Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeCəmiyyətBakıda qadınların uşaqları ilə birlikdə yolu bağlamasının səbəbi məlum oldu – FOTO...

Bakıda qadınların uşaqları ilə birlikdə yolu bağlamasının səbəbi məlum oldu – FOTO (YENİLƏNİB)

Bakının Yasamal rayonunda vətəndaşların bağladığı yol artıq açılıb.

Bu barədə Yasamal rayon İcra Hakimiyyətindən Baku.ws-ə bildirilib.

“Problem həll edilib. Bu məsələnin bizim qurumla bağlılığı yoxdur”, – deyə bildirilib.

Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsindən Baku.ws-ə bildirilib ki, yolu bağlayan vətəndaşlar artıq yolu açıblar:

“Vətəndaşlar məcburi köçkündürlər. Onların məişət problemləri olduğu üçün yolu bağlamaq qərarına gəliblər. Hazırda yolu bağlayan vətəndaşlar “Qaçqınkom”dadırlar. Onların problemləri araşdırılır və məsələ həll ediləcək”, – deyə bölmədən bildirilib.

 * * * * *

Bakının Yasamal rayonunda vətəndaşlar maşın yolunu kəsiblər.

Bu barədə hadisə şahidləri Baku.ws-in “qaynar xətti”nə məlumat veriblər.

Bildirilir ki, qadınlar və uşaqlardan ibarət ailə üzvləri “20 yanvar” stansiyası yaxınlığında, üzü Tbilisi prospekti istiqamətində yolu bağlayıblar.

Fotodan da göründüyü kimi 5 qadın və uşaqlar yolu bağlayıb.

Ərazidə böyük tıxac yaranıb. Hadisənin səbəbləri bilinmir.

Hadisə ilə əlaqədar Yasamal rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

Qurumdan BAKU.WS-ə bildirdilər ki, məsələ ilə əlaqədar rəhbərliyə məruza ediləcək. Araşdırmalardan sonra vətəndaşların nə səbəbə etiraz etdikləri məlum olacaq.

Hadisənin görüntüsünü təqdim edirik.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments