Category: Şou Biznes

  • Aygün Kazımova çimərlik geyimində görüntüsünü paylaşdı – VİDEO

    Azərbaycanın Xalq artisti Aygün Kazımova sosial şəbəkə hesabında yeni paylaşım edib.

    O, 1 milyon izləyicisi olan “Instagram”ında çimərlik geyimində olan görüntüsünü izləyiciləri ilə paylaşıb.

    Xalq artistinin videosu qısa zaman ərzində həm fanatları, həm də bir çox məşhurlar tərəfindən bəyənilib.

    Həmin görüntüləri təqdim edirik:

  • Dado Natavanla olan münasibətindən DANIŞDI

    Müğənni Natavan Həbibi və reper Dadonun (Səid Əliyev) münasibəti illərdir tez-tez küsüb, barışaraq davam edir.

    Axşam.az xəbər verir ki, ildə bir neçə dəfə ayrıldıqlarını, az keçmədən barışdıqlarını açıqlayan ifaçılar yenə də küsüb.

    Dado bununla bağlı açıqlama yayıb. O bildirib ki, bir müddətdir ayrılıblar:

    “Bu xəbəri yaxınlarım bilirdi, indi vaxtıdır hamı bilsin. Münasibətimiz çoxdan bitib və yox vəziyyətdədir. Bu susqunluq son zamanlar məni qorxudur, özü də çox pis. Qərara gəldim ki, durumumuz barədə xəbəriniz olsun”.

    Qeyd edək ki, Natavan və Dado 2017-ci ildə ailə qurub. Toydan bir neçə ay sonra cütlük ayrılıb. Daha sonra barışan Natavan və Dado dəfələrlə münasibətlərinə son qoyduqlarını, sonra barışdıqlarını deyiblər. Dado ötən ilin noyabrında boşandıqlarını açıqlamışdı. Daha sonra Natavan efirə çıxaraq yenidən barışdıqlarını deyib.

    Cütlüyün bu nikahdan bir oğlu var.

  • Məleykə Əsədovanın yeni görüntüləri müzakirlərə səbəb oldu – FOTO

    Xalq artisti Məleykə Əsədova sosial şəbəkə hesabında yeni paylaşım edib.

    Sənətçi şəxsi “Instagram” hesabında yeni fotolarını yayımlayıb.

    Xalq artisti firuzəyi rəngli kostyumu ilə diqqət çəkib. 55 yaşlı sənətçi, qüsursuz gözəlliyi ilə müzakirələrə səbəb olub. Onun bu fotoları sosial şəbəkə istifadəçiləri tərəfindən çox bəyənilib.

    Əsədovanın paylaşımına çoxsaylı “like” gəlib, şərhlər yazılıb.

    Sözügedən foto “Bizimləsən” proqramında lentə alınıb.

  • Safurə qayıdır: “Həyat yoldaşım dəstəkləyir”

    “Eurovision” təmsilçilərimizdən olan Safurə Əliyeva sənətə qayıdır.

    Axşam.az xəbər verir ki, müğənni bu haqda “ATV maqazin onlarla” verilişinə açıqlamasında deyib. O bildirib ki, yeni klip, albom hazırlayıb:

    “Ailə qurdum, səhnədən getdim. Yeni idim, uşaqlar, ailə, çətin idi. Klip gün tələb edir, uşaqlarla çətin olurdu. İndi övladlarım böyüyüb, rahat gedib gəlirəm.

    Yoldaşım da dəstəklədi. Dəstəkləməsəydi, davam etməzdim. Onun dəstəyi ilə qərara gəldim və qayıtdım”.

    Safudə bildirib ki, albomunda yer alan “Ağla” adlı lirik mahnısını ekranlaşdırır. İfaçı Türkiyuədə də mahnılar təqdim edəcəyini deyib.

  • Şeyma Subaşı körpəsini itirdi

    Misirli sevgilisindən hamilə olduğunu açıqlayan türkiyəli sosial media fenomeni Şeyma Subaşının körpəsi bətnində ölüb.

    O “Instagram” hesabından paylaşımında bildirib ki, stress səbəbindən övladını itirib:

    “Bundan əvvəl stressə görə toyu təxirə saldığımı yazmışdım. Təəsüf ki, bu stressin körpəmi məhv etməsini də deməyə məcburam… Duyğuların öhdəsindən gəlmək üçün zamana ehtiyacım var”.

  • Emin heç vaxt olmadığı yerlərdə klip çəkdirdi – “mənim vətənim necə gözəldir”

    Xalq artisti Emin Ağalarov yeni klipini təqdim edib.

    Müğənni “Отпусти и lети” mahnısını Azərbaycanda ekranlaşdırıb. Bunun üçün ifaçı heç vaxt olmadığı yerlərə gedib. Emin bildirib ki, ideya özünə məxsus olub.

    Üç gün davam edən çəkilişlər İsmayıllıda aparılıb. Daha sonra isə Xızıda davam etdirilib.

    “Hekayəni özüm düşünmüşəm. çünki mənimlə bağlıdır. Hələ belə bir iş ərsəyə gətirmək qismət olmamışdı. Bütün işlə özüm maraqlanmışam. Rejissor, montaj və aktyorluğu belə diqqətdə saxlamışam. Bu kliplə çox şey demək istəmişəm. Hər kəs burada öz simvolunu tapa, bir nəticə çıxara biləcək. Eyni zamanda vurğulamaq istədim ki, mənim vətənim necə gözəldir” deyə, Emin söyləyib.

  • Adel qayıdır: 6 ildən sonra…

    Məşhur müğənni Adel 6 illik susqunluğunu pozmağa qərar verib.

    Median.Az xarici mətbuata istinadən xəbər verir ki, ifalarına həsrət qaldığımız məşhur sənətçi bu müddətdə həm arıqlaması ilə, həm də boşanma xəbərləri ilə gündəmdə qaldı. Köklükdən əziyyət çəkən artistin arıqladıqdan sonra görüntüləri də mətbuatda çox danışıldı. Ulduza yaxın mənbələrə görə, həyatını nizama salan Adel artıq yeni yaradıcılıq işlərinə start verib. İddialara görə, aylardır studiyadan çıxmır, yeni albomu üzərində çalışır.

    Ən maraqlısı odur ki, əvvəlki kompozisiyalarında şəxsi həyatına dair mövzulara toxunan sənətçi 2019-cu ildə boşandığı həyat yoldaşı Simon Konekdən ilham alıb. (publika.az)

  • Rusiyalı məşhur müğənni komadadır

    Rusiyalı müğənni Marina Maksimova (MakSim) süni komadadır.

    Müğənninin nümayəndəsi TASS-a bildirib ki, onun koronavirus testləri mənfi olub:

    “O, süni komadadır, dərmanın təsirindən yuxuya gedib. Koronavirus testləri hələlik mənfi nəticə göstərir, sətəlcəm diaqnozu qoyulub. Ancaq həkim koronavirusdan şübhələnir”.

    Xatırladaq ki, məşhur müğənni bir neçə gün əvvəl ağciyərlərin 40 faiz zədələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

  • Nura Suri qəzaya düşən oğlundan danışdı

    Müğənni Nura Suri oğlu Xosrovun ABŞ-ın Kaliforniya ştatında qəzaya düşməsindən sonra yaşadığı çətinliklərdən danışıb.

    O, bu barədə sosial şəbəkədə məlumat paylaşıb:

    “15 gün əvvəl oğlum qəzaya düşəndə ətrafımdan beş-altı nəfər bilirdi. Belə xəbəri çox insanla bölüşmək istəmirdim. Problemim olanda çalışıram ki, bölüşməyim. Hətta valideynlərimi də belə xəbərlərdən qoruyuram. Onlara hər şeyi dörd gün sonra demişdim.

    Yazdığım statuslara görə nədənsə bəzi insanlar narahat olur. Amma mən heç vaxt özümə görə yazmıram. Ancaq insanları, ədaləti düşünərək yazıb işıqlandırıram”.

    O bildirib ki, hazırda oğlum ayaq üstədir:

    “Çıxırıq, gəzirik, həkimə gedib gəlirik, yeməyə gedirik. Hər şey yolundadır.

    Dünəndən telefonum susmur. Hamı yazır, zəng edir, maraqlanır. Hər birinizə təşəkkür edirəm.

    Sənət dostlarımdan isə Röyanın yeri ən yüksək pillədədir bu gün. Heç vaxt yaxın dost olmamışıq, amma yaxın bildiklərimdən daha çox doğmalıq etdi. Çox mərdlik etdi. Özü hamıdan əvvəl xəbər tutmuşdu. Burda uzun-uzadı yazmaq istəmirəm. Elə şeylər var ki, onu az adam bilsə yaxşıdır, yaxşını da, pisi də. İnsanları tanıdım və nə yaxşı ki, hər kəsin münasibətini özüm üçün bildim”.

    Qeyd edək ki, müğənninin oğlu ABŞ-da dostunun avtomobilini idarə edərkən qəzaya düşüb. Hadisə zamanı onun ağciyəri zədələnib, beyin travması alıb. Həkimlərin səyi nəticəsində sənətçinin oğlunun həyatını xilas etmək mümkün olub.

  • Türkiyəli aktrisanı yeni imicinə görə təhqir etdilər – FOTO

    Türkiyənin maraqla izlənən “Masumlar Apartmanı”nı ilə vidalaşan Fərəh Zeynəb Abdullah izləyicilərinin qınaq obyektinə çevrilib.

    “Günaydın” xəbər verir ki, saçlarının bir hissəsini yaşıl rəngə boyayan aktrisa izləyicisi tərəfindən təhqirə məruz qalıb. Ona ünvanlanan təhqirli rəy digərləri tərəfindən də sosial mediada yayılıb.

    31 yaşlı aktrisa polisə müraciət edərək, hörmətsiz davranışa, təhqirə məruz qaldığını bildirib və həmin şəxsin cəzalandırılmasını istəyib.