Çərşənbə, May 13, 2026
Google search engine
HomeCəmiyyətBakıda 42 yaşlı şəxs xəstəxanada ölüb

Bakıda 42 yaşlı şəxs xəstəxanada ölüb

Ötən gün Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 42 yaşlı xəstə vəfat edib.

Hadisə ötən gün axşam saatlarında Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun reanimasiya şöbəsində baş verib.

Məlumata görə, 1978-ci il təvəllüdlü xəstə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna fevralın 18-də daxil olub. O, Ağciyər İnstitutuna müraciət edən zaman vəziyyəti kritik olub.

Həkimlər müayinə zamanı xəstəyə ikitərəfli ağır gedişli pnevmoniya, kəskin ağciyər-ürək çatışmazlığı və ikinci tip şəkərli diabet diaqnozu qoyub. Xəstə dərhal birinci Reanimasiya şöbəsinə yerləşdirilib.

Aparılan reanimasion müalicə tədbirlərinə baxmayaraq, həmin gün axşam saat 19:10-da xəstənin bioloji ölümü gerçəkləşib.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) ölüm faktını Oxu.Az-a təsdiqləyib.
/oxu.az/

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments