Category: Şou Biznes

  • Flora Kərimovadan illərdir küsülü olduğu Faiq Ağayevlə bağlı paylaşım – VİDEO

    Xalq artisti Flora Kərimova sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.

    Müğənni illərdir danışmadığı Xalq artisti Faiq Ağayevlə videolarını öz “Instagram” hesabında paylaşıb.

    Görüntüdə ifaçıların illər əvvəl eyni səhnədə “Bir daha” mahnısını duet şəklində oxuması əks olunub.

    F.Kərimova paylaşımına “Bu alqışlar gözəl bəstəyə görə Eldar Mansurova və söz müəllifi Pənah Rüstəmədir”, – qısa şərhini yazıb.

    Qeyd edək ki, F.Kərimova və Faiq Ağayev illərdir danışmır. Onlar dəfələrlə bir-birinin ünvanına təhqirlər səsləndirib. Hər iki müğənni heç vaxt barışmayacaqlarını açıqlayıblar.

  • Alen Delon: “Mən tamamilə ruh düşkünlüyü içindəyəm”

    Məşhur fransız aktyor Alen Delon həmkarı Jan-Pol Belmondonun ölümündən kədərləndiyini bildirib.

    “Report” xəbər verir ki, Alen Delon bu barədə “CNews” telekanalının efirində qeyd edib.

    “Mən tamamilə ruh düşkünlüyü içindəyəm. Bu, mənim həyatımın bir hissəsi idi. Biz 60 il əvvəl birlikdə başladıq”, – əfsanəvi aktyor “CNews” telekanalının efirində həmkarının ölümü barədə danışarkən deyib.

    Qeyd edək ki, Fransanın iki əfsanəvi aktyoru təxminən eyni vaxtda doğulublar, bununla yanaşı, ölkədə və dünyada eyni səviyyədə məşhur olublar. Bir çoxları aktyorları tez-tez rəqib hesab edirdilər, lakin Alen Delon özü bildirib ki, Belmondosuz Delon, Delonsuz Belmondo olmazdı.

    Aktyorlar bir neçə dəfə eyni filmdə rol alıblar. Onların ümumi ekran işləri arasında – “Borsalino”, “İki nəfər üçün bir şans”, “Gözəl ol və sus” kimi məşhur filmlər var.

    Jan-Pol Belmondo bu gün 88 yaşında vəfat edib. Onun ölüm səbəbi açıqlanmır. Aktyor “Peşəkar”, “Son nəfəsdə”, “Xüsusi detektiv” və digər filmlərdəki rollarına görə məşhurdur.

  • Evə görə ögey anasını məhkəməyə verdi

    Türkiyənin məşhur müğənnisi Burcu Güneş ögey anası Nuray Güneşi məhkəməyə verib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb N. Güneşin sənətçinin atasından qalan evi qeyri-qanuni yolla öz adına keçirməsi olub.

    Burcu qarşı tərəf barədə mülkiyyət sənədinin ləğvi ilə bağlı iddia qaldırıb.

    Qeyd edək ki, ifaçının atası Ali Güneş 2002-ci ildə vəfat edib. Bundan sonra Nuray Güneş oğlu ilə sözügedən mənzildə qalıb, ikinci dəfə ailə qurduqdan sonra məhkəmə prosesindən yayınmaq üçün evi hazırkı həyat yoldaşının adına keçirib.

  • 73 yaşlı həmvətənimiz Rusiyanın mahnı yarışmasında – VİDEO

    Bakı sakini Tünzalə Qəhrəman Rusiyanın “Kanal 1” telekanalında keçirilən “Səs 60+” yarışmasına qatılıb.

    Yarışmanın 4-cü sezonunda iştirak edən 73 yaşlı həmvətənimiz “Autumn Leaves” adlı mahnını ifa edib.

    O, Stas Naminin komandasına daxil olub.

    Stas Namin deyib ki, onu Tünzalənin şən və həyatsevər olmağı cəlb edib.

  • Türkiyəli məşhur aktyor vəfat etdi

    Türkiyəli məşhur aktyor və uzun illər dublyaj sahəsində çalışmış Nusret Çetinel 69 yaşında vəfat edib.

    N.Çetinelin vəfatı barədə Türkiyənin Aktyorlar Sindikatı paylaşım edib.

    “Həmkarımız Nusret Çetinel vəfat edib. Çox məyusuq. Bütün sevənlərinə səbir diləyirik. Başımız sağ olsun”, – deyə təşkilatdan bildirilib.

    Mənbə: “Hürriyet”

  • Məhərrəmlikdə toylara gedən müğənnilər… – FOTOLAR

    Müğənni Manaf Ağayev nəvəsinin doğum gününü dəbdəbəli qeyd edib.

    O, paytaxtdakı restoranların birində nəvəsi üçün məclis təşkil edib. Yığıncaqda Gülay Zeynallı, Şəbnəm Tovuzlu, Afət Fərmanqızı kimi həmkarları səhnə alıblar. Həmçinin Fatimə Fətəliyeva, Günel Ələkbərova, Zenfira İbrahimova kimi sənətçilər də qonaq olublar. Onlar, doğum günündən foto-videoları İnstaqram hesablarında paylaşıblar. Lakin izləyicləri müğənniləri tənqid atəşinə tutub.

    “Gulunun_alemi” yazır: “Məhərrəmlik ayında nə toy, nə yığıncaq”?

    “Saadatbudagova”: “Şəbnəm deyirdi ki, Məhərrəmlikdə toylara getmirəm. Bəs niyə gedib?”.



    Mənbə: editor.az

  • “Eurovision” təmsilçimiz özünü bu hala saldı – VİDEO

    “Eurovision” təmsilçilərimizdən olan müğənni Elnur Hüseynov görünüşü ilə diqqət çəkib.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, o, başını keçəl qırxdırıb. Digər diqqət çəkən məqam isə Elnurun tatuları olub.

    İfaçı başına da tatu etdirib. O, başına “Yaşam ağacı” çəkdirib.

  • Vaksin vurduran Sərdar Ortaç koronavirusa yoluxdu

    Türkiyəli məşhur müğənni Serdar Ortaç koronavirusa yoluxub.

    Ötən aylarda vaksin vurdurmasına baxmayaraq yenidən koronavirusa yoluxan müğənniyə bir çox dostlarından dəstək gəlib.

    Qeyd edək ki, ev şəraitində müalicə olunan Serdar Ortaç uzun müddət karantində olacağını bildirib.

  • ABBA 40 illik fasilədən sonra yeni mahnılarını təqdim edəcək

    İnternet şəbəkəsində yeni “ABBA Voyage” saytı və onun “Twitter” hesabı peyda olub.

    “The Sun” xəbər verir ki, 40 illik fasilədən sonra əfsanəvi ABBA qrupu 5 yeni mahnısını təqdim edəcək.

    Məlumata görə, təqdimat mərasimi sentyabrın 2-də baş tutacaq.

    Qeyd edək ki, İsveçli musiqiçilərin son albomu 1981-ci ildə buraxılıb.

  • Türkiyəli məşhur aktyor ekranlara qayıdır

    Son olaraq 2018-ci ildə “Mehmet: Bir cahan fatehi” serialı ilə izləyiciləri ilə görüşən türkiyəli məşhur aktyor Kənan İmirzalıoğlu yeni seriala çəkilir.

    “Medya Radar” xəbər verir ki, aktyor “TRT 1” kanalında yayımlanacaq “Mahsusa Trablus”da Kuşçubaşı Əşrəf obrazını canlandıracaq.

    Uzun zamandır heç bir təklifi dəyərləndirməyən İmirzalıoğlunun filmin ssenarisindən təsirləndiyi bildirilir.

    Serial Tunis, Türkiyə və Əlcəzairdə çəkiləcək.