Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeİdmanYeni dünya çempionumuzun atasından İLK AÇIQLAMA: Qürurverici tərəfi odur ki...

Yeni dünya çempionumuzun atasından İLK AÇIQLAMA: Qürurverici tərəfi odur ki…

“Təbii ki, bu qələbəni gözləyirdim. Oğlum 5 yaşından şahmata başlayıb. Daha əvvəl Avropa çempionluqları olmuşdu. Ancaq Dünya çempionluğu daha yüksək nəticədir”.

Median.Az bildirir ki, bu sözləri Publika.az-a Hindistanın Mumbay şəhərində keçirilən yeniyetmələrin Dünya Çempionatında 11 oyundan 9 xal toplamaqla Dünya Çempionu titulunu qazanan şahmatçımız Aydın Süleymanlının atası Elşən Süleymanlı deyib.

Çempionun atası bildirib ki, bu çempionluğun həm də qürurverici tərəfi turnirin Hindistanda keçirilməsindədir: “Yəni şahmatın vətənində. Özümü çox xoşbəxt hiss edirəm. Valideyn kimi fəxr edirəm. Aydın tezliklə vətənə qayıdıb Türkiyədəki şahmat olimpiadalarına qatılmaq üçün yola düşəcək”.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments