Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeKriminalYasamal sakinindən 2 kq. yaxın heroin aşkar edilib

Yasamal sakinindən 2 kq. yaxın heroin aşkar edilib

Median.Az xəbər verir ki, Yasamal RPİ və 27-ci polis bölməsi əməkdaşlarının əməliyyat tədbiri zamanı paytaxt sakini Çingiz Hacıyev saxlanılıb.

Onun rayon ərazisində yerləşən mənzilinə baxış zamanı 1 kq. 790 qram heroin aşkar edilib.

Saxlanılan şəxs narkotik vasitəni satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən aldığını bildirib.

Yasamal RPİ İstintaq şöbəsində CM-nin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə külli miqdarda əldə etmə və saxlama) madddəsi ilə cinayət işi başlanılıb.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments