Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeDünyaTokioda "Hagibis" qasırğası nəticəsində ən azı iki nəfər ölüb

Tokioda “Hagibis” qasırğası nəticəsində ən azı iki nəfər ölüb

Tokioda “Hagibis” qasırğası nəticəsində ən azı 2 nəfər ölüb, 3 nəfər itkin düşüb, 50-dən çox insan müxtəlif dərəcəli xəsarət alıb.

Median.Az-ın RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, 18 prefekturada hazırda 51 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Tiba prefekturasında aşmış yük maşınında kişi meyiti aşkarlanıb. Qumma prefekturasında isə sürüşmə nəticəsində 3 nəfər itkin düşüb, onlardan birinin meyiti tapılıb. Sidzuoka prefekturasında da 1 nəfər itkin düşüb.

Qeyd edək ki, Yaponiya hökuməti “Hagibis” qasırğası ilə əlaqədar maksimal – beşinci təhlükə dərəcəsi elan edib. Yaponiyanın Meteorologiya İdarəsi qasırğanın Tokioda sürətinin 65 m/s-yə çatacağı barədə xəbərdarlıq etmişdi. Qasırğa ilə əlaqədar 15 milyon insanın təxliyə olunacağı gözlənilir.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments