Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeCəmiyyətZaqatalada 31 yaşlı kişi göbələkdən zəhərlənib

Zaqatalada 31 yaşlı kişi göbələkdən zəhərlənib

Bu gün axşam saatlarında Zaqatala rayonunun Axaxdərə kənd sakini, 1988-ci il təvəllüdlü Elşən İbrahim oğlu Abdullayev zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Yolxucu Xəstəliklər şöbəsinə daxil olub.

Median.Az-ın APA-ya istinadən məlumatına görə, müayinə zamanı E.Abdullayevin yaşadığı kəndin yaxınlığında dağlıq-meşəlik ərazidə göbələk yediyi məlum olub. E. Abdullayev yaşadığı evə qayıtdıqdan bir qədər sonra onda zəhərlənmə əlamətləri büruzə verib.
E.Abdullayevə lazımi tibbi yardım göstərilib, onun vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Respublika Toksikologiya Mərkəzinə göndərilib.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments