Çərşənbə, May 13, 2026
Google search engine
HomeCəmiyyət“Ruhun şad olsun, oğul” - Flora Kərimova Rəşad Atakişiyevdən yazdı

“Ruhun şad olsun, oğul” – Flora Kərimova Rəşad Atakişiyevdən yazdı

Xalq artisti Flora Kərimova bu gün meyiti tapılan MiQ-29 qırıcısının pilotu Rəşad Atakişiyev haqqında status yazıb.

Median.Az ölkə.az-a istinadən bildirir ki, o, Azərbaycanın Rəşadla fəxr etdiyini qeyd edib və Vətənə başsağlığı verib:

“İndi rahat uyu oğul! Səni Xəzər lay-lay deyib çağladı, xidmətində olduğun Vətən torpağı sənin qoynunda uyuyacaq. Sevənlərin səni görmək üçün gələcəkləri, hər vətəndaşa nəsib olmayan vətəndaşın var. Ruhun şad olsun oğul!”

İyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin “MiQ-29” təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları bu gün tapılaraq dənizdən çıxarılıb.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments