• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Median.Az
Advertisement
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
    • Home – Layout 6
No Result
View All Result
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
    • Home – Layout 6
No Result
View All Result
Median.Az
No Result
View All Result
Home Kriminal

Azərbaycanda toyda dava: Qonaqlar bir-birini döydülər

by
Dekabr 5, 2024
in Kriminal
0
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

Sabirabad rayonunda 1981-ci il təvəllüdlü Elşən şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi Sadiqə xəsarət yetirib.

Median.Az Demokrat.az-a istinadla xəbər verir ki, hadisə 28 may 2024-cü ildə, saat 20:00-da Sabirabad rayonunun Kovlar kəndində baş verib.

Kənd sakini Elşən həmkəndlisi Əfsərin həyətində keçirilən toy məclisində, alkoqol təsiri altında Sadiqin çayçını yüksək səslə çağırmasına görə, əsaslı səbəb olmadan sonuncunu nalayiq ifadələrlə söyərək təhqir edib.

Elşən yumruqla Sadiqin sağ qaş nahiyəsinə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Bu əməlləri ilə Elşən xuliqanlıq hərəkətləri törədib.

Hadisəni törədən Elşənin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elşən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O, ifadəsində göstərib ki, həmkəndlisi Sadiqlə əvvəllər heç bir ədavət və düşmənçiliyi olmayıb, normal münasibətləri olub:

“Mayın 28-də, saat 17:00-da həmkəndlim və qohumum Əfsər məni həyətində keçirilən oğlunun kiçik toy məclisinə dəvət edib. Mən həmin vaxt Əfsərin həyətinə toy məclisinə getdim. Həmkəndlim Sadiq də toyda iştirak edib. Təxminən 2-3 saat sonra, saat 20:00-da çay verildi. Sadiq də mənim oturduğum cərgənin sonunda musiqiçilərin yaxınında əyləşmişdi. Aramızda isə iki-üç nəfər tanımadığım şəxslər oturub. Bu zaman gördüm ki, Sadiq qışqıraraq çayçını çağırır.

Elə başa düşdüm ki, Sadiq söyüş söyüb. Ona dedim ki, anqırma, camaat var. Sadiq isə mənə nəsə dedi. Lakin başa düşə bilmədim. Sadiqin yüksək səslə çayçını çağırması, həm də özünün içkili olmağı istər-istəməz mənə pis təsir etdi. Yerimdən durub ona yaxınlaşdım və yumruq zərbəsi vurdum. Sadiq sağ gözünü tutub başını aşağı əydi, onun sağ qaşı partlayıb qanadı. Mən artıq orada durmadım və getdim. Bir müddət sonra Sadiqin Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət verməsini eşitdim”.

İş üzrə zərərçəkmiş Sadiqin sözlərinə görə, həmkəndlisi təqsirləndirilən Elşən ilə münasibətləri normal olub, ədavətləri olmayıb:

“Həmkəndlim və qohumum olan Əfsər mayın 28-də məni oğlunun kiçik toy məclisinə dəvət etdi. Məclisdə mən Elşənlə bir sırada oturmuşdum. Orada başqa yerdən gəlmə tanımadığım kişi qonaqları da olub. Məclisdə çörək yeyib araq da içdim. Təxminən 40 dəqiqə keçdi, hava isti olduğundan toydan çıxaraq evimə getdim. Yuyunaraq paltarımı dəyişdim, yenidən toya qayıtdım. Təxminən saat 20 radələrində toy məclisi öz qaydasında davam etdi.

Toy məclisinə qayıdarkən Elşən də orada öz yerində oturmuşdu. Mən keçib eyni cərgədə musiqiçilərin yanında sonuncu sırada əyləşdim. Aramızda 2-3 nəfər qonaq əyləşmişdi, onlar gəlmə olduğu üçün tanımamışam. Toy məclisində oturandan sonra çayçını səsləyib çay gətirməsini xahiş etdim. Bu zaman Elşən mənə irad bildirdi ki, niyə anqırırsan, səsindən qonaqlar narahat olur. Dedim ki, qışqırmıram, musiqinin səsindən eşidilmir, bu səbəbdən çayçını səsləyirəm. Bu söhbətə görə aramızda yüngül narazılıq olub.

Üstündən 2-3 dəqiqə keçdikdən sonra Elşən yaxınlaşdı, məni nalayiq söyüşlərlə təhqir edərək qəflətən sağ qaşımın üstünə yumruq zərbəsi vurdu. Mən sifətimi tutaraq əyildim, sağ qaşımın üstü yarılaraq qanadı. Təkrar söyüb vurmaq istəyərkən tanımadığım qonaqlar onun qarşısını aldılar.

Sonra qonaqlardan kimsə mənə salfet isladaraq verdi, qanayan qaşımın üstünə qoydum. Həmin vaxt toy sahibi Əfsər yaxınlaşaraq nə baş verdiyini soruşdu. Dedi ki, Elşənlə sözümüz oldu, yumruqla vurdu. Təxminən 15 dəqiqə orada oturandan sonra evimə getdim. Bir müddət gözlədim. Elşən gələrək üzrxahlıq etmədiyi üçün Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim. Sonra da rayon polis şöbəsinə şikayət ərizəsi yazdım”.

Bu cinayət işinə Sabirabad Rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Elşən 1 000 manat məbləğində cərimə cəzasına məhkum edilib.

Previous Post

Mayk Taysonla Ceyk Pol arasında revanş döyüşü keçirilə bilər

Next Post

Ukraynanın keçmiş prezidentinin oğlu axtarışa verilib

Next Post

Ukraynanın keçmiş prezidentinin oğlu axtarışa verilib

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

May 7, 2026
Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü

Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü

May 7, 2026
“40 qəpik xidmət haqqı tutulması düzgün deyil” – İqtisadçı

“40 qəpik xidmət haqqı tutulması düzgün deyil” – İqtisadçı

May 7, 2026

Leyla Əliyeva Yoqa Federasiyasının prezidenti seçildi

0

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

0

Azərbaycanda itlər üçün gözəllik salonlarında ajiotaj – VİDEO

0

Məşhur Təranəyə cinayət işi açıldı – QADIN ALVERİ

0
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

May 7, 2026
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

May 7, 2026

Recent News

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • Afişa
  • Avto
  • Cəmiyyət
  • Dəb
  • Dünya
  • Əsəs Xəbərlər
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Müsahibə
  • Ordu
  • Reklam ®
  • Sağlamlıq
  • Siyasət
  • Şou Biznes
  • Xeyirxahlıq

Recent News

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.