Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeDünyaPakistanda universitetdə atışma: Bir tələbə öldü, 13-ü yaralandı

Pakistanda universitetdə atışma: Bir tələbə öldü, 13-ü yaralandı

Pakistanın paytaxtı İslamabadda Beynəlxalq İslam Universitetində tələbələr arasında silahlı atışma olub.

Nəticədə, bir tələbə ölüb, 13-ü isə yaralanıb.

“Life”ın verdiyi məlumata görə, iki qrup tələbə arasında səhnədə çıxış etməklə bağlı münaqişə yaranıb.

Universitet rəhbərliyinin müdaxiləsindən sonra tələbələri ayırmaq mümkün olub. Daha sonra onlar silahlanıb gəliblər və aralarında atışma baş verib.

Polis hadisənin təfərrüatını araşdırır.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments