Category: Şou Biznes

  • Röya şəhid övladları ilə görüşdü- VİDEO

    Xalq artisti Röya Ayxan göz yaşlarına hakim ola bilməyib.

    Şəhid övladları üçün təşkil olunan düşərgənin növbəti qonağı müğənni Röya Ayxan olub.

    O, şəhid övladları ilə birgə sevilən nəğmələrini səsləndirib. Bu zaman xalq artisti göz yaşlarına hakim ola bilməyib.

    Həmin görüntüləri təqdim edirik:

  • Faiq Ağayev 21 il əvvəlki avtomobili ilə – FOTO

    Xalq artisti Faiq Ağayev sosial şəbəkədə arxiv fotosunu yayımlayıb.

    İfaçı “Instagram” hesabında 2000-ci ildə çəkilən şəklini izləyiciləri ilə bölüşüb. Fotoda Ağayevin “Honda CR-V” modelli avtobomili də yer alıb.

    Xalq artistinin bu şəkli müzakirələr yaradıb. Bəzi sosial media istifadəçiləri onun həmin dövr üçün bahalı avtomobilini müzakirə etsə də, böyük əksəriyyəti Faiq Ağayevin xarici görünüşünə diqqət çəkib.

    Onlar Xalq artistin çox kök və tanınmaz halda olduğunu bildiriblər.

    //Baku.ws

  • Rihanna rəsmən milyarder oldu

    Bütün dünyada Rihanna kimi tanınan Robin Rianna Fenti rəsmən milyarder olub.

    Bu barədə “Forbes” məlumat yayıb.

    Məlumata görə, hazırda müğənninin sərvəti 1.7 milyard dollar təşkil edir.

    Bu sərvətlə Rihanna dünyanın ən varlı musiqiçi qadınına çevrilib.

    Məşhurun öz sərvətinin xeyli hissəsini (1.4 milyard dollar) 2017-ci ildə əsasını qoyduğu “Fenty Beauty” kosmetika şirkəti sayəsində əldə etdiyi bildirilib.

  • “Dəfnimi çəkə bilməyəcəksiniz” – Flora Kərimova

    “Düşünürəm ki, o adam xoşbəxtdir ki, yaşıyanda sevilib, dünyasını dəyişəndə ağlayanı olub”.

    Median.Az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova “Elgizlə izlə” proqramında qonaq olarkən bildirib.

    Bu mövsümdə həyatını itirən incəsənət xadimlərinin xatirəsi üçün hazırlanan kadrları izləyən F.Kərimova dəfninin çəkilməsini istəmədiyini bildirib:

    “Məni belə görməyəcəksiniz. Mən evdə də demişəm, indi də deyirəm, 80 yaşım var, sabahım olmaya bilər. Ancaq mən köçəndə dəfnimi çəkə bilməyəcəksiniz. Ona görə yox ki, evdə tapşırıram. Üslubca gedəcəyəm, yerimi heç kim bilməyəcək. Övladlarıma da demişəm ki, sizdən bunu ruhum tələb edəcək”.

  • Məşhur repçinin 4 yaşlı qızı vəfat etdi

    Məşhur amerikan repçi Feti Vepə ağır itki baş verib.

    Repçinin 4 yaşlı qızı vəfat edib. Bu barədə ifaçının həyat yoldaşı Türkoiz Mayami sosial media hesabında paylaşım edib.

    O, paylaşımına “Əgər bunu görürsünüzsə, “səni sevirəm Lauren” deyin. Çünki ruhlar da sevgini hiss edir”, – qısa şərhini əlavə edib.

    Azyaşlının ölüm səbəbi hələ bilinmir. Lakin Laurenin bir aydır xəstə olduğu və yuxuda ikən öldüyü bildirilib.

    Lauren repçinin 6 uşağından biri idi.

    Xatırladaq ki, Feti Vep 2015-ci ildə çıxardığı “Trap Queen” adlı sinqılı ilə “ABŞ Billboard Hot 100” çartında ikinci olub və dünyada populyarlaşıb.

    //sfera.az

  • Namiq Qaraçuxurlu “Netflix”də seriala çəkiləcək

    Meyxanaçı Namiq Qaraçuxurlu bundan sonra Türkiyədə şirkətlə çalışacaq.

    Median.Az axşam.az-a istinadən bildirir ki, sənətçi Azərbaycanda verilişlərə qatılmaq üçün onlardan icazə alacaq. Bu haqda “10-da görüşək” verilişində danışan Namiq bunları əlavə edib:

    “Verilişə gəlməzdən əvvəl orada prodakşına göstərirəm, icazə alıram. Elə bilirlər burada pul yığıb, Türkiyədə xərcləyirəm. Yox, burada qazandığımı bura verirəm. Orada dostlarım təklif etdi, mən də razılaşdım. Fərqlilik olur və keyfiyyət yaxşıdır. Orada filmə də çəkiləcəm. Çalışdığım studiya “Netflix”də seriallar çəkir. Onlardan birində çəkilmə planım var.

    Orada aktyorluq təcrübəmdən istifadə edəcəm. Türkiyəyə gedəndə otelə qədər prodaqşın etdi. Hətta biletimi də alırdılar, imkan vermədim ki, özüm də nəsə edim”.

    Namiq pandemiya vaxtında maddi sıxıntı yaşamadığını söyləyib:

    “6-7 ay fəaliyyətimə fasilə verdim. Çoxu deyirdi ki, onsuz toy yox idi, nə edəcəkdin? Amma deyim ki, pandemiya vaxtında normal pul qazandım. Şəxsi dəvətlər olurdu: kiminsə övladının ad günü olub, mahnı yazmışam. Hədiyyə istəyiblər, bəstələmişəm. Allah ruzimi hər zaman verib. Pandemiyada ev də təmir etdim, başqa şey də”.

    Qızı Saranın görüntüsünü İnstaqramda yayımlayan Qaraçuxurlu “İlk səbəb odur ki, özü istəmirdi. Balaca olanda deyirdim, böyüsün, soruşum özündən. İndi isə istəyir. Özü də nələrsə çəkir. İndi istəyirəm yayımlayım. Hərdən içimdən gəlir xoş hissləri paylaşım. Birdən nəsə pis şərh yazarlar. Əgər onu götürməyəcəmsə, niyə paylaşım?” deyə, əlavə edib.

  • “Forbes” Rusiyanın ən uğurlu ulduzlarını seçdi

    “Forbes” jurnalı Rusiyadakı 50 ən uğurlu ulduzun adını sıralayıb.

    Yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov bir daha ilk sırada yer alıb.

    Jurnala görə, idmançı keçən il 12 milyon dollar qazanıb və KİV-də 103 389 dəfə xatırlanıb. Həbib eyni zamanda “YouTube” və “Instagram”da ən çox izləyiciyə sahibdir (29 144 297 izləyici).

    İkinci yerdə 7,4 milyon dollar gəlirlə repçi Alişer Morqenştern olub. Onun adı “Yandex”də sorğular baxımından liderlər arasında yer aldı və sosial şəbəkələrdə qeyd olunma sayına görə (4 042 900 dəfə) birinci olub.

    Üçüncü yerdə 3,3 milyon dollar gəlirlə müğənni və aparıcı Olqa Buzova qərarlaşıb. O, əlavə olaraq “Google”da sorğu sayına görə liderdir.

    Əlavə edək ki, ilk onluğa Timati, Sergey Şnurov, Aleksandr Oveçkin, Ksenia Sobçak, Basta, Artyom Dzyuba və Polina Qaqarina da daxildir.

    Reytinq illik gəlirin miqdarı, “Instagram” və “YouTube”dakı izləyicilərin sayı, “Google”la sorğular, KİV-də adı çəkilənlər, sosial şəbəkələrdə tez-tez xatırlatmalar əsasında formalaşıb.

  • Emin Ağalarov qızları ilə istirahətdə – FOTO/VİDEO

    Xalq artisti Emin Ağalarov sosial şəbəkədəki paylaşımları ilə diqqət çəkib.

    Sənətçi şəxsi “Instagram” hesabında istirahət zamanı çəkilən şəklini və videosunu yayımlayıb.

    Fotoda Xalq artisti ilə yanaşı qızları Əminə və Afina da yer alıb.

    Sənətçi şəkilə “Qızlarım: Amina və Afina” qısa şərhini yazıb.

    Eminin bu paylaşımına minlərlə bəyənmə gəlib, çoxsaylı şərhlər yazılıb.

    //Baku.ws

  • Emin Ağalarov ilk dəfə boşanmasının SƏBƏBİNİ AÇIQLADI

    Xalq artisti Emin Ağalarov “Осторожно: Собчак” “YouTube” layihəsinin qonağı olub.

    Axşam.az xəbər verir ki, müğənni Alyona Qavrilova ilə ayrılma səbəbini açıqlayıb. Emin bildirib ki, münasibətlərinin bitməsinə özü səbəb olub:

    “İnsanların yolun qoya bilmədiyi fikir ayrılığı yaranır. Hərdən kardinal anlar olur. Alyona məni razı salmağa çalışdı, onda bu alındı. Düşünürəm ki, problem məndə, mənim həyat tərzimdə oldu. Hər şey mən istəyən kimi olmalıdır. Kənardan bəlkə də elə görünür ki, mənimlə rahatdır. Amma bu belə deyil. Hər hansı bir qadına mənimlə asan olmayacaq”.

    Müğənni həyatda onu olduğu kimi qəbul edəcək həyat yoldaşı tapmağı arzuladığını gizlətməyib:
    “Hər şeyi başa düşürəm, amma hələ ki, məndə kompromisli insan kostyumunu geyinmək alınmır. Bu tərəfdən çalışmağa başlamışam.

    Beynimdə gəzişməyə başladım, psixoloq yanına getdim. Çox qısqancam. Əgər qısqanclığım tutsa, ətrafda hər şey dağıla bilər. Psixoloq məni özüm çarə tapacağım tərəfə yönləndirir”.

    Emin bildirib ki, çoxdanışan insanla yaşaya bilməz:
    “Qadın çox danışanda sevmirəm. Həmin an mənim üçün dəhşətdir, qaçmaq istəyirəm”.

    Qeyd edək ki, Emin və Alyona 2018-ci ildə evlənib. Cütlüyün bu nikahdan Afina adlı qızı var.

  • Elza Seyidcahan yardım istədi: Bizi silahla təhdid edirlər

    Əməkdar artist Elza Seyidcahanın ailəsini silahla hədələyirlər.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda “Elgizlə izlə” proqramını deyib. O bildirib ki, anasının sahib olduğu və qızı Gülşənin adına keçirdiyi obyekt üstündə mübahisə düşüb:

    “Bu hadisə bizdə 2015-ci ildən baş verib. İstəmədik xoşagəlməz hal yaşansın, məhkəməyə verdik. Anamın tikilisi var idi. Anam əvvəl oranı kafe kimi işlədirdi. Sonra Fərid adlı birinə kirayə verdi. Sonra onun vaxtı bitdi və Azayev Faiq Yusif oğlu adlı dələduza verdik. Hazırda azyaşlı qızlara təcavüz etməklə və 5200 adama dələduzluq etdiyi üçün həbsdə yatır. Onunla birlikdə qardaşı və atası da həbs olunub. Amma bizim işlə bağlı tutulmayıblar.

    Anamdan gəlib kirayə adı ilə açarı alıblar. Gedib bütün əşyaları atıb, özlərinin istədiyi kimi düzəldiblər. Həmin vaxt Türkiyədə idim, gəldim ki, çıxın buradan. Mənə dedilər ki, təmir pulunu verin çıxaq. Əvvəl 15-20 min arası tələb edirdilər. Dedim ki, əşyalarımızı atmısız, siz də bizə pul borclusunuz. Sonra təklif etdim ki, məkanı təhvil verin, biz kirayə verib, təmir xərcini qaytaraq. Bizə söyüşlər söyür, silahla təhdid edirdilər. Bir-iki dəfə polis çağırdıq. Həmin şəxslər mətbuata tanınan adamlardır. Məhkəməyə müraciət etdim. Hakim haqlı qərar verdi, dedi məkan tərk edilməlidir. Onlar appelyasiya məhkəməsinə müraciət etdi və biz uduzduq.

    İndi anam məkanda oturub, deyir çıxmıram. İstəyirəm həmin yerdə məktəb açım. Tanımadığımız adamlar gəlib 73 yaşlı anamı təhdid edir. Bizi hədələyirlər ki, bizə 50-70 min verməsəz, sizi burada qoymayacağıq. Qarşı tərəf bizdən 204 min təzminat istəyib. Hakim qərarına görə biz onlara 58 min təmir pulu ödəməliyik və sonra onlar məkandan çıxmalıdırlar”.

    Seyidcahan bildirib ki, məkanı icarəyə verərkən heç bir sənəd imzalanmayıb. Müğənni məsələ ilə bağlı yardım istəyib.

    Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsinin keçmiş əməkdaşı Fərid Azayev, onun qardaşı Faiq Azayev və ataları İsif Azayev həbs edilib. Fərid Azayev 11, qardaşı Faiq Azayevin 6 il 6 ay və ataları İsif Azayevin 6 il müddətinə azadlıqdan məhrum ediliblər. 2014-cü il dekabrın 22-nə keçən gecə saat 03:00 radələrində Fərid Azayev bir qrup şəxslə cinayət işi üzrə zərərçəkmiş kimi tanınan Sevinc Məmmədovanı və Şəfəq Beydullayevanı oğurlayaraq onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunur. Xatırladaq ki, Faiq Azayevlə müğənni Rəqsanə İsmayılovanın əvvəllər sevgili olduğu haqda mediada xəbərlər yayılmışdı. O, daha sonra müğənniyə qarşı 300 min manatlıq məhkəmə iddiası da qaldırmışdı.