Category: Siyasət

  • Rəsmi Bakı Fransaya cavab verdi

    Digər həmsədr ölkələrlə birlikdə, 25 ildən artıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan Fransa da çox yaxşı bilir ki, regionda gərginliyin əsas səbəbi Ermənistanın gücdən istifadə edərək Azərbaycan ərazilərinin hərbi işğalını davam etdirməsidir.

    Ermənistan ərazisində və işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən bir milyondan artıq azərbaycanlıya qarşı etnik təmizləmə törədilib və bunun nəticəsində 90-cı illərin əvvəllərində Azərbaycan II Dünya müharibəsindən sonra Avropanın ən böyük humanitar fəlakətini yaşayıb.

    Bnu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Fransa XİN-nin açıqlaması ilə əlaqədar bildirib.

    H. Hacıyev deyib ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasına, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının təmin edilməsinə dair tələblərini hələ də yerinə yetirmir. Azərbaycan Respublikası Prezidentinin azərbaycanlıların beynəlxalq sənədlərdə və BMT TŞ-nın qətnamələrində təsbit olunduğu kimi, sülh şəraitində öz tarixi torpaqlarına qayıtması barədə açıqlaması münaqişənin həlli prosesinin vacib humanitar prinsiplərindən biridir:

    “Münaqişənin həlli üzrə danışıqlar getdiyi halda, ATƏT-in Minsk qrupunun həmsədri və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Fransanı və digər həmsədrləri Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərinin anneksiyası məqsədilə həyata keçirdiyi qeyri-qanuni əməlləri, o cümlədən ərazinin demoqrafik tərkibinin dəyişdirilməsi və Azərbaycan xalqının maddi-mədəni və dini irsinin məhv edilməsi halları ciddi narahat etməlidir.

    Bu xüsusda ciddi narahatlıq doğuran məqamlardan biri də Fransanın XİN və Daxili İşlər Nazirliyinin mərkəzi təlimatına və ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın statusuna zidd olaraq, Fransanın regionlarının qondarma rejimlə qanunsuz əlaqələr yaratması və qondarma rejimin nümayəndələrinin Şenqen viza qaydalarının tələblərini pozaraq Fransa ərazisinə daxil olmaları və propaqanda ilə məşğul olmalarıdır.

    Həmçinin, Fransa tərəfini Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsində aqressiv separatizmin 30 illiyi ilə əlaqədar qondarma rejimə ünvanlandığı 20 fevral tarixli təbrikinə diqqət yetirməyə çağırırıq.

    Ermənistan prezidenti Azərbaycana qarşı terror, aqressiv separatizm, işğal, təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimi nailiyyət kimi təqdim edir və Azərbaycanın suveren ərazilərinin anneksiyasına çağırır.

    Hesab edirik ki, beynəlxalq terrorizmdən əziyyət çəkən Fransanı Ermənistan prezidentinin bu təbirik məktubunda Fransa ərazisində də qanlı terror törədən və günahsız Fransa vətəndaşlarını qətlə yetirən terrorist Monte Melkonyandan qəhrəman kimi iqtibas gətirilməsi ciddi narahat etməlidir.

    Fürsətdən istifadə edərək Fransa Xarici İşlər Nazirliyindən olan həmkarlarımızı Ermənistan və Fransada olan erməni lobbi dairələrinin dizinformasiya və propaqandasına uymamağı tövsiyə edirik”.

  • Prezident generala yeni müavinlər təyin etdi

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yeni təyinatlar olub.

    Bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.

    Sərəncama əsasən, Şahvələd İsmayıl oğlu Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin maliyyə və maddi-texniki təminat üzrə müavini – Maliyyə və maddi-texniki təminat baş idarəsinin rəisi təyin edilib.

    Prezidentin digər sərəncamı ilə Yusif Həsən oğlu Mirzəyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi təyin edilib.

    Qeyd edək ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Yusif oğlu Rəhimovdur.

  • Arif Babayev “Şərəf” ordeni ilə təltif edilib

    Prezident İlham Əliyev Arif Babayevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd edilir ki, Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Arif İmran oğlu Babayev “Şərəf” ordeni ilə təltif edilsin.

  • Azərbaycan prezidentinin köməkçisi onları niyə hədələdi?

    Əli Həsənov: “Azərbaycana qarşı qarayaxma kampaniyasının təşkilatçıları və icraçıları ilə bağlı hüquqi prosedurlara başlayacağıq”

    Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycanla korrupsiya əlaqələrində ittiham olunan AŞPA-da Avropa Xalq Partiyası deputatlar qrupunun sədri olmuş Luka Volonte barədə İtaliyanın Milan məhkəməsinin bəraət qərarını şərh edib.

    Əli Həsənov APA-ya bildirib ki, Milan məhkəməsinin 2018-ci il 13 fevral tarixli qərarı ötən ilin ortalarında məlum anti-Azərbaycan mərkəzlərin və şəbəkələrin sifarişi ilə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi (OCCRP) adlı qeyri-şəffaf və bəlli məqsədlər üçün yaradılmış qurum vasitəsilə yayılmış məlumatların əsassız, qərəzli olduğunu və Azərbaycanın sağlam beynəlxalq imicini ləkələmək məqsədi güddüyünü təsdiqləyib.

    “Qeyd edim ki, anti-Azərbaycan mərkəzlər və şəbəkələr bu kimi çoxsaylı feyk-məlumatlarla həm Azərbaycan dövlətini, həm də ölkəmizə dost münasibəti bəsləyən, onunla bağlı pozitiv fikirlər bildirən tanınmış şəxsləri – ictimai-siyasi xadimləri, ekspertləri, jurnalistləri və s. hədəfə götürmək və qınaq obyektinə çevirmək istəyirdilər. Təsadüfi deyil ki, həmin vaxt OCCRP-nin “Azərbaycanın pulyuyan maşını” adlı qondarma materialı dünya mediasında sürətlə tirajlandı, məsələ ilə ayrı-ayrı ölkələrin rəsmi instansiyaları maraqlandı və orada adları keçən şəxslər, o cümlədən də guya Azərbaycandan 2 milyon 640 min dollar almış AŞPA-da Avropa Xalq Partiyası deputatlar qrupunun sədri olmuş Luka Volonte barədə xüsusi araşdırma başladıldı.

    Xatırladım ki, həmin dövrdə də biz açıqlama yayaraq OSSRP-nin imzası ilə dövriyyəyə buraxılmış bu iddiaların qərəzli, əsassız, təxribat xarakteri daşıdığını və Azərbaycana qarşı bəlli dairələr tərəfindən təşkil edilmiş çirkin qarayaxma kampaniyasının tərkib hissəsi olduğunu bildirmişdik. Göründüyü kimi, Milan məhkəməsinin obyektiv araşdırması da bunu bilavasitə təsdiqlədi”.

    Əli Həsənov deyib ki, Azərbaycan hakimiyyəti dövlətin və onun tərəfdaşlarının imicini ləkələmək məqsədilə həyata keçirilən belə qarayaxma kampaniyasının təşkilatçıları və icraçıları haqqında kifayət qədər məlumatlıdır və yalnız Milan məhkəməsinin qərarı ilə kifayətlənmək niyyətində deyil: “Biz bu çirkin əməldə əli olanlarla bağlı müvafiq qaydada hüquqi prosedurlara başlamaq niyyətindəyik. Məsələ ilə bağlı artıq Azərbaycanın aidiyyəti dövlət orqanlarına tapşırıqlar verilib. Hesab edirik ki, demokratiya və söz azadlığı pərdəsi altında gizlənərək beynəlxalq miqyasda ayrı-ayrı dövlətlərə, qurumlara, şəxslərə qarşı kampaniya təşkil edənlər bunun məsuliyyətini də dərk etməli və cavabdehlik daşımalıdırlar”.

  • Daha bir nəfərin namizədliyinin irəli sürülməsini təsdiqləyib

    Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Ramazan Ələkbər oğlu Bəkirovun namizədliyinin irəli sürülməsinin təsdiq olunması məsələsinə baxılıb.

    “Report”un xəbərinə görə, MSK katibi Arifə Muxtarova iddiaçı ilə bağlı məlumatları diqqətə çatdırıb.

    O deyib ki, R.Bəkirovun namizədliyinin irəli sürülməsinin təsdiq olunması üçün əsaslar var.

    Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

    Bununla da namizədliklərinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 13-ə çatıb.

    Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin edilib.

  • Aİ-nin xüsusi elçisi İlham Əliyevlə danışıqlarda – YENİLƏNİB

    Prezident İlham Əliyev fevralın 19-da Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi elçisi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

    * * * * *

    Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı məsələləri üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Bakıya səfəri başlayıb.

    Bu barədə APA-ya Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Siyasət şöbəsinin rəhbəri Denis Danilidis məlumat verib.

    İki gün davam edəcək səfər çərçivəsində T. Klaarın prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və müdafiə naziri Zakir Həsənovla görüşü nəzərdə tutulub.

    Qeyd edək ki, T. Klaar ötən il noyabrın 13-də Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı məsələləri üzrə xüsusi nümayəndəsi təyin olunub. 

  • Məzahir Pənahov: Seçkilərin keçirilməsi üçün ictimai-siyasi sabitlik var

    Azərbaycanda seçkilərin keçirilməsi üçün ictimai-siyasi sabitlik var. Bu, sevindirici haldır.

    Median.Az Report-a istinadən xəbər verir ki, bunu dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

    MSK sədri bildirib ki, Azərbaycanda seçkilər şəffaf keçirilir.

    M.Pənahov vurğulayıb ki, ölkə Prezident seçkilərinə yüksək səviyyədə hazırlaşıb:

    “Azərbaycanda keçirilən seçkilər digər ölkələrə nümunədir. Ölkəmizin yüksək seçki təcrübəsi var”.

    Qeyd edək ki, Azərbaycanda Prezident seçkiləri bu il aprelin 11-də keçiriləcək.

  • İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası iclasında iştirak edir

    Fevralın 15-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclası işə başlayıb.

    Azərbaycan prezidenti İlham Əliyev iclasda iştirak edir.

    Tədbirdə Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç iştirak edirlər.

    Əvvəlcə birgə foto çəkdirilib.

    Dövlətimizin başçısı İlham Əliyev iclasda nitq söyləyir.

  • Ağsaqqallar Şurası: “İlham Əliyevin alternativi yoxdur”

    Azərbaycan Ağsaqqallar Şurasının iclası keçirilib.

    Femida.az-ın məlumatına görə, iclasda çıxış edən Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov dövlət başçısı İlham Əliyevin qarşıdakı seçkilərdə prezidentliyə namizədliyinin Şura tərəfindən dəstəklədiyini vurğulayıb: “Heydər Əliyev yolunun prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan inkişaf edir, ölkədə sabitlik mövcuddur. İlham Əliyev hələ uzun müddət bu uğurlu yolu davam etdirəcək. Azərbaycanın dünya arenasında nüfuzunun daha da artırılması üçün böyük, yorulmaz dövlət xadimi lazımdır və İlham Əliyev də məhz belə şəxsiyyətdir. Azərbaycan Ağsaqqallar Şurası xalqımızı bir daha prezident seçkilərində prezident İlham Əliyevi dəstəkləməyə dəvət edəcək”.

    F. Heydərov prezident seçkilərinin növbədənkənar olması ilə razılaşmadığını bildirib: “Bu il prezident seçkiləri ilidir və prezident seçkiləri də aprelin 11-nə təyin edilib”.

    Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, bu gün hər bir azərbaycanlı İlham Əliyevin namizədliyini dəstəkləməlidir: “Məhz Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan 1990-cı illərin əvvəlində yaranmış ağır böhrandan çıxa bildi. Azərbaycanı düşünən, sevən hər bir insan bilir ki, bu gün prezident İlham Əliyevin apardığı siyasət Heydər Əliyev siyasətinin davamıdır. Əgər istəyiriksə ki, balalarımız, nəvələrimiz firavan, stabil bil ölkədə yaşasın, qan-qadadan uzaq olsun, biz ağsaqqallar İlham Əliyevin namizədliyini dəstəkləməliyik. İlham Əliyevin gördüyü işlər göz qabağındadır. Ona görə də, prezident seçkilərində İlham Əliyevin alternativi yoxdur. Biz İlham Əliyevə səs verməklə Azərbaycanın firavanlığına, stabilliyinə səs verəcəyik”.

    Tədbir çıxışlarla davam edib. İclasın sonunda Azərbaycan Ağsaqqallar Şurasının qarşıdakı seçkilərdə İlham Əliyevin namizədliyini dəstəkləməsi barədə qərar qəbul olunub.