Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeCəmiyyətXoşqədəm erməni qadının "qul etdiyi" azərbaycanlı kişini tapdı - TƏFƏRRÜAT - VİDEO

Xoşqədəm erməni qadının “qul etdiyi” azərbaycanlı kişini tapdı – TƏFƏRRÜAT – VİDEO

Erməni qadının böyütdüyü azərbaycanlı kişi doğma anasından imtina edib.

Elcan adlı gəncin qohumu Xoşqədəm Hidayətqızının “Səni axtarıram” proqramına üz tutaraq onun erməni qadın tərəfindən qul kimi işlədildiyini iddia edib və onun doğma anasına geri qaytarılmasını istəyib.

Elcan 37 il əvvəl doğulub. İki yaşındaykən anası atıb. Ata oğlunu da götürüb erməni sevgilisinin yanına gedir. Erməni qadın uşağa baxacağını deyib Elcanı qəbul edib və onu böyüdür.

Məlum Qarabağ hadisələri başladıqda qadın Ermənistana getmək istəyir. Elcanın atası Raqif “ora nə sən get, nə də mən” deyərək onu buraxmır. Hər ikisi Elcanı götürüb Rusiyanın Rostov şəhərinə köçürlər.

“Səni axtarıram” proqramı Elcanı tapıb. Lakin nə ana studiyaya gəlib, nə də Elcan doğma anasına qovuşmaq istəməyib.
/Baku.ws/

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments