Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeCəmiyyətSumqayıtda çağırışa gedən təcili yardım maşınları qəzaya uğradı - 7 yaralı

Sumqayıtda çağırışa gedən təcili yardım maşınları qəzaya uğradı – 7 yaralı

Sumqayıt şəhəri ərazisində təcili tibbi yardım avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan 7 nəfər evə buraxılıb.

Bu barədə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından bildirilib.
Yanvarın 20-də Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtomobili çağırışa gedərkən Hacı Zeynalabdin qəsəbəsində minik avtomobili ilə toqquşub. Hadisə yerinə gələn digər təcili yardım avtomobili də vurulub və nəticədə əraziyə 3-cü briqada cəlb edilib.

Hadisə nəticəsində təcili tibbi yardım briqadasının 7 əməkdaşı xəsarət alıb.

Hadisə ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments