Category: Şou Biznes

  • Tanınmış bloger Hüseyn Bakıda tələbəyə bahalı hədiyyə verdi – VİDEO

    Bir müddət əvvəl məşhur azərbaycanlı bloger Hüseyn Həsənov Bakıya gəlib.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, hazırda paytaxtın qonağı olan bloger maraqlı addım atıb. Hüseyn təsadüfən qarşısına çıxan universitet tələbələrindən birinə sürpriz edib.

    Bloger ondan ilhamlandığını və onu özünə örnək bildiyini deyən gəncə “Iphone 12” markalı telefon hədiyyə edib.

    Qeyd edək ki, bir neçə gün əvvəl Bakıya gələn Hüseyn izdihamla qarşılanıb. Hər kəs onunla şəkil çəkdirmək üçün bir-biri ilə yarışıb.

    Bloger şəhərdə AA nömrəli maşınla gəzintiyə də çıxıb.

  • “Neftçi” bilet satışından gəlirin yarısını Qarabağ Dirçəliş Fonduna ianə edəcək

    “Neftçi” PFK iyulun 14-ü “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Dinamo” oyunu biletlərinin satışından əldə olunacaq vəsaiti Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə yaradılmış qurum olan Qarabağ Dirçəliş Fonduna və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu olan “YAŞAT” Fonduna ianə edəcək.

    Bu barədə “Report”a Qarabağ Dirçəliş Fondundan məlumat verilib.

    Bildirilib ki, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Dinamo” (Tbilisi) oyununun biletləri sabah saat 10:00-da satışa çıxarılacaq.

    “Qiyməti 5 (1A, 2A, 4A, 5A, 1B, 2B), 10 (3B) və 20 (3A) AZN təşkil edən biletləri “Bakcell Arena” stadionunun kassalarından əldə edə bilərsiz. Kassalar saat 21:00-dək işləyəcək, – məlumatda qeyd olunub.

  • Məşhur idmançı şortikinə görə təyyarəyə buraxılmadı – VİDEO

    Türkiyəli məşhur bodibilder Deniz Saypınar Texas hava limanında qalmaqallı hadisə ilə qarşılaşıb.

    Bu barədə “Haber Global” məlumat yayıb.

    Belə ki, idmançının geyimi açıq-saçıq hesab edildiyi və təyyarədəki ailələri narahat etdiyi üçün hava limanı əməkdaşları tərəfindən təyyarəyə buraxılmayıb.

    Deniz Saypınar başına gələnləri danışarkən gözyaşlarını saxlaya bilməyib.

    “Məni Amerika Birləşmiş Ştatlarında rəsmi şəkildə, bu geyimi geyindiyim üçün təyyarəyə buraxmadılar”, – deyə idmançı sosial şəbəkə hesabında yazıb.

  • Aysel Əlizadədən yaxtada açıq-saçıq görüntülər – FOTO

    Müğənni Aysel Əlizadə izləyicilərinin diqqətini öz üzərinə çəkməyi bacarıb.

    Belə ki, o, “Instagram” hesabında bikinidə olan fotosunu paylaşaraq “Gəmilərin çoxu bir insan üzündən batmışdır, dəniz səbəb deyil” şərhini yazıb.

    Həmin fotonu təqdim edirik:

  • MakSimin son vəziyyəti açıqlandı: Ümid var

    Rusiyalı məşhur müğənni MakSimin (Marina Maksimova) vəziyyəti ağır olaraq qalır və ulduz süni yuxuda ikən həkimlər onun orqanizmində yeni dəyişikliklər aşkar ediblər.

    “StarHit” xəbər verir ki, bir neçə həftə xəstəxanada yatdıqdan sonra 38 yaşlı Marina Maksimova ikinci dəfə döş qəfəsi müayinəsi edilib.

    Tomoqrafiyanın nəticələrinə görə əvvəllər görünən ocaqlar azalmayıb, əksinə xeyli çoxalıb.

    Mənbələrə görə, ulduzun ağciyərlərində açıq əlamətlərlə ilkin mərhələdə olan yeni dəyişikliklər meydana çıxıb.

    Həkimlər onun yaxşı olacağına inanmağa davam edir və onu xilas etmək üçün əllərindən gələni edirlər. Maksimovanın rəsmi nümayəndəsi Marqarita Sokolova da təslim olmaq istəmir və yaxşı bir nəticəyə ümid edir:

    “Onun vəziyyətinin və şurunun sabitləşdiyini demək hələ tezdir. Ancaq ümid var”.

    Qeyd edək ki, artıq üç həftədir həkimlər MakSimin həyatını xilas etmək üçün çalışırlar.

  • Aygün Kazımova yeni imicdə – VİDEO

    Xalq artisti Aygün Kazımova sosial şəbəkə hesabında paylaşım edib.

    “Make up” etdirərkən görüntülərini lentə alan Xalq artisti həmin anları izləyiciləri ilə də bölüşüb.

    Yaşıl rəngli libasda poz verən pop ulduz gözəl və təravətli görünüb.

    Qeyd edək ki, Aygün Kazımovanın “Instagram” hesabında bir milyondan çox izləyicisi var.

  • Nigar Camal qəza törətdi – Hadisə yerindən qaçdı

    “Eurovision 2011” mahnı müsabiqəsinin qalibi Nigar Camal avtomobil qəzası törədib.

    Median.Az unikal.org-a istinadən xəbər verir ki, sənətçi idarə etdiyi avtomobillə iki gün öncə “28 May” metrosu yaxınlığında “Toyota Prius” markalı avtomobili vuraraq hadisə yerindən qaçıb.

    Zərərçəkən sürücünün polisə müraciətindən sonra N.Camal onun avtomobilini təmir edəcəyinə söz verib.

  • Britni Spirsin atası ilə bağlı məhkəməsində qərar açıqlandı

    Məşhur amerikalı müğənni Britni Spirsin atası Ceyms Spirsi qəyyum statusundan məhrum edilməsinə dair tələbi məhkəmə tərəfindən rədd edilib.

    Bu barədə “Variety” xəbər yayıb.

    Bundan əvvəl, 39 yaşlı Spirs atası Ceyms Spirsin qəyyum statusundan məhrum edilməsi tələbi ilə Los-Ancelesdəki məhkəmə iclasında çıxış etmişdi. Spirs öz ailəsinin hərəkətlərini tənqid etmiş, travma aldığını və bədbəxt olduğunu demişdi.

    Məhkəmə qərarına görə, B.Spirs hələ də maliyyə mənbələrini effektiv şəkildə idarə edə bilməz. Ancaq yeni sorğu təqdim etmək hüququnu özündə saxlayır.

    Qeyd edək ki, Britni Spirs 2008-ci ildən bəri atası Ceymi Spirsin himayəsindədir. Bu qərar müğənninin alkoqolizm və narkotiklə əlaqədar psixiatriya xəstəxanasına düşməsindən sonra verilib. Bununla da ifaçı öz həyatı və mülkiyyəti üzərində nəzarət imkanını itirib. Uzun illərdir ki, o, maşın sürə və övladları ilə atasının izni olmadan görüşə bilmir.

  • Elşad Xosenin qəbir daşı görənləri şoka saldı – FOTO

    Elşad Xosenin qəbir daşı görənləri şoka saldı – FOTO

    Tanınmış reper Elşad Xose son paylaşımı ilə hər kəsi çaş-baş salıb.

    Median.Az “yenisabah.az”a istinadən xəbər verir ki, sosial şəbəkə hesabında qəbir daşını paylaşan 41yaşlı reper təəccüb doğurub.

    Belə ki, o, öz şəkli və adı olan məzar daşının fotosunu izləyiciləri ilə bölüşüb.

    Həmin fotonu təqdim edirik:

  • Cennifer Lopez Ben Affleklə evlənir

    Amerikalı aktrisa və müğənni Cenifer Lopez və aktyor Ben Afflek evlənməyi planlaşdırırlar.

    Bu barədə “The Sun” yazır.

    Mənbənin verdiyi məlumata görə, Afflek ikinci dəfə Lopezi itirməkdən çox qorxduğu üçün sənətçi ilə bu ilin sonuna qədər evlənməyi düşünür.

    Qeyd edilir ki, iki Hollivud ulduzu bir-birinin “yaxşı, pis və çirkin” tərəflərini çoxdan tanıyır; onlar sıfırdan başlamırlar.