Rusiyada koronavirusa yoluxanların sayı dörd mini keçdi

Rusiyada son sutka ərzində 601 şəxsdə koronavirusa yoluxma halı qeydə alınıb. Bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 4 149 nəfərə çatıb.

Meduza.oi-nin xəbərinə görə, bu barədə virusla mübarizə üzrə əməliyyat qərargahından məlumat verilib.

Virusa yoluxma halı daha çox Moskvada qeydə alınıb – 448 nəfər. Son 24 saat ərzində 281 nəfər sağalaraq, xəstəxanadan evə buraxılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *