacam, yoxsa…”.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə “7 canlı” proqramında deyib. Bir müddət əvvəl qardaşını avtomobil qəzasında itirən Vüsalə ötən gün efirə çıxıb. Hisslərini bölüşən aparıcı göz yaşlarını saxlaya bilməyib:

    “Dırnaqarası cahillikdir, bəzən yazırdılar ki, müharibə ərəfəsində veriliş aparırdın. Amma bu, tək mənim səlahiyətimdə olan iş deyildi. Televiziyalara verilən təlimatlar var. Bizim təqdim etdiklərimiz təlimatlar idi, ona görə də sizin yanınızda olduq. Bu gün burada olmağım, geridə nələr qoyub gəldiyim, danışanda boğazımda düyünlənən o kədər, çəkdiyimı, yaşadığımı, bunu yaşayan insandan savayı heç kim bilmir. Heç kimi qınamamışam. Yaxın insanlarla oturub danışanda belə “Allah bilər, özü bilər” deyən insanam. Həyatı boyu kimsə haqqında “niyə belə etdi” deməmişəm. Deyiblər, filankəs ikinci dəfə ailə qurdu, bunu geyindi, onu etdi… Cavab vermişəm ki, özü bilər.

    Hər gün tamaşaçılar yazırdı, qayıdın efirə… Hər birinizə minnətdaram. Bəzən dırnaqarası tamaşaçı, çamur, çirk atmaq istəyənlərə deyirəm, bu günün sabahını bilmək olmur. Heç kimi qınamayın. Böyrək köçürülən insanam. Səhər 7, axşam 7 dərman qəbul edirəm. Artıq yaşam tərzimdir, amma o qədər bəxtəvərlik oxuyurlar ki”.

  • Elariz ABŞ-da biznes qurdu

    Bir neçə ildir ABŞ-da yaşayan müğənni Elariz Məmmədoğlu orada biznes qurub.

    Bu barədə “Qafqazinfo”ya ifaçının özü məlumat verib.

    Həmyerlimiz Nyu-Yorkda insanların sıx yaşadığı Bruklin bölgəsində “Baku nights” (Bakı gecələri-red.) adlı restoran açıb. E. Məmmədoğlu, həmçinin orada müğənni kimi çıxış edir.

    Onun sözlərinə gör

  • Aygün Kazımova qızına ad günü etdi – VİDEO

    Xalq artisti Aygün Kazımova dünən qızı İlqarəyə ad günü keçirib.

    Median.Az olay-a istinadən xəbər verir ki, məşhur müğənninin qızı 31-ci doğum gününü qeyd edib.

    A. Kazımova qızı ilə birgə fotosunu İnstaqram hesabında yayımlayıb. O, paylaşıma “Gözümün ağı- qarası, günəşim, ayım”,- şərhini yazıb.

    Xatırladaq ki, İlqarə Xalq artistinin İlqar İbrahimovla evliliyindən dünyaya gəlib.

  • Azərbaycanlı dizaynerin “Sumax” adlı kolleksiyası Parisdə təqdim edildi – FOTO

    AFFFAIR markasının təsisçisi, dünyaca məşhur azərbaycanlı dizayner Rüfət İsmayıl Paris moda həftəsi çərçivəsində “Haute Couture Sumakh” kolleksiyasını təqdim edib.

    Oxu.Az xəbər verir ki, dizayner kolleksiyanı Azərbaycan xalçalarının gözəlliyindən, əvəzolunmaz zərifliyindən, Qarabağ xalça məktəbinin nümunələrindən ruhlanaraq ərsəyə gətirib.

    Heydər Əliyev Fondunun və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən “Sumax” kolleksiyasına Çələbi, Xanlıq, Nəlbəki-gül naxışları və Azərbaycan xalçalarının zəngin motivləri əsasında hazırlanan 21 geyim daxildir.

    Modelyer ruhunu, gücünü və sevgisini bu möhtəşəm layihənin yaradılmasına sərf etdiyini bildirib.

    Azərbaycan xalçaçılıq sənətinin göz oxşayan çalarlarını özündə əks etdirən kolleksiya böyük maraqla qarşılanıb.

    “Haute Couture Sumakh” kolleksiyasının bundan sonra Moskvada, Bakıda və Nyu-Yorkda nümayişi planlaşdırlır.

    Rüfət İsmayıl kolleksiyaları Milan, İtaliya, Nyu-York, Dubay, Türkiyə və İran moda həftələri kimi möhtəşəm tədbirlərdə nümayiş etdirilən ilk və yeganə Azərbaycan və Türkiyə dizayneridir.

    Qeyd edək ki, modelyer Türkiyə Moda Dizaynerləri Assosiasiyası tərəfindən “Türkiyənin ən yaxşı dizayneri-2018” mükafatına layiq görülüb. Onun geyimləri Nyu-York Moda Həftəsində nümayiş olunub.
      
     

      

  • Məşhur qrupun solisti vəfat edib

    Tanınmış ingilis müğənni, “Delays” qrupunun solisti Qreq Gilbert vəfat edib.

    O, 44 yaşında dünyasını dəyişib.

    Müğənni bağırsaq xərçəngindən əziyyət çəkirdi.

    Qeyd edək ki, Q.Gilbert 2001-ci ildə qurulan “Delays” qrupunun solisti idi. Qrup bu günə qədər “Faded Seaside Glamour” da daxil olmaqla dörd albom buraxıb. Gilbert xərçəngə yoluxduğunu öyrənəndən sonra həyatını şeir və sənətə həsr edib, hətta miniatür və eskizlərdən ibarət sərgi də açıb.

  • Tanınmış müğənni insan alverində ittiham olunur

    Amerikalı müğənni R.Kelli insan alverində, həmçinin qadın və uşaqlara qarşı cinsi təcavüzdə ittiham edilir.

    Bu barədə Nyu-Yorkun Şərq Bölgəsi üzrə Prokurorluğun “Twitter” hesabında məlumat verirlir.

    Nyu-York federal prokurorluğu tərəfindən ifaçıya qarşı 13 maddədən ibarət iddia qaldırılıb.

    R.Kellinin vəkili prokurorluğun qərarından məhkəməyə şikayət edəcəyini bildirib.

  • Avroviziya qalibi olan türkiyəli müğənni xəstəxanalıq oldu

    Türkiyəli məşhur müğənni Sertap Erener xəstəxanaya yerləşdirilib.

    Erener “Instagram” hesabından vəziyyəti ilə bağlı ilk açıqlamanı verib.

    “Mənimlə maraqlanan hər kəsə təşəkkür edirəm. Xəstəxanadayam, müalicə alıram. Yenidən görüşərik”, – deyə o bildirib.

    Mədə-bağırsaq problemi ilə əlaqədar müalicə alan ifaçı bir neçə konsertini təxirə salmaq məcburiyyətində qalıb.

    Qeyd edək ki, türk pop müğənnisi Sertap Erener 2003-cü ildə “Avroviziya” mahnı müsabiqəsinin qalibi olub.