Çərşənbə, May 13, 2026
Google search engine
HomeKriminalNərimanovda velosipedçini vurub, qaçan sürücü saxlanılıb

Nərimanovda velosipedçini vurub, qaçan sürücü saxlanılıb

Median.Az xəbər verir ki, oktyabrın 2-i saat 9 radələrində H.Əliyev prospektində müəyyən edilməmiş avtomobillə yolun kənarı ilə velosiped sürən Bakı şəhər sakini C.Həsənov vurulub.

Nəticədə velosipedçiyə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınan
“Volkswagen” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini E.Cəfərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments