ГлавнаяОбществоAzərbaycanda kişi icarəyə götürdüyü çay evində ölü tapıldı

Azərbaycanda kişi icarəyə götürdüyü çay evində ölü tapıldı

Neftçala rayonunda çay evində kişi meyiti aşkarlanıb.

Meyit martın 17-si saat 11:30 radələrində Neftçala şəhəri, M.Əsədov küçəsində yerləşən H.Cavid adına “Mədəniyyət və İstirahət parkı”ndakı çay evində tapılıb.

1963-cü il təvəllüdlü Mirzəyev Abduləzim Qabil oğlu şərti müqavilə əsasında icarəyə götürdüyü çay evində ölü olaraq tapılıb.

Faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırma aparılır.

ПОСЛЕДНИЕ НОВОСТИ
Новости по теме
MOJO.AZ Pulsuz Elanlar saytı