Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeCəmiyyətGöygöldə dərədən kişi meyiti tapılıb

Göygöldə dərədən kişi meyiti tapılıb

Göygöl rayonunda naməlum kişi meyiti tapılıb.

“Report”un məlumatına görə, hadisə Balçılı kəndində, “Kəhriz” deyilən ərazidə qeydə alınıb.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib. Meyitin Daşkəsən rayon sakini, 1977-ci il təvəllüdlü Vüqar İmanova aid olduğu müəyyənləşib. O, Gəncə şəhəri Natavan qəsəbəsində yaşayırmış. Meytin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Onun dəqiq ölüm səbəbi isə aparılan tibbi ekspertizadan sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments