Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeKriminalBakıda güllələnmə hadisəsi baş verdi

Bakıda güllələnmə hadisəsi baş verdi

Bakının Nərimanov rayonunda güllələnmə hadisəsi baş verib.

Rasim Muxtarov küçəsi 43 ünvanında baş verən mübahisə zamanı 1993-cü il təvəllüdlü Sədiyev Ziyadxan Rafiq oğlu sol ayağından odlu silahla xəsarət alıb.

Yaralı şəhər xəstəxanasına yerləşdirilib. Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları cəlb edilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışları davam etdirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
/oxu.az/

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments