Category: Şou Biznes

  • Nikolas Keyc “bomj” hesab edildiyi üçün restorandan qovuldu – VİDEO

    Sərxoş vəziyyətdə olan Hollivud aktyoru Nikolas Keyc “bomj” hesab edildiyi üçün Las-Veqasda (ABŞ) restorandan qovulub.

    Sosial şəbəkələrdə paylaşılan kadrlarda görünür ki, ayaqyalın və bəbir naxışlı şalvarda olan Keyc onu otaqdan çıxartmaq istəyən qadınla mübahisə edir. Sonra mühafizəçi onu müəssisədən çıxardır. 57 yaşlı aktyor yenidən restorana qayıtmaq istəsə də, qapıdan buraxılmır.

    Hadisə şahidləri sərxoş aktyorun evsiz bir insanla qarışdırıldığını bildiriblər.

  • Nikolas Keyc “bomj” hesab edildiyi üçün restorandan qovuldu – VİDEO

    Sərxoş vəziyyətdə olan Hollivud aktyoru Nikolas Keyc “bomj” hesab edildiyi üçün Las-Veqasda (ABŞ) restorandan qovulub.

    Sosial şəbəkələrdə paylaşılan kadrlarda görünür ki, ayaqyalın və bəbir naxışlı şalvarda olan Keyc onu otaqdan çıxartmaq istəyən qadınla mübahisə edir. Sonra mühafizəçi onu müəssisədən çıxardır. 57 yaşlı aktyor yenidən restorana qayıtmaq istəsə də, qapıdan buraxılmır.

    Hadisə şahidləri sərxoş aktyorun evsiz bir insanla qarışdırıldığını bildiriblər.

  • Azərbaycanın “Avroviziya-2022”də iştirakı təsdiqləndi

    Gələn il İtaliyada keçiriləcək “Avroviziya-2022” mahnı müsabiqəsində ölkəmizin iştirakı təsdiqlənib.

    İctimai Televiziya və Radio Yayımları Şirkətindən verilən məlumata görə, gələn ilin mayında baş tutacaq bu müsabiqədə ölkəmizi kimin təmsil edəcəyi hələlik müəyyən edilməyib.

    Müsabiqənin İtaliyanın hansı şəhərində baş tutacağı da məlum deyil.

    Hazırda bunun üçün namizəd şəhərlər var, lakin yekun qərar verilməyib.

    Qeyd edək ki, dünyanın ən baxımlı və populyar mahnı müsabiqəsi olan “Avroviziya”nın Azərbaycanda rəsmi yayım hüququ İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.

    “Avroviziya-2022” mahnı müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri tanınmış bəstəkar və prodüser İsa Məlikovdur.

  • İbrahim Tatlısəs 12 ildən sonra konsert verəcək

    Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs 12 ildən sonra konsert proqramı ilə çıxış edəcək.

    Keçirdiyi çətin 9 ildən sonra Star TV ekranlarında “İbo Show” ilə geri dönüş edən məşhur indi də açıq havada konsert verməyə hazırlaşır.

    63 yaşlı Tatlısəsin konsertinin sentyabrın 23-də İstanbulda “Kuruçeşme Sahnesi”ndə keçirilməsi planlaşdırılır.

    Mənbə: NTV

  • Elnarə Xəlilova ilk dəfə bacısının fotosunu paylaşıb – FOTO

    Müğənni Elnarə Xəlilova ilk dəfə bacısının fotosunu sosial şəbəkədə paylaşıb.

    Median.Az oxu24.com xəbər verir ki, Elnarə Xəlilova bacısı haqqında “Həmişə elə düşünürdük ki, bir-birimizə bənzəmirik. Mən ağbəniz, o, qarabuğdayı…

    Amma illər ötdükcə bütün fərqli cəhətlərimizə baxmayaraq daha çox bənzədiyimizin fərqinə vardıq”, – deyə qeyd edib.

  • Sağlam həyata qayıdan Aygün Kazımova bulvarda idman etdi – VİDEO

    Xalq artisti Aygün Kazımova sağlam həyata geri dönüb.

    Bu barədə Xalq artisti “Instagram” hesabında paylaşım edib.

    Paylaşımda pop-diva bulvarda açıq havada velosiped sürür, müxtəlif idman hərəkətləri edir.

    Qeyd edək ki, Xalq artisti bir müddət əvvəl koronavirusa yoluxmuşdu.

  • Fahriyenin uşaqlıq şəkli maraq doğurdu – FOTO

    Türkiyəli cazibədar aktrisa Fahriyye Evcen son paylaşımı ilə diqqət çəkib.

    Onun “Instagram” hesabından paylaşdığı uşaqlıq fotosunda oğlu Karana hədsiz bənzərlik olub.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, bundan əvvəl Karanı atası Burak Özçivite bənzədən izləyicilər artıq uşağın anasına bənzədiyini deyirlər.

    Qeyd edək ki, uzun müddət çəkilişlərdən uzaq qalan 35 yaşlı aktrisa “TRT 1” kanalında yayımlanacaq “Alparslan büyük selçuklu” serialı ilə ekranlara qayıdacaq.

  • “Transformerlər”in növbəti hissəsi qədim şəhərdə çəkiləcək

    “Transformerlər” silsiləsindən olan növbəti filmin çəkilişləri Perudakı qədim Maçu-Pikçu şəhərində aparılacaq.

    Artıq Peru hökuməti çəkilişlərə razılıq verib.

    İnklərin şəhərinə yalnız canlı insanların daxil ola biləcəyi qeyd edilib.

    Çəkilişlərdə ancaq iki nəfər baş rol ifaçısının iştirakına icazə verilib.

    Məlumat üçün bildirək ki, Maçu-Pikçu YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxildir.

  • Sevilən serial rekord qırdı

    Türkiyədə baş rollarını Kerem Bürsin və Hande Erçelin paylaşdığı “Sen çal kapımı” serialı dünən izləyiciləri ilə vidalaşıb.

    Geniş tamaşaçı kütləsi qazanan serial final bölümü ilə “Twitter”də rekord qırıb.

    İstifadəçilərin “sonkezsençalkapımı” həştəqi ilə paylaşdıqları serial trenddə ilk sırada yer alıb. Sevənləri serialla bağlı 9 milyon tvit yazıblar.

    Bundan əvvəlki rekordun sahibi isə 7,8 milyon tvit ilə “Game of Thrones” (Taxt oyunları) serialı olub.

  • Yeni Türkiyə gözəli seçildi

    Türkiyənin ən gözəl qızlarının yarışdığı “Miss Turkey” müsabiqəsinin builki qalibi məlum olub.

    Bu 23 yaşlı Dilarə Qorxmazdır. O, Ankara Universitetinin Maliyyə fakültəsində magistr təhsili alır.

    Yeni Türkiyə gözəlnin boyu 1.77 sm-dir.

    2010-cu ildə onun bacısı Dilay Qorxmaz yarışmada dördüncü yeri tutub.

    Mənbə: “Haber Global”