Çərşənbə, May 13, 2026
Google search engine
HomeKriminalNəsimi rayonunda avtomobillərdən oğurluq edənlər tutulub

Nəsimi rayonunda avtomobillərdən oğurluq edənlər tutulub

Median.Az xəbər verir ki, Nəsimi RPİ 21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 13-də rayon ərazisində Bakı şəhər sakini X.Quliyevə məxsus avtomobildən 620 manat pul və mobil telefon oğurlayan paytaxt sakini, əvvəllər məhkum olunmuş R.Əliyev saxlanılıb.

Bundan başqa, Nəsimi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 20-də rayon ərazisində Ağdaş rayon sakini Ə.Xəlilova məxsus “Daewoo” markalı avtomobildən mobil telefon oğurlayan Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş R.Rüstəmov saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments