Çərşənbə, May 13, 2026
Google search engine
HomeKriminalBakıda turistin sənədini, pulunu oğurladılar

Bakıda turistin sənədini, pulunu oğurladılar

Bakıda turistin sənədlərini oğurlayıblar.

Oxu.az-ın hüquq-mühafizə orqanlarından aldığı məlumata görə, Bakıya turist kimi gəlmiş Rusiya vətəndaşının cüzdanı oğurlanıb.

Belə ki, hadisə barədə Rusiya vətəndaşı, 1985-ci il təvəllüdlü Bayşuakov Zinur Tapayeviç ərazi üzrə polis bölməsinə ərizə ilə müraciət edib.

O bildirib ki, hadisə ötən gün axşam saatlarında oğlu, 2007-ci il təvəllüdlü Bayşuakov Aynur Zinuroviçlə Səbail rayonu, Xaqani küçəsi, 14 ünvanında yerləşən kafelərdən birində oturarkən baş verib.

Naməlum şəxs Z.Bayşuakov masada olmayan zaman oğlunun əlində olan, içərisində hər ikisinin xarici pasportu, 200 manat və bir ədəd bank kartı olan pulqabını oğurlayaraq qaçıb.

Faktla bağlı araşdırma aparılır.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments