Çərşənbə, May 13, 2026
Google search engine
HomeCəmiyyətBu tarixlərdə qatarlar bir istiqamət üzrə fəaliyyət göstərəcək

Bu tarixlərdə qatarlar bir istiqamət üzrə fəaliyyət göstərəcək

Mart ayının 19 və 20-si tarixlərində Bakı-Balakən və Bakı-Böyükkəsik istiqamətində qatarlar fəaliyyətini davam etdirəcək.

Oxu.Az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Natəvan Bayramova məlumat verib

O bildirib ki, qatarlar müvəqqəti olaraq bir istiqamət üzrə fəaliyyət göstərəcək:

“Bayram tətili günlərində bölgələrə səfər etmək istəyən sərnişinlərin müraciət və istəklərini nəzərə alaraq, “Azərbaycan Dəmir Yolları” QSC ölkədaxili bütün istiqamətlərdə qatarların hərəkətini müvəqqəti bərpa edir. 19-20 mart tarixlərində Bakıdan yola düşən Bakı-Böyük Kəsik, Bakı-Köçərli-Balakən, Bakı-Astara-Horadiz qatarlarına, martın 20-də isə Bakı-Gəncə sürət qatarına bir istiqamətdə bilet satışına başlanılıb”.

Qeyd edək ki, qatarlar martın 20 və 21-də geriyə sərnişinsiz qayıdacaq.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments