Category: Şou Biznes

  • Selena Qomez gözəllik və psixoloji sağlamlıq arasında əlaqə kəşf edib

    Bipolyar pozuntu və lupus (kəpənək xəstəliyi) kimi ciddi xəstəliklərlə mübarizə aparan amerikalı populyar müğənni Selena Qomez gözəlliklə psixi sağlamlıq arasında ciddi bir əlaqənin olduğunu bəyan edib.

    “Mirror” nəşrinin məlumatına görə, məşhur yüksək gözəllik standartlarının insan psixologiyasına mənfi təsir göstərdiyini bildirib.

    O, bu təsiri bilavasitə öz üzərində hiss etdiyini açıqlayıb.

    İfaçı müasir gözəllik tələblərini dəyişdirməyi hədəflədiyini qeyd edib.

    Qomes, həmçinin internet və sosial medianın da psixi sağlamlığa mənfi təsir etdiyini önə çəkib.

  • “Spice Girls” 2007-ci ildən sonra ilk dəfə yeni mahnısını buraxacaq

    Britaniyanın “Spice Girls” pop qrupu 14 il ərzində ilk dəfə yeni mahnısını buraxacaq.

    “Report” xəbər verir ki, bu barədə “Daily Mail” bildirib.

    Qeyd edilir ki, kollektivin keçmiş və hazırkı üzvləri qrupun məşhur olduğu “Wannabe” hitinin 25 illiyi şərəfinə toplaşacaqlar.

    Məlumata görə, yeni mahnının adı “Feed Your Love”dur. Onu 9 iyulda dinləmək mümkün olacaq. Mahnını Ceri Xorner, Melani Çisxolm, Emma Banton, Melani Braun və Viktoriya Bekhem ifa edəcəklər.

    Qeyd edək ki, “Spice Girls” qrupu 1994-cü ildə Böyük Britaniyada yaranıb. Qrup təxminən 10 il mövcud olub, sonra dağılıb. Lakin üzvlər 2018-ci ildə yenidən birləşib. Yalnız Viktoriya Bekhem geri qayıtmayıb. 2019-cu ildə “Spice Girls” qastrol səfərinə çıxıb. Onlar 13 konsert verərək, 4,5 milyon avro qazanıblar.

  • “Kurtlar Vadisi”nin Leylası onu təhdid edən şəxsdən danışdı

    Vaxtilə məşhur “Kurtlar Vadisi” serialına çəkilən türkiyəli akrtrisa Çiğdem Batur illər öncə onu izləyən bir şəxsin yenidən ortalığa çıxdığını bildirib.

    “Haber Global”ın məlumatına görə, serialda vəkil Leyla obrazını canlandıran aktrisa özünün və ailəsinin təhdid edildiyini bəyan edib.

    “Ustündən 4-5 il keçməsinə baxmayaraq, bu şəxs cəza almadığı üçün yenidən ortalığa çıxıb. Mobil telefonla bizi təhdid edir. Mən bu işin izini buraxmayacağam”, – deyə Ç.Batur qeyd edib.

  • Çernoqoriyalı müğənni Samiranın mahnısını oğurlayıb

    Müğənni Samira Allahverdi yeni açıqlaması ilə gündəmə gəlib.

    “Səhər mərkəzi” proqramına qonaq olan sənətçi çernoqoriyalı müğənni Marina Jijicin onun “Qayıtdı xəyallar” mahnısını oğurlayaraq ifa etməsindən danışıb:

    “Bu mahnının musiqisi Aytən İsmixanovaya, sözləri isə Altun Şaşiqə məxsusdur. Məndə bir şey var ki, kiminsə mahnısını ifa edəndə bəstəkarından da, onu yazan şəxsdən də icazə alıram. Məsələn, Mətanət İsgəndərlinin “Axtarma məni” mahnısını icazə alaraq oxumuşam. Çünki burada ifaçının da xeyir-duası olmalıdır.

    Bu mahnını müəllifdən icazəsiz oxumaq nə dərəcədə düzgündür? O müğənni mahnımı oğurlayaraq müəllif və ifaçı adı qeyd etmədən oxuyub”.(baku.ws)

  • Aygün illər sonra Namiqlə bir arada – VİDEO

    Xalq artisti Aygün Kazımova ilə meyxanaçı Namiq Qaraçuxurlu illər sonra yenidən bir araya gəliblər.

    İfaçılar Moskvada keçirilən məclislərdən birində eyni səhnəni bölüşüblər.

    Bir zamanların məşhur duet ortağı olan ikili, “Sevirəm” adlı hitlərini ifa ediblər.

    Onların məclisdən lentə alınan görüntüləri sosial şəbəkələrdə yayılıb. İfaçıların yenidən bir araya gəlməsi hər kəsin marağına səbəb olub.

    Xatırladaq ki, Aygün Kazımova ilə Namiq Qaraçuxurlu uzun müddətdir küsülü idilər.

  • Emin Ağalarov İsmayıllıda – VİDEO

    Xalq artisti Emin Ağalarov sosial şəbəkədə yeni paylaşım edib.

    Sənətçi “Instagram” hesabında yeni video yayımlayıb. Azərbaycanın dilbər guşələrindən olan İsmayıllıya üz tutan Ağalarov, orada çəkdiyi yeni görüntüləri izləyiciləri ilə bölüşüb.

    İfaçı “Əhval-ruhiyəm çox yaxşıdır. Biz hazırda İsmayıllıdayıq. Bura çox gözlədir” kimi sözlər söyləyərək təbiətin gözəlliyindən söz açıb.

    Eminin “Hər şeyi çox yaxında öyrənəcəksiniz” başlığı ilə paylaşdığı görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən çox bəyənilib.

    Onun videosuna qısa müddətdə 231 min “like” gəlib, minlərlə isə şərh yazılıb.

    //Baku.ws

  • “Marvel” məşhur personajını öldürməyi düşünür

    “Marvel Comics” nəşriyyatı məşhur personajlarından biri olan Həkim Strencin ölümünü anons edib.

    Bu barədə şirkətin saytı məlumat yayıb.

    “Marvelin baş sehrbazı barədə sonuncu rəvayət sentyabrda başlayacaq”, – deyə xəbərdə bildirilib.

    Bununla yanaşı, “Həkim Strencin ölümü” adlı komikslər silsiləsinin təsviri dərc olunub.

    Qeyd edək ki, adıçəkilən komikslər 1963-cü ildən nəşr olunur.

  • Türkiyəli məşhur aktrisa həbs edilə bilər

    Türkiyəli məşhur aktrisa Ezgi Molanın vətəndaşı “təhqir etməsinə görə” barəsində həbs cəzası istənilib.

    DHA xəbər verir ki, keçən il Batmanda intihar edən İpek Er ölümündən sonra tapılan məktubunda Musa Orxan tərəfindən cinsi təzavüzə məruz qaldığını qeyd edib.

    12 ildən çox azadlıqdan məhrum edilməsi tələb edilən M.Orxanın istintaq müddətində sərbəst buraxılmasına qərar verilib.

    Aktrisa bu hadisəyə səssiz qalmayıb və sosial media hesabından “Təcavüzçü şərəfsizi sərbəst buraxan vicdanınızda boğulun”, – deyə paylaşım edib.

    Onun barəsində “səsli, yazılı və ya video mesajla təhqir” ittihamı ilə 2 il 4 aya qədər həbs cəzası istənilib. İddianamə Ankara Cəza Məhkəməsi tərəfindən qəbul edilib.

    Qeyd edək ki, Ezgi Mola Türkiyənin reytinqli “Mahsumlar apartmanı” serialında baş rol ifaçılarından biridir.

  • Aygün Kazımova açıq-saçıq geyimi ilə məst etdi: “Dadı damağımızda qalan gecə” – VİDEO

    Xalq artisti Aygün Kazımova açıq havada təşkil edilən konsertindən yeni görüntülərini paylaşıb.

    O, “Instagram” hesabından paylaşdığı görüntüyə “dadı damağımızda qalan möhtəşəm gecə” şərhini yazıb.

    Müğənninin bu paylaşımı izləyiciləri ilə yanaşı, həm də məşhurların diqqətini cəlb edib.

    Belə ki, Xalq artistinin bu görüntülərinə bir çox məşhurlar rəy yazıb, müğənniyə heyranlıqlarını ifadə ediblər.

    Sözügedən görüntülərini təqdim edirik:

  • Sərdar Ortaç nişanlısı ilə Bakıda – VİDEO

    Türkiyənin məşhur müğənnisi Sərdar Ortaç Bakıya gəlib.

    İfaçı paytaxt restoranlarının birində şou proqramla çıxış edib.

    Həmin tədbirdən görüntülər sosial şəbəkələrdə paylaşılıb.