Category: Kriminal

  • Ruben Vardanyana HÖKM OXUNDU (Yenilənib)

    Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə açıq məhkəmə iclasında yekun məhkəmə qərarı (hökm) elan olunub.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında R.Vardanyan qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

    * * * * *

    Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri üzrə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə açıq məhkəmə iclası bu gün də davam etdiriləcək.

    Bu barədə Bakı Hərbi Məhkəməsindən məlumat verilib.

    Xatırladaq ki, fevralın 10-da keçirilən məhkəmə prosesində məhkəmə baxışının başa çatdığı elan edilib, məhkəmə heyəti müşavirəyə gedib.

    Bu gün hökm oxunacağı gözlənilir.

    Qeyd edək ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

    Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən, Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində başlanılmış cinayət işinin ibtidai istintaqı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılıb.

  • Bakıda dəhşətli qətl: Sələmçi 23 bıçaq zərbəsi ilə öldürüldü – Qanlı hadisənin şahidi danışdı

    Bakıda sələmçini xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Elçin Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə şahid dindirilib.

    Şahid E.M. təqsirləndirilən Elçin Vəliyevi tanımadığını bildirib:

    “Mən hərbçiyəm. Həmin gün istirahət günü idi, evdə yatırdım. Qəfil gələn səsə oyandım. Paltarımı geyinib dərhal həyətə qaçdım. Gördüm ki, Təravət xanım yerdə qan içindədir, qonşular da başına toplaşıb. Onun qapısının qarşısında yerdə qanlı bıçaq vardı. Təravət xanım güclə mənə telefonunu verdi və dedi ki, sağ qolunu işlədə bilmir, kömək lazımdır, qızına zəng etməyimi istədi. Mən də kömək etdim, qızına zəng vurdum. Çox keçmədən təcili tibbi yardım briqadası gəldi, xanımı “Semaşko”ya apardılar”.

    Məhkəmə istintaqının başa çatdığı elan edilib.

    Dövlət ittihamçısı çıxışa hazırlaşmaq üçün vaxt istəyib.

    Məhkəmənin növbəti iclası fevralın 23-nə təyin olunub.

    Xatırladaq ki, hadisə ötən ilin sentyabr ayında Bakıda baş verib.

    Sələmçilik fəaliyyəti ilə məşğul olan Təravət Cəfərxanovanın Elçin Vəliyev tərəfindən 23 bıçaq zərbəsi ilə qətlə yetirildiyi məlum olub.

    İstintaqla müəyyən edilib ki, Elçin Vəliyev Təravət Cəfərxanovadan sələmə götürdüyü külli miqdarda pulu geri qaytarmamaq məqsədilə hadisəni törədib.

    Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) ilə ittiham irəli sürülüb.

  • Rüfət Səfərovun növbəti məhkəməsi oldu

    Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə R Səfərovun müdafiəçiləri tərəfindən verilmiş vəsatətlərə münasibət bildirilib. Verilmiş vəsatətlərdən ikisi təmin edilib.

  • Gecə 2-də tanımadığı evin qapısını döydü – Həbs edildi

    Bakıda gecə saatlarında tanımadığı şəxsin evinin qapısını döyərək mənzildəkilərin narahatlığına səbəb olmuş şəxs inzibati məsuliyyətə cəlb edilib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsində yaşayan vətəndaş polisə müraciət edərək gecə saat 01:40 radələrində tanımadığı şəxsin onun mənzilinin qapısını döyərək xuliqanlıq etdiyini bildirib.

    Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin keçirdiyi tədbirlərlə əməli törədən 1989-cu il təvəllüdlü Maksim S. saxlanılıb.

    O, izahatında törətdiyi əməli etiraf edib: “Anam məni yaşadığımız evə buraxmadığı üçün dostum Qamiqin yaşadığı Nərimanov rayonu C.Hacıbəyli küçəsində yerləşən mənzilində müvəqqəti yaşayıram. Saat təxminən 01:40 radələrində sərxoş vəziyyətdə gecələmək üçün dostumun yaşadığı mənzilə gəldikdə səhvən qonşunun qapısını döymüşəm. Daha sonra isə yan qapıda yaşayan Qamiqin mənzilinə daxil oldum. Həmin mənzilin qapısını döyməkdə başqa məqsədim yox idi. Sadəcə sərxoş olduğumdan qapıları səhv salmışdım. Əməlimdən səmimi peşmanlıq duyuram”.

    Nərimanov Rayon Məhkəməsinin qərarı ilə xırda xuliqanlıqda təqsirli bilinən Maksim 7 sutkalıq inzibati həbs olunub.

  • Həmyaşıdının üstünə spirt töküb yandırmışdı – Tutuldu

    Mingəçevir sakininə xəsarət yetirən şəxs tutulub.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhərin bağlar yaşayış massivində 1980-ci il təvəllüdlü Zaur Nəbiyevin üzərinə spirt tökərək yandırmaqda şübhəli bilinən 46 yaşlı N.Mikayılov polis tərəfindən saxlanılıb.

    Onun psixi problemlərinin olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Əli Kərimli və Məmməd İbrahim barəsində qərar qəbul olundu

    Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı qərardan verilən apellyasiya şikayətləri üzrə məhkəmə prosesi keçirilib.

    APA xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib.

    Qərara əsasən, apellyasiya şikayətləri təmin edilməyib.

    Xatırladaq ki, ötən il Səbail Rayon Məhkəməsinin qərarı ilə Əli Kərimli və Məmməd İbrahim barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Bu il fevralın 9-da isə onların barəsində seçilmiş həbs qətimkan tədbiri daha 4 ay müddətinə uzadılıb.

    Təqsirləndirilən hər iki şəxsə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

  • “Lukoil”in operatoru növbə rəisinin pulunu oğurlayıb

    Abşeron rayonunun Qobu qəsəbəsində fəaliyyət göstərən “Lukoil” yanacaqdoldurma məntəqəsində (YDM) oğurluq baş verib.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, YDM-də operator işləyən şəxs növbə rəsininin 1100 manatını oğurlayıb.

    Hüquq-mühafizə orqanlarına şikayətdən sonra həmin şəxs saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Həmçinin barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.

    Cinayət işinə Abşeron Rayon Məhkəməsində Firuzə Kərimovanın sədrliyi ilə baxılıb. Müttəhim məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, əməlini övladının xəstə olması və müalicə xərclərinin qarşılaya bilməməsi ilə izah edib.

    Məhkəmənin hökmü ilə müttəhimə 1 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun tutulduğu 2 gün 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzrəində qəti olaraq 1 il 2 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

  • Cəlilabadda 62 yaşlı kişi QƏTLƏ YETİRİLDİ: Kürəkəni saxlanıl​​​dı

    Cəlilabad rayonunda 62 yaşlı kişi qətlə yetirilib.

    Oxu.Az-ın məlumatına görə, hadisə fevralın 16-da saat 13 radələrində baş verib. Cəlilabad rayon sakini, 1964-cü il təvəllüdlü Azər Baxşiyev bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılsa da, orada ölüb.

    Hadisəni törətməkdə şübhəli bilinən 24 yaşlı İbrahim Babayev polis əməkdaşları tərəfindən saxlanılıb.

    Qətlə yetirilən şəxsin İ.Babayevin qayınatası olduğu bildirilir.

  • Terror barədə yalan məlumat verənə hökm oxundu

    Ölkə ərazisində terror aktı törədiləcəyi barədə qəsdən yalan xəbər yaymaqda ittiham olunan Vitali Zabolotski ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaqını apardığı cinayət işinin məhkəmə araşdırması başa çatıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi altında baş tutan iclasda təqsirləndirilən şəxs barəsində hökm elan edilib.

    Məhkəmənin qərarına müvafiq olaraq, V.Zabolotski 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

    Xatırladaq ki, V.Zabolotski Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi əsasında ittiham olunurdu.
    //oxu.az

  • General-mayor kolbasa sexinə sahibləndi, keçmiş direktoru döydü və bəraət aldı

    Xuliqanlıq əməllərində günahlandırılan Ramil Nağıyev və onun qohumu olan Maqsud Tahirovun (soyadlar şərtidir – red.) cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

    Median.Az Pravda.az-a istinadən məlumat verir ki, Abşeron Rayon Məhkəməsində hakim Abusət Qasımovun sədrliyi ilə baş tutan yekun iclasda hökm elan edilib.

    Hökmə əsasən, Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq) maddəsində nəzərdə tutulan cinayət tərkibinin mövcud olmaması səbəbindən onların hər ikisinə həmin maddə üzrə bəraət verilib. İttiham olunan şəxslər haqqında seçilmiş başqa yerə getməmək barədə iltizam növündəki qətimkan tədbiri ləğv olunub.

    İttiham sənədinə görə, Ramil Nağıyev kolbasa istehsalı ilə məşğul olan şirkətlərdən birində pay sahibi kimi tanıdığı qadından qeyri-rəsmi yolla səhmlərin müəyyən hissəsini əldə etdikdən sonra həmin müəssisənin digər şəriki, zərərçəkmiş Elnur Əsədovla (soyadı şərtidir – red.) aralarında biznes mübahisəsi yaranıb. Tərəflər arasında bir müddət davam edən bu gərginlik əsasən sözlü mübahisələrlə müşayiət edilib.

    Növbəti qarşıdurma zamanı isə Ramil Nağıyev qarşı tərəfə fiziki güc tətbiq edib. Hadisə 24 mart 2023-cü il tarixdə gecə saat 02 radələrində baş verib.

    O, öncə mobil telefon vasitəsilə zərərçəkmiş şəxs və onun ailə üzvlərinin ünvanına təhqiramiz ifadələr işlədib.

    Daha sonra R.Nağıyev qohumu Maqsud Tahirov və tanışı S.S. (adı, soyadı şərtidir) ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən binanın həyətinə gəliblər. Əvvəlcə Elnur Əsədov, daha sonra isə onun övladları D.D. və F.F. evdən həyətə düşüblər.

    Hadisənin gedişatında Ramil Nağıyev zərərçəkmişin və onun ailə üzvlərinin ünvanına uca səslə nalayiq sözlər deyib. Gecə vaxtı ətrafdakı çoxmərtəbəli binalarda yaşayan sakinlərin də sakitliyin qorunması ilə bağlı etdikləri xəbərdarlıqlara əhəmiyyət verməyərək, vətəndaşların gecə istirahətini nümayişkaranə tərzdə pozub.

    Daha sonra Ramil Nağıyev Elnurun üzərinə hücum çəkərək onun döş qəfəsi və burun nahiyələrinə bərk zərbələr vurub. Nəticədə zərərçəkmiş şəxsə döş qəfəsinin qançırı və burun nahiyəsinin sıyrığı kimi sağlamlığa zərər yetirməyən, dərəcəsi təyin olunmayan xəsarətlər dəyib.

    İttihamda bildirilir ki, hadisə yerinə sonradan gələn qohumu Maqsud da mübahisəyə fəal şəkildə qoşularaq Elnurun baldır nahiyəsinə zərbə endirib və nəticədə sağ baldır nahiyəsində qançır yaranıb. Həmçinin, Elnurun oğlu, zərərçəkmiş D.D.-nin bazu nahiyəsində vurulan zərbə nəticəsində qançır əmələ gəlib. Bu xəsarətlər də sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər olaraq qiymətləndirilib.

    Beləliklə, istintaq orqanının qənaətinə görə, Ramil Nağıyev bir qrup şəxs halında ictimai asayişi kobud surətdə pozan, cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirən və zor tətbiqi ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verib.

    Məhkəmə iclası zamanı Ramil Nağıyev ona elan olunan ittiham üzrə özünü təqsirli bilmədiyini söyləyib və hadisənin baş vermə səbəbləri ilə bağlı geniş ifadə verib.

    Onun sözlərinə istinadən, 1998-2009-cu illərdə gömrük orqanlarında, 2009-2020-ci illər ərzində isə fövqəladə hallar orqanlarında müxtəlif vəzifələrdə xidmət edib. Sonuncu iş yeri Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları komandirinin birinci müavini vəzifəsi olub. 2020-ci ilin dekabr ayında öz arzusu ilə ehtiyata buraxıldığını qeyd edən təqsirləndirilən şəxs 2016-cı ildən dağınıq skleroz xəstəliyindən əziyyət çəkdiyini bildirib. O, həmçinin 2015-ci ilin dekabrında ölkə rəhbərinin sərəncamı ilə general-mayor hərbi rütbəsinə layiq görüldüyünü vurğulayıb.

    İfadəsində qeyd edib ki, 2019-cu ilin sonlarında Bakı şəhər sakini olan qadınla – H.H. ilə ortaq tanışları vasitəsilə əlaqə yaradıb. 2020-ci ilin noyabrında H.H.-nin payçısı olduğu kolbasa istehsalı sexinin satılması barədə xəbər tutub. Bundan sonra Bakı şəhəri Nərimanov rayonu ərazisindəki “Neşvə” restoranında baş tutan görüşdə müəssisənin 40 faiz səhmini 2 milyon 400 min manat qarşılığında almaq barədə razılığa gəliblər. O, bildirib ki, müəssisənin qalan 20 faiz səhmi Elnur Əsədova aid olub və həmin vaxta qədər həmin şəxslə heç bir tanışlığı və əlaqəsi olmayıb.

    Təqsirləndirilən şəxs əlavə edib ki, səhmlərin alqı-satqısı faktiki olaraq onun tərəfindən həyata keçirilsə də, müqavilə bacanağının adına rəsmiləşdirilib və sonuncu müəssisədə nümayəndə kimi fəaliyyətə başlayıb. Təxminən üç ay keçdikdən sonra Elnurla şəxsən tanış olub. Həmin ərəfədə zərərçəkmiş şəxs müəssisədə direktor vəzifəsini icra edib.

    Bir müddət sonra Elnur Əsədov direktor vəzifəsindən uzaqlaşdırılıb. Həmin dövrdən etibarən tərəflər arasındakı münasibətlər kəskinləşib.

    Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2022-ci ilin sonlarından 2023-cü ilin mart ayına qədər tərəflər arasında telefon danışıqları və yazışmalar zamanı qarşılıqlı təhqirlər və mübahisələr davam edib.

    Nağıyev hadisə günü onun mobil telefonuna “WhatsApp” tətbiqi vasitəsilə zərərçəkmiş şəxs tərəfindən zəng gəldiyi bildirilib. Telefon danışığı zamanı tərəflər arasında yenidən mübahisə yaranıb və qarşılıqlı qeyri-etik ifadələr işlədilib. Elnur onu Xırdalan şəhərinə dəvət edib. O da sürücüsü ilə bərabər həmin ünvana yollandığını deyib.

    İfadəyə əsasən, yol boyu yazışmalar və zənglər davam edib. Xırdalan şəhərində əvvəlcədən razılaşdırılmış əraziyə çatdıqdan sonra avtomobildən düşərək binanın həyətinə daxil olub. Orada tərəflər söhbət etməyə razılaşıblar.

    Təqsirləndirilən şəxs bildirib ki, söhbət əsnasında zərərçəkmiş şəxs təhqiramiz ifadələr işlədib. Onun sözlərinə görə, ilk fiziki təması Elnur edib – sol ayağına təpik vurub və sinəsindən itələyərək yerə yıxıb. Daha sonra aralarında əlbəyaxa dava düşüb və hər iki tərəf fiziki güc tətbiq edib.

    Ramil Nağıyev həmçinin vurğulayıb ki, hadisə zamanı heç bir silah və ya əşyadan istifadə etməyib, “Makarov” tipli silahı olmayıb və kiməsə zor tətbiq edilməsi barədə göstəriş verməyib. Digər şəxslərin isə tərəfləri ayırmaq məqsədilə müdaxilə etdiyini bildirib.

    Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə uzun müddətdir davam edən kommersiya mübahisəsinin və qarşılıqlı gərginliyin nəticəsi olub. Mübahisə yalnız tərəflər arasında baş verib, ətrafda kənar şəxslər olmayıb və ictimai qaydanın kobud şəkildə pozulması halı qeydə alınmayıb.

    Məhkəmədə Maqsud Tahirov ona elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək ifadələrində göstərib ki, 2014-cü ildən FHN-in Xidmətin təşkili və peşə hazırlığı şöbəsində böyük mühəndis-inspektor vəzifəsində işləyir, daxili xidmət mayorudur, hərbi qulluqçu statusunda olmayıb. Zərərçəkmiş şəxsləri isə ümumiyyətlə hadisə baş verən günə qədər tanımayıb, sonuncularla hər hansı münasibəti və ünsiyyəti olmayıb.