Category: Siyasət

  • Prezident yeddi ölkə ilə imzalanmış sazişləri TƏSDİQLƏDİ

    Prezident İlham Əliyev Qvineya-Bisau, Surinam, Bəhreyn Krallığı, Anqola Respublikası, Cibuti Respublikası, Maldiv Respublikası və Dominikan Respublikası hökumətləri ilə Azərbaycan Hökuməti arasında imzalanmış sazişləri təsdiqləyib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq qanunları imzalayıb.

    Sənədə əsasən,

    – Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş;

    – Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş;

    – Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığı Hökuməti arasında diplomatik pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş;

    – Azərbaycan Respublikası Hökuməti ilə Anqola Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş;

    – Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş;

    – Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş;

    – Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş təsdiqlənib.

    Qeyd edək ki, sənədlər bu ilin sentyabr ayında Nyu-York şəhərində imzalanıb.

  • Prezident FHN-in bəzi əməkdaşlarını təltif etdi – SƏRƏNCAM

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşları təltif ediliblər:

    “Azərbaycan Bayrağı” ordeni ilə

    Mirzəyev Rəfail Xalid oğlu – general-leytenant

    1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

    Abdullayev Qüdrət Həsən oğlu – general-mayor

    2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

    Adıgözəlov Elçin Şirxan oğlu – general-mayor

    Məmmədov Vidadi Məmməd oğlu

    3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

    Hüseynov Xaliq Tapdıq oğlu – polkovnik

    Musayev Füzuli İsa oğlu – polkovnik

    Səmədov Hikmət Vasif oğlu – polkovnik

    Nəcəfov Peyman Mehman oğlu – polkovnik-leytenant

    3-cü dərəcəli “Əmək” ordeni ilə

    Əsədov Elxan Xəlil oğlu

    “Tərəqqi” medalı ilə

    Əhmədov Eldar Paşa oğlu

    Əmrahov Azad Tahir oğlu

    Quliyev Elçin Malik oğlu

    “Hərbi xidmətlərə görə” medalı ilə

    Mirzəyev Şahin Əyyub oğlu – general-mayor

    Məmmədli Cavid Qafar oğlu – polkovnik

    Ağasiyev Ağasi Murad oğlu – polkovnik-leytenant

    Cəfərov Natiq Oqtay oğlu – polkovnik-leytenant

    Əsgərov Vüqar Nadirəli oğlu – polkovnik-leytenant

    Əliyev Rüfət Zöhrab oğlu – mayor

    Rzayev Akif Məhərrəm oğlu – mayor

    Qalayev Zamin Zelan oğlu – gizir

    Məmmədova Sevinc Xəzər qızı – gizir

    “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

    Əmiraslanov Xəzər Kamal oğlu

    Əsədov Rüfət Nadir oğlu

    İbrahimov Elçin Eldəniz oğlu

    Qurbanov Kamal Vaqif oğlu

    Nəsirov İsmayıl Rauf oğlu

    Ömərli Vüsalə Saleh qızı

    2-ci dərəcəli “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə

    Fəradov Rüfət Lətif oğlu – daxili xidmət general-mayoru

    3-cü dərəcəli “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə

    Nəsirli Mehmandar İslam oğlu – daxili xidmət polkovnik-leytenantı

    Zeynalov Famil Tofiq oğlu – daxili xidmət baş leytenantı

    Cəfərov Ehtiram Fazil oğlu – daxili xidmət baş çavuşu

    Əkbərov Azər Valeh oğlu – daxili xidmət baş çavuşu

    Ələskərov Murad Kamal oğlu – daxili xidmət baş çavuşu

    Həsənov Cəsarət Ziyəddin oğlu – daxili xidmət baş çavuşu

    Həsənov Ramil Amil oğlu – daxili xidmət baş çavuşu

    Xəlilov Ramil Ələkbər oğlu – daxili xidmət baş çavuşu

    İmanov Yəhya Səfər oğlu – daxili xidmət baş çavuşu

    Rzayev Məhəmməd Amil oğlu – daxili xidmət baş çavuşu.

  • Azərbaycanda idxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə “Bir pəncərə” informasiya sistemi yaradılır

    Prezident İlham Əliyev İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.

    Median.Az bununla bağlı President.az-a istinadən xəbər verir.

    Fərmanla “Bir pəncərə” informasiya sistemi yaradılır.

    Müəyyən edilir ki, xarici ticarət fəaliyyətinin həyata keçirilməsi ilə bağlı Sistem vasitəsilə aşağıdakılar təmin edilir:

    1. tələb olunan sənədlərin, o cümlədən kommersiya və nəqliyyat sənədlərinin təqdim edilməsi;

    2. nəqliyyat vasitələrinə və daşınan mallara dair tələb olunan sənədlərin və məlumatların elektron qaydada tərtib edilməsi;

    3. sərhədkeçmə prosedurları, daşıma qaydaları və şərtləri ilə bağlı məlumat verilməsi, eləcə də istifadəçilərin müraciətlərinin qəbulu və cavablandırılması;

    4. yükdaşıma müqavilələrinin elektron qaydada bağlanılması, eləcə də bağlanılmış müqavilələrin təqdim olunması;

    5. daşınan yüklərin bütün hərəkət marşrutu boyunca izlənilməsi;

    6. ödənişlər aparılması, eləcə də həmin fəaliyyətlə bağlı statistik məlumatların əldə edilməsi.

    Sistemin sahibi funksiyalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti, operatoru funksiyalarını isə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.

    Sistemlə lisenziya və icazələr (o cümlədən uyğunluğunun qiymətləndirilməsi ilə bağlı sertifikatlar və şəhadətnamələr), gömrük, vergi, qida təhlükəsizliyi, kənd təsərrüfatı, avtomobil nəqliyyatı sahələrində dövlət xidmətləri göstərilməsi, vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçotu, fiziki şəxslərin identikləşdirilməsi, ölkəyə gəlməsi, qeydiyyatı və ölkədən getməsi ilə bağlı informasiya sistemləri və ehtiyatları, habelə mülki aviasiya, dəmir yolları və dəniz nəqliyyatı sahələrində fəaliyyət göstərən qurumların, eləcə də ödənişlər aparılması, mülki məsuliyyətin və daşınan yüklərin sığortalanması üzrə ödəniş xidməti təchizatçılarının (kredit təşkilatlarının) və sığorta təşkilatlarının informasiya sistemləri və ehtiyatları arasında Azərbaycan Respublikasının normativ hüquqi aktları (məlumatların tərkibinin və məlumat mübadiləsinin hüquqi əsaslarını tənzimləyən) ilə müəyyən edilmiş hədlərdə məlumat mübadiləsi Elektron Hökumət İnformasiya Sistemi üzərindən aparılır.

  • Belarus Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb (FOTO)

    Belarusun paytaxtı Minsk şəhərinin əsas rəmzlərindən biri olan Milli Kitabxananın binası Azərbaycan Dövlət Bayrağının rəngləri ilə işıqlandırılıb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Belarusdakı səfirliyi və Ticarət Evinin birgə təşəbbüsü ilə keçirilən aksiya 12 Dekabr – ümummilli lider Heydər Əliyevin vəfatının 22-ci ildönümünə həsr olunub.

    Dekabrın 12-də axşam saatlarından etibarən Minsk Milli Kitabxanası göy, qırmızı və yaşıl rənglərlə işıqlandırılıb və “12 Dekabr – Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anım günüdür” şüarı yayımlanıb.


  • Leyla Əliyeva Lənkəran səfərindən paylaşım edib – Video

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva rəsmi “Instagram” hesabında Lənkəran səfərindən paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • Azərbaycan və Türkiyənin NATO çərçivəsində əməkdaşlığı müzakirə edildi

    Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə Türkiyənin alyansdakı daimi nümayəndəsi Basat Öztürklə görüşüb.

    Görüşdə Sülh Naminə Tərəfdaşlıq, NATO çərçivəsində qarşılıqlı əməkdaşlıq, eləcə də maraq doğuran digər məsələlər müzakirə olunub.

    Türkiyənin NATO-dakı daimi nümayəndəsi Basat Öztürk Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib və onun davamlı irsinə dərin hörmətlə yanaşdığını bildirib.

  • Ermənistan prezidenti sülh üçün əsas şərti açıqladı

    Sülh sadəcə müharibənin olmaması demək deyil. Sülh dialoqu, ədaləti, insan haqlarını və ləyaqətini təşviq etmək üçün davamlı səylər tələb edir. Dövlətlər və xalqlar arasında etimadın möhkəmləndirilməsi sülhün bərqərar olması üçün əsas şərtdir.

    Bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Türkmənistanda “Sülh və inam: sabit gələcək naminə birliyin məqsədləri” adlı plenar iclasda çıxışı zamanı deyib.

    Onun sözlərinə görə, BMT Nizamnaməsini və beynəlxalq hüququn prinsiplərini rəhbər tutan Ermənistan hökuməti Cənubi Qafqazda sülhü təmin etmək əzmindədir. “Bildiyiniz kimi, bu il avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli görüşdə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri iki ölkə arasında sülh sazişini parafladılar. Həmin gün Ermənistan, Azərbaycan və Amerika Birləşmiş Ştatları liderləri şahid qismində regional nəqliyyat əlaqələrinin tam açılmasına imkan verəcək Birgə Bəyannamə imzalayıblar. “Dünyanın kəsişməsi” təşəbbüsünün və onun tərkib hissəsi olan TRIPP layihəsinin (Zəngəzur dəhlizi) həyata keçirilməsi iqtisadi inkişafa, xalqlar arasında dialoq və təmaslara, qarşılıqlı etimadın, sabitliyin və rifahın möhkəmləndirilməsinə kömək edəcək. Bu tarixi nailiyyət əminlik yaradır ki, biz Cənubi Qafqazda davamlı sülh, firavanlıq, təhlükəsizlik və iqtisadi əməkdaşlıqda yeni səhifə açırıq. Biz sülhün təşviqində beynəlxalq tərəfdaşlarımızın dəstəyinə ümid edirik”, – deyə Xaçaturyan bildirib.

  • Heydər Əliyevin nəvələri ilə səmimi anları – VİDEO

    Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev babası, Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib. 
     
    O, Ümummilli Liderin nəvələri ilə birgə 1990-cı ildə lentə alınmış səmimi görüntülərini paylaşıb.
     
    A. Əliyev videoya bu sözləri yazıb: “Allah rəhmət eləsin, dahi lider! Əsl lider!”
     
    Həmin görüntüləri təqdim edirik:
     

  • Ermənistan Zod qızıl yatağında qazıntı və istismar işləri aparmayıb

    Zod qızıl yatağına baxış orada Ermənistan tərəfindən hər hansı bir qazıntı və istismar işlərinin aparılmadığını göstərib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bundan əvvəl Azərbaycan tərəfində həmin yataqda Ermənistanın qazıntı və istismarı davam etdirməsi ilə bağlı narahatlıq olub.

    Əraziyə keçirilən baxış həmin ərazidə hər hansı işin aparılmadığını göstərib və bununla da bütün şübhələr aradan qalxıb.

    Xatırladaq ki, noyabrın 28-də Qəbələdə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 12-ci görüşü keçirilib.

    Müzakirə olunan məsələlər sırasında Zod qızıl yatağına baxış keçirilməsi razılaşdırılıb. Məlum olduğu kimi, Kəlbəcərin işğal altında olduğu dövrdə Zod yatağı ermənilər tərəfindən istismar olunub. Hələ SSRİ dövründən başlayaraq bütün qazma işləri Ermənistan ərazisindən aparılmışdı.

    Qeyd edək ki, Zod yatağının yerləşdiyi ərazidə ağır iqlim şəraiti mövcuddur. Hazırda orada Azərbaycan tərəfindən nəqliyyat və logistika infrastrukturu yaradılır. İşlər başa çatdıqdan sonra “AzerGold” QSC tərəfindən istismar prosesinə başlanacaq.

  • Nikah və boşanma sayı məlum oldu

    Bu ilin yanvar-oktyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 40739 nikah və 17254 boşanma halları qeydə alınıb.

    Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.

    Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,9-dan 4,8-ə, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşmüşdür.