Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeCəmiyyətXırdalanda yeni çəkilən yol niyə qazılıb? - AÇIQLAMA + VİDEO

Xırdalanda yeni çəkilən yol niyə qazılıb? – AÇIQLAMA + VİDEO

Xırdalanda yollarda yenidən qazıntı işləri aparılır.

Bu barədə Oxu.Az-ın redaksiyasına göndərilən videogörüntüdə qeyd olunub.

Vətəndaş bildirir ki, Xırdalan şəhərinin yeni istifadəyə verilən Heydər Əliyev prospektində qazıntı işləri aparılır:

“Uzun zamandır yolların asfaltlanmasını gözləyirdik. Nəhayət yollar düzəldilib, təhvil verildi. Heç bir ay keçmədi ki, “Azərsu” ASC-i tərəfindən yolda qazıntı işlərinə başlanılıb”.

Məsələ ilə bağlı “Azərsu” ASC-nin Abşeron rayon Sukanal İdarəsi ilə əlaqə saxladıq. İdarədən bizə bildirildi ki, sözügedən ünvanda magistral xətdə qəza baş verib:

“Baş verən qəzanın aradan qaldırılması üçün asfalt örtüyü qazılıb və əməkdaşlar tərəfindən ərazidə tədbirlər görülüb”.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments