Category: Şou Biznes

  • Beyonse 28 milyon dollarlıq brilliant boyunbağı ilə göründü – FOTO

    Amerikalı müğənni Beyonse “Tiffany” zərgərlik evi üçün reklama çəkilib.

    İfaçı öz şəkillərini “Instagram”da paylaşıb.

    Həyat yoldaşı, repçi Jay-Z ilə birlikdə fotosessiyada iştirak edən Beyonse daha çox 128 karatlıq brilliant qaşı olan boyunbağısı ilə yadda qalıb.

    Qeyd edək ki, 140 il öncə “Tiffany” brendinin təsisçisi Çarlz Tiffani tərəfindən Afrikada tapılan nadir sarı brilliantın dəyəri 28 milyon dollardır.

  • Hollivudun ən “bahalı” aktyorları məlum olub

    Deniel Kreyq bu il Hollivudun ən yüksək qonorarlı aktyoru olub.

    Bu barədə “Variety” məlumat yayıb.

    Aktyorun il ərzində iki filmə görə 100 milyon dollardan çox qazandığı bildirilib.

    İkinci pillədə 50 milyon dollarla Dueyn Conson, üçüncü yerdə isə 40 milyon dollar qonorarla Uill Smit və Denzel Vaşinqton qərarlaşıb.

    İlk beşliyə, həmçinin Lionardo DiKaprio və Mark Uolberq düşməyi bacarıb.

  • Azərbaycanlı repçinin 36 milyonluq evinin muzeyi, şərab zirzəmisi var – FOTOlar

    MDB-də məşhur olan Azərbaycan əsilli repçi Jah Khalib 36 milyon rubl dəyərində olan evini nümayiş etdirib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, əsl adı Bəxtiyar Məmmədov olan reper “Müzakirə etmək lazımdır” adlı yutub şou zamanı mənzilini tamaşaçılara ilk dəfə göstərib.

    Khalibin sözlərinə görə, iqamətgahı onun atası inşa edib və buradakı bir çox əşyanı öz əlləri ilə düzəldib. O əlavə edib ki, evin daxili dizaynı ilə anası məşğul olur.

    Məlumata əsasən, evdə aşağı mərtəbədə muzey yerləşir və burada Bəxtiyar Məmmədovun kliplərində yer alan geyimlər sərgilənir.

    Həmçinin, evin xüsusi şərab zirzəmisi də var. Bildirilir ki, içkiləri də məhz Jah Khalibin atası hazırlayır.

  • Kemeron Diaz kinodan uzaqlaşma səbəbini açıqladı

    Hollivud aktrisası Kemeron Diaz böyük ekrandan getmə səbəbini açıqlayıb.

    “Movieweb” xəbər verir ki, o, bu barədə “Hart to Heart” tok-şousunun efirində danışıb.

    “Mən sadəcə Kemeron Diaz adlı maşın yox, insan olmaq istədim. Əvvəllər mənim gələcək həyatımla bağlı vacib qərarlar qəbul etməyə vaxtım yox idi. Mən öz həyatımı idarə etmək istəyirdim”, – deyə kinoulduz bildirib.

    Qeyd edək ki, amerikalı aktrisa 2018-ci ildə kino ilə vidalaşdığını bəyan edib. O, ailə həyatı quraraq, 2019-cu ilin dekabrında ana olub.

  • Ayrılsalar da bərabərdirlər: Natavan və Dado yenidən bir arada – VİDEO

    Müğənni Natavan Həbibi keçmiş həyat yoldaşı Dado Əliyevlə yenidən bir araya gəlib.

    Median.Az xəbər verir ki, Natavan Həbibi sosial şəbəkə hesabında paylaşdığı videoda keçmiş həyat yoldaşı Dado ilə birlikdə görüntülənib.

    Reper Dado müsahibələrindən birində ayrılmalarına baxmayaraq tez-tez bir araya gəlmələrini belə açıqlamışdı.:

    “Övladımıza görə bu gün bir yerdəyik. İstəmirəm ki, övladım valideynlərsiz böyüsün. Nə olur olsun yenidən evə, uşağımızın yanına qayıdırıq”.

    Qeyd edək ki, Natavan və Dado 2017-ci ildə ailə qurub. Toydan bir neçə ay sonra cütlük ayrılıb. Dado, boşandıqlarını instaqram səhifəsində bildirmişdi. Onların Zeyd adlı bir oğlan övladı var.

  • Vüsalə Əlizadədən İlkin Həsəni ilə bağlı ETİRAF – VİDEO

    Aparıcı Vüsalə Əlizadə yeni açıqlaması ilə diqqət çəkib.
    Ölkə.az xəbər verir ki, “Onun sirri” proqramına qonaq olan aparıcı həmkarı İlkin Həsəni haqqında açıqlama verib.

    O bildirib ki, kanala yeni gələndə “Atv maqazin” verilişinin aparıcısı olmaq təklifi edilib. Lakin həmin vaxt proqramın aparıcısı qrup yoldaşı İlkin Həsəni olduğundan o, bu təklifi qəbul etməyib:

    “Mən kanala gələndə dedilər ki, “Atv maqazin” verilişinin aparıcısı olum. Qəbul etmədim. Baxmayaraq ki, həmin vaxtlar ən reytinqli proqram idi. Razılıq vermədim. Çünki verilişin aparıcısı İlkin mənim qrup yoldaşım olub. Mən istəmərəm ki, kiminsə çörəyinə bais olum”.

  • Səmra məşhur yarışmadan imtina etdi

    Müğənni Səmra Rəhimli hər il keçirilən məşhur “Novaya valna” (Yeni dalğa) beynəlxalq müsabiqəsindən imtina edib.

    “Qafqazinfo” xəbər verir ki, sənətçi, əvvəlcə təşkilatçılara birbaşa finalda iştirak edəcəyini təsdiqləsə də, daha sonra yarışmanın onun formatına uyğun olmadığını bildirib.

    S. Rəhimli “Novaya valna”da yer almayacağını qeyd edib.

    Xatırladaq ki, bu il finalçılarının seçimini musiqi prodüseri Anastasiya Muxina, müsabiqənin direktoru Aleksandr Revzin və münsiflər heyətinin sədri, Rusiyanın Xalq artisti İqor Krutoy edib.

    Beynəlxalq Musiqi Yarışması 19-25 avqust tarixlərində Soçidə keçiriləcək. Finalçılar arasında Avstraliya, Ermənistan, Belarus, Bolqarıstan, Gürcüstan, İspaniya, İtaliya, Niderland, Serbiya və Rusiya təmsilçiləri də yer alıb.

  • Bakıda tanınmış cütlüyün toyudur – FOTO

    Bu gün aktyor İbrahim Çingiz və aktrisa Aydan Axundzadənin toyudur.

    Cütlüyün toyunda çəkilən fotolar sosial şəbəkələrdə yayılıb.

    Qeyd edək ki, İbrahim Əməkdar artist Çingiz Əhmədin oğludur.

  • Emin Ağalarov fanatlarını sevindirəcək

    Xalq artisti Emin Ağalarov pərəstişkarlarına yeni albom təqdim edəcək.

    Sənətçi uzun müddətdir “LOVE IS” adlı albom üzərində çalışır.

    İfaçı albomunu yaxın zamanlarda təqdim edəcəyini bildirib. Ağalarov bu haqda sosial şəbəkədə məlumat verib.

    “Yeni mahnılar təqdim edəcəyik. Bu albomu ən qısa zamanda dinləməyi səbirsizliklə gözləyirəm. İçində romantika, yeni ritmlər və maraqlı qeyri-adi melodiyalar yer alıb. Ümid edirəm bəyənəcəksiniz”, – deyə o bildirib.

    Qeyd edək ki, Xalq artistinin “LOVE IS” alobomunun ilk sinqlı “Kruqami” adlı mahnıdır.

    //Baku.ws

  • Niyaməddin Musayev: “Peyvənd vurdurmamışam, amma toylara gedirəm”

    “Səhhətim yaxşıdır. Demək olar ki, hər şey qaydasındadır. Toylara da dəvət alıram”.

    Bunu Unikal.org-a xalq artisti Niyaməddin Musayev açıqlamasında deyib. Müğənni toylara getsə də, koronavirusdan qorunduğunu dilə gətirib:

    “Koronavirusu yaxın aylarda keçirdiyim üçün hələ ki, vaksin vurdurmamışam. Buna baxmayaraq, el şənliklərində iştirak edirəm”.